535 minə yaxın mənzil özəlləşdirilib
Daşınmaz əmlakın qeydiyyatında əlçatanlıq bu sahədə göstəriciləri artırıb. Qeydiyyat ötən ilin 6 ayı ilə müqayisədə 12% çoxalıb. Bu barədə “Olaylar”a Əmlak Məsələlər Dövlət Komitəsindən məlumat verilib. Statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12%-artım deməkdir.
26 İyul 2017 13:26 SosialDaşınmaz əmlakın qeydiyyatında əlçatanlıq bu sahədə göstəriciləri artırıb. Qeydiyyat ötən ilin 6 ayı ilə müqayisədə 12% çoxalıb. Bu barədə "Olaylar"a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Statistik məlumatlara əsasən, 2017-ci ilin ilk 6 ayında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı 94 minə yaxın olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 12%-artım deməkdir. Bu göstəricinin 28 min 500-ə yaxını (30,4%) ilkin, 65 minə yaxını (69,6%) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 18 min 498-i fərdi yaşayış və bağ evi, 23 min 758-i mənzil, 47 min 233-ü torpaq sahəsi, 1725-i qeyri-yaşayış binası, 1568-i qeyri-yaşayış sahəsi, 375-i əmlak kompleksi, 23-ü çoxmərtəbəli yaşayış binası, 122-si isə çoxillik əkmələr təşkil edib. İlkin qeydiyyatın 10 min 654-ü Bakı şəhərinin, 18 minə yaxını isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin ilk 6 ayı ilə müqayisədə 17,7 faiz artıb. Bundan başqa, 2017-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 5913 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 17,2 faiz artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 535 minə yaxın mənzil özəlləşdirilib.