Gündəm
Göygöl sakininin evində marixuana aşkar edilib
Göygöl rayonunun Çaykənd kəndində yaşayan şəxsin evinə baxış zamanı oradan 487 qr marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaykənd kəndində yaşayan Rəsul Nəcəfovun evinə baxış zamanı oradan 487 qram marixuana aşkar edilərək götürülüb.
Bilik Fondunun dəstəyi ilə keçirilən təlimlər uğurla başa çatıb
Bilik Fondundan “Olaylar” – a verilən məlumata görə, ölkənin müxtəlif bölgələrində Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən Bilik evlərində yerli əhalinin maarifləndirilməsi məqsədilə keçirilən mühazirə və görüşlər, təqdimat və müsabiqələrlə yanaşı, elmi biliklərin müxtəlif sahələri üzrə təlimlər təşkil olunur. Gənclər təlimlər dövründə Bilik Fondunun və yerli İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının alim və tədqiqatçılarının, ali məktəb müəllimlərinin, millət vəkilləri və tanınmış jurnalistlərin “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında, eləcə də “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş maarifləndirici tədbirlərdə, sağlam həyat tərzinin təbliği ilə bağlı təlimlərdə iştirak edib, xarici ölkə alimləri və mütəxəssisləri ilə ünsiyyətdə olublar.
Xəyanət edən ərini öldürtmək üçün iki muzdlu qatil tutdu
İstanbulda yaşayan 3 uşaq anası Nuriyyə Demir iddiaya görə onu aldatdığını düşündüyü həyat yoldaşı Əziz Demiri qorxudub yaralamaqları üçün Diyarbəkirdə 10 min lirə qarşılığında 2 şəxslə razılığa gəlib.
Tanınmış iş adamının arvadına 9 İL HƏBS TƏLƏBİ
Saxta sənəd düzəltməkdə, iş adamı olan həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib. Prokuror Təyminə Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilmiş polis nəzarətində qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəzlənməsini istəyib.
Rəsmi Moskva Vaşinqtonu TƏHLÜKƏ MƏNBƏYİ adlandırıb
"Rəsmi Moskva ABŞ-ı təhlükə mənbəyi hesab edir və buna uyğun olaraq qərarlar qəbul edir". Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə bildirib. ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiya, İran və Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsini qəbul etməsini şərh edən nazir müavininin sözlərinə görə, bu, ABŞ-dakı Rusiya düşmənlərinin şüurlu seçimidir. “Onlar təlxəklik edib öz həddini bilmirlər. Bunu belə anlamaq və sakit tərzdə, təmkinlə, götür-qoy edib hərəkət etmək lazımdır. Baş verənlər məntiqə və sağlam düşüncəyə sığmır”, - deyə o bildirib Nazir müavini Vaşinqtonun hərəkətlərini Rusiya ilə münasibətləri normallaşdırmaq perspektivlərini məhv etmək istiqamətində atılan addım adlandırıb.
Oğurluqda şübhəli bilinən 2 yeniyetmə tutulub
Sumqayıtda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 24-də Sumqayıt şəhərindəki köşklərdən birindən 320 manat, sərinləşdirici içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Pərviz Olamidze və 2 yeniyetmə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.
Abşeron sakinindən tapança götürülüb
Abşeron sakini Elçin İbrahimovdan odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Elçin İbrahimovdan “Naqan” tipli tapança götürülüb. Faktla bağlı araşdırma aparılır.
İŞĞAL PLANI başladı: “Muzdlu qatil”in ordusu hücuma hazırlaşır
Yaxın Şərqin “muzdlu qatili” olaraq tanınan Muhammed Dahlan Misirdə 8 min terrorçunun yerləşdiyi düşərgə yaradıb. Bir il yarım əvvəl Sina yarımadasında qurulan düşərgə Birləşmiş Ərəb Əmirliyi tərəfindən dəstəklənir. “Yeni Şafak” qəzetinin məlumatına görə, düşərgədəki terrorçular Türkiyə, Sudan, Liviya və Qətər başda olmaqla Yaxın Şərqdə sensasiyalı terror aktları törətmək üçün hazırlanır. Kamikadze qrupları isə İŞİD-in Liviya qanadını yaradan Əbu Hafs hazırlayır. İlk hədəf Qəzzanı işğal etməkdir.
Ermənistan ciddi narahatçılıq keçirir
Azərbaycanın xarici siyasət kursunda bütün ölkələrlə mehriban dostluq və əməkdaşlıq münasibətlərinin qurulması, bu münasibətlərin daha da inkişaf etdirilməsi başlıca prioritet təşkil edir. Məhz bu prizmadan çıxış edən ölkəmizin xarici siyasətini həyata keçirən müvafiq qurumlar da rəsmi Bakı ilə ayrı-ayrı ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə sistemli iş aparırlar.
Halal qida adı ilə bizi necə aldadırlar? - XƏBƏRDARLIQ
Bu gün Azərbaycanın əmtəə bazarında xarici ölkələrdən idxal olunan bir çox mallar "halal" markası ilə satılır. Əksər hallarda istehlakçılar aldadılır. Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseyov bu barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, həqiqi "halal" mal nişanı ilə istehsal olunan mallara bütün dünya ölkələrində, hətta dini mənsubiyyətindən asılı olmadan "ekoloji təmiz mal" kimi baxılır və böyük tələbatla alınır.
ABŞ patrulları Fars körfəzində İran gəmisini atəşə tutdu - VİDEO
Fars körfəzində ABŞ patrul gəmisi İrana məxsus gəmini atəşə tutub. Körfəzdə mühafizə işi aparan patrullar özlərinə 137 metr yaxınlaşan İran gəmisinə bu yolla xəbərdarlıq edib. Daha sonra gəmi geri çəkilərək İran sahillərinə qayıdıb.
Motosiklet qaçıran saxlanıb
Motosiklet qaçırmaqda şübhəli bilinən Saatlı şəhər sakini Ramazan Həsənov saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamil İsmayılova və Anar Allahverdiyevə məxsus “Zontes” markalı motosikletləri qaçırmaqda şübhəli bilinən Saatlı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramazan Həsənov tutulub.
Oğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub
Səbaildə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a veilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki kafelərdən birindən 1000 manat və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub.
“Opel” lə “VAZ-2107” toqquşdu-ölən və yaralanan var
Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 25-də saat 23 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində rayon sakinləri Elvin İsmayılovun idarə etdiyi “Opel” və Samir Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə S.Qasımov hadisə yerində ölüb, E.İsmayılov xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Akkardi "Qarabağ"ın təklifindən danışdı: "Rəhbərlik fikrini dəyişməsə..."
"Qarabağ"ın transfer gündəmində olan "Palermo"nun hücumçusu Karlos Embalonun Azərbaycana gəlişi baş tutmaya bilər. Gənc hücumçunun meneceri Cüzeppe Akkardi müştərisinin İtaliyada qalmaq arzusunda olduğunu bildirib. Akkardi Qvineya-Bisaudan olan 23 yaşlı oyunçunun "Qarabağ" və "Peskara"dan təklif aldığını təsdiqləsə də, bunu alternativ variant kimi görürlər. Çünki həm menecer, həm də futbolçu "Palermo"da qalmağın tərəfdarıdı.














