Xəyanət edən ərini öldürtmək üçün iki muzdlu qatil tutdu

İstanbulda yaşayan 3 uşaq anası Nuriyyə Demir iddiaya görə onu aldatdığını düşündüyü həyat yoldaşı Əziz Demiri qorxudub yaralamaqları üçün Diyarbəkirdə 10 min lirə qarşılığında 2 şəxslə razılığa gəlib.

İstanbulda yaşayan 3 uşaq anası Nuriyyə Demir iddiaya görə onu aldatdığını düşündüyü həyat yoldaşı Əziz Demiri qorxudub yaralamaqları üçün Diyarbəkirdə 10 min lirə qarşılığında 2 şəxslə razılığa gəlib. Hadisə günü Nuriyyə Demir uşaq bezi almaq bəhanəs ilə marketə göndərdiyi ərini, evin eyvanından çöldə gözləyən muzdlu qatillərə göstərib. Qatillər Əziz Demiri görüncə atəş açıblar. Nuriyyə Demir silah səslərindən sonra aşağı enib, ağır yaralı ərinin üzərinə yıxılaraq, göz yaşları axıdıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası müdaxilələrinə baxmayaraq Əziz Demirin həyatını xilas etmək mümkün olmayıb.

İstintaq əməliyyatı sonrası şübhəli cinayətə vasitəçilik edən Özkan Gözəl, silahdan atəş açan şəxsin İ.Y., qətl hadisəsini planlaşdıran - mərhumun həyat yoldaşı Nuriyyə Demir saxlanılıb.

Toplanan dəlillərdən sonra Nuriyyə Demir ilə birgə daha 5 nəfər nəzarətə götürülüb. Sorğuları tamamlanan 6 şübhəli prokurorluğa aparılıb. Məhkəməyə çıxarılan 6 şübhəlinin ikisi sərbəst buraxılarkən Nuriyyə Demir, hadisəyə vasitəçilik etdikləri ortaya çıxan Özkan Gözəl və Həmdullah Yiğit həbs olunub. Milli.az Hürriyet-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31