Bilik Fondunun dəstəyi ilə keçirilən təlimlər uğurla başa çatıb

 Bilik Fondundan “Olaylar” – a verilən məlumata görə, ölkənin müxtəlif bölgələrində Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən Bilik evlərində yerli əhalinin maarifləndirilməsi məqsədilə keçirilən mühazirə və görüşlər, təqdimat və müsabiqələrlə yanaşı, elmi biliklərin müxtəlif sahələri üzrə təlimlər təşkil olunur. Gənclər təlimlər dövründə Bilik Fondunun və yerli İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının alim və tədqiqatçılarının, ali məktəb müəllimlərinin, millət vəkilləri və tanınmış jurnalistlərin “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında, eləcə də “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş maarifləndirici tədbirlərdə, sağlam həyat tərzinin təbliği ilə bağlı təlimlərdə iştirak edib, xarici ölkə alimləri və mütəxəssisləri ilə ünsiyyətdə olublar.

Bilik Fondundan "Olaylar" - a verilən məlumata görə, ölkənin müxtəlif bölgələrində Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən Bilik evlərində yerli əhalinin maarifləndirilməsi məqsədilə keçirilən mühazirə və görüşlər, təqdimat və müsabiqələrlə yanaşı, elmi biliklərin müxtəlif sahələri üzrə təlimlər təşkil olunur.

Gənclər təlimlər dövründə Bilik Fondunun və yerli İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının alim və tədqiqatçılarının, ali məktəb müəllimlərinin, millət vəkilləri və tanınmış jurnalistlərin "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi", "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu", "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzularında, eləcə də "İslam Həmrəyliyi İli" çərçivəsində keçirilmiş maarifləndirici tədbirlərdə, sağlam həyat tərzinin təbliği ilə bağlı təlimlərdə iştirak edib, xarici ölkə alimləri və mütəxəssisləri ilə ünsiyyətdə olublar.

Cari ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə həm Bilik evlərində, həm də digər müəssisələrdə təşkil edilmiş təlim kursları artıq başa çatıb. Qax Bilik Evində 42 dinləyici "Rus dili", "İngilis dili", "Kompüter texnologiyaları və kargüzarlıq işi", Oğuz Bilik Evində 14 dinləyici "Rus dili", Şəmkir Bilik Evində 18 dinləyici "Rus dili" və "İngilis dili", İsmayıllı Bilik Evində 7 nəfər "Rus dili", Nardaran Bilik Evində 16 nəfər "Rus dili" və "İngilis dili", Rus Pravoslav kilsəsində 19 nəfər "Azərbaycan dili", İsmayıllı rayonu Nic qəsəbəsindəki "Cotari" Alban-Udi kilsəsində 15 dinləyici "Azərbaycan dili", Bilik Fondu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində 10 dinləyici "Ərəb dili" üzrə təlim kurslarını uğurla başa vurublar. Bilik Fondunun nümayəndələri və mühazirəçiləri yekun imtahanlarda yüksək nəticələr göstərmiş dinləyicilərə müvafiq sertifikatları təqdim ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31