Gündəm

Erməni yazıçı həbsdən qaçdı

26 İyul 2017 14:00

İyulun 14-də Türkiyənin Foça həbsxanasından qaçan erməni yazıçı Sevan Nişanyan Ermənistanın "ArmenPress" Xəbər Agentliyinə müsahibə verib. O, müsahibəsində Yunanıstandan siyasi sığınacaq istədiyini bildirib. Nişanyan, proses tamamlandıqdan sonra Ermənistanı ziyarət etmək istədiyini açıqlayıb.

Ermənistanın cəhə xəttində təxribatları davam edir

26 İyul 2017 13:59

Xarici İşlər Nazirliyi (XİN) və Müdafiə Nazirliyi birgə bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “Olaylar”a daxil olan bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır.

Bu ölkə benzin və dizel yanacağı ilə işləyən maşınlardan imtina edir

26 İyul 2017 13:57

İngiltərə hökuməti 2040-cı ildən etibarən ölkədə dizel və benzinlə işləyən avtomobillərin istifadəsini qadağan edəcək. Hökumət bu qərarı havanın çirklənməsi ilə mübarizə məqsədilə qəbul edib. Hökumət problemin həllinə dəstək üçün dövlət büdcəsindən 255 milyon sterlinq maliyyə də ayırıb. Bu büdcə sayəsində bələdiyyələr ölkənin bütün ərazilərində havanın çirklənməsi ilə mübarizə aparacaq.

Avropa İttifaqı: “Qətər böhranı yalnız bu yolla həll oluna bilər”

26 İyul 2017 13:54

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqherini Körfəz monarxiyaları arasındakı böhranın ən qısa zamanda həllini tapması üçün görüşlərin keçirilməsini təklif edib.

"PSJ" Neymara vaxt qoydu

26 İyul 2017 13:50

"PSJ" rəhbərliyi "Barcelona"nın futbolçusu Neymarın transferini yaxın vaxtda bitirmək istəyir. Paris klubu braziliyalı ulduza qərar qəbul etmək üçün 1 həftə vaxt verib. Hər iki komandanın Amerika turnesi avqusta qədər yekunlaşacaq.

Ekspert: Valyuta ehtiyatlarının artması bazara təsir göstərməyib

26 İyul 2017 13:48

“Mərkəzi Bankın rəsmi məzənnəsində manatın dollara nisbətən güclənməsinə baxmayaraq valyuta bazarında dollar bahalaşıb. Real bazar kursu təklif edən banklarda artıq 100 dollar almaq üçün 170 manatdan çox vəsait ödəmək lazımdı. Bu arada Mərkəzi Bankın valyuta ehtiyatlarının artması və eləcə də manat bazasının müqayisəli çoxalması da bazara hələlik birbaşa təsir göstərməyib”.

Züleyxa Nadir yazır... Jurnalist səhv edərsə dövlət sarsılar, cəmiyyət laxlayar

26 İyul 2017 13:45

Bir həftədi ən önəmli hadisələri belə “ayağının altına alan” mənzil dartışması, ev müzakirəsi səngimək bilmir. Prezidentin ev verdiyi jurnalistlərin  çoxunu ev ala bilməyənlər təhqir edir,  255 ailənin xoşbəxtliyinə  soyuq su qatırlar. İllərlə kirayələrdə yaşayanların sevinmək haqqını gözlərindən gətirirlər. Xarici ölkədə də  suyu bulandırmağa çalışanlar tapılıb. Demək olar ki, bir neçə istiqamətdən  “atəş”  başlayıb.

"Qalatasaray"ın sabiq məşqçisi: "Komandanın performansı məni qane etdi"

26 İyul 2017 13:42

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Östersunds" tərəfindən mübarizədən kənarlaşdırılan "Qalatsaray" çətin günlərini yaşayır. Bu arada İstanbul klubunun sabiq baş məşqçisi Yan Olde Rikerink mətbuata açıqlama verib.

9 şagirdini zorlayan Quran müəlliminə 203 il 45 gün həbs

26 İyul 2017 13:32

Türkiyənin Giresun rayonunda Quran kursunda yaşları təxmini 9 - 13 arası dəyişən 9 şagirdini zorlamaqda ittiham edilən müəllimə hökm oxunub.

Bərdədə 4 otaqlı ev yanıb

26 İyul 2017 13:30

Bərdə rayonu, Lənbəran kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 2 m2 sahədə dolab, içərisində olan paltarlar, ümumi sahəsi 198 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 162 m2 sahədə və tövləyə yığılmış 21 ton ot bağlamasının 5 tonu yanıb. Evin, tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Şəmkirdəki dəhşətli intiharla bağlı cinayət işi açılıb

26 İyul 2017 13:29

Şəmkirin Zəyəm qəsəbəsində baş vermiş intihar hadisəsilə bağlı cinayət işi başlanıb. Bu barədə Şəmkir rayon Prokurorluğundan verilən məlumatda bildirilib. Məlumata görə, Mahmudova Pərvanə İlqar qızının iki azyaşlı uşağı-Mahmudov Sənan Nəsrəddin oğlu və Mahmudova Səma Nəsrəddin qızını öldürmək həddinə çatdırması ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (intihar) maddəsilə cinayət işi açılıb. Təhqiqat gedir.

535 minə yaxın mənzil özəlləşdirilib

26 İyul 2017 13:26

Daşınmaz əmlakın qeydiyyatında əlçatanlıq bu sahədə göstəriciləri artırıb. Qeydiyyat ötən ilin 6 ayı ilə müqayisədə 12% çoxalıb. Bu barədə “Olaylar”a Əmlak Məsələlər Dövlət Komitəsindən məlumat verilib. Statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12%-artım deməkdir.

Bruselyoza qarşı peyvənd işinə start verilib

26 İyul 2017 13:22

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə ərazisində iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib.”Olaylar” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində bruselyoz xəstəliyi əleyhinə 400 min doza miqdarında “S-19 “ peyvənd vasitəsi alınaraq iribuynuzlu heyvanlar arasında tətbiqinə başlanılıb.

Mediadan qaçan mətbuat katiblərinin adları elan olunacaq

26 İyul 2017 13:19

"Parlament Jurnalistləri Birliyi (PJB) mediaya qapalı olan, açıqlama verməyən, KİV nümayəndələrindən uzaq duran mətbuat xidməti rəhbərlərinin müəyyənləşdirilməsi üçün jurnalistlər arasında sorğu keçirəcək. Sorğu nəticəsində onların adı dəqiqləşdiriləcək”. “Olaylar”  xəbər verir ki, bu barədə PJB sədri Elşad Eyvazlı məlumat verib.

Rusiya ABŞ-ı təhlükə mənbəyi adlandırıb

26 İyul 2017 13:10

"Rusiya ABŞ-nı təhlükə mənbəyi hesab edir və buna əsaslanaraq qərarlar qəbul edir". Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməsini şərh edən nazir müavininin sözlərinə görə, bu, ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir.