Gündəm

Şırnakta təhlükəsizlik əməliyyatları

26 İyul 2017 15:34

Türkiyənin Şırnak vilayətinin  Beytüşşebap məhəlləsində 2 PKK – lı  terrorçu zərərsizləşdirilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Təhlükəsizlik Qüvvələri  Şırnak, Van, Hakkari birlikləri Beytüşşebap məhəlləsinin Faraşin hissəsində iyulun 21 – də  başladılan "Şəhid Piyada Kapitan Nuri Şener Əməliyyatı" – nı davam etdirir.  Həyata keçirilən əməliyyat zamanı 2 PKK – lı terrorçu zərəzrsizləşdirilib. 

“Ədəbi üfüqlər” layihəsinə start verildi

26 İyul 2017 15:34

Mədəniyyət kanalı ilə Yazıçılar Birliyinin birgə yeni layihəyə imza atıblar. “Ədəbi üfüqlər” adlanan layihə ilk dəfə həyata keçiriləcək. Müsabiqəyə "Vətənpərvərlik", "Azərbaycan bayrağı", "Doğma Bakı" və "Milli həmrəylik" növzusunda nümuələr qəbul olunur. Müsabiqədə hər mövzu üzrə 3 şeir nümunəsi ekspertlər tərəfindən seçiləcək. Qalib seçilən şeir nümunələrinə mahnılar bəstələnəcək, "Mədəniyyət" kanalı vasitəsilə yayımlanacaq və qaliblər  əlavə pul mükafatı ilə mükafatlanacaqlar.

Yaponiyada növbəti zəlzələ

26 İyul 2017 15:31

Yaponiyada 6.1 bal gücündə zəlzələ qeydə alınıb. “Olaylar” “Miliyyet” - ə əsasən bildirir ki, Yaponiyanın cənubunda Okinava adasında baş verən zəlzələ geniş ərazini əhatə edib. ABŞ Geoloji Araşdırma Mərkəzi (USGS) məlumatları, zəlzələnin 33 kilometr dərinlikdə olduğunu qeyd edir.

Daha bir bankir həbs olundu

26 İyul 2017 15:30

Təsisçisi olduğu şirkətin və öz adından bankdan aldığı külli miqdarda kredit vəsaitini həmin bankın İdarə Heyətinin sədri ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İkinci çevriliş və sui-qəsdlər – Türkiyəni bu tarixdə VURACAQLAR

26 İyul 2017 15:26

“Ordu içində FETÖ-çülər təmizlənir, buna görə də ikinci çevrilişin ola biləcəyi ehtimalı zəifdir. Lakin FETÖ son variant kimi sui-qəsdlərə əl ata bilər”. N.Elibol kəşfiyyat mənbələrinə istinadən qeyd edib ki, FETÖ siyasi sui-qəsdlər törədə bilər: “Buna görə də ehtiyatlı olmalı və kadr siyasətinə ciddi diqqət yetirməliyik. Ən böyük problem isə sistemdə zəifliyin olmasıdır”.

“Ölkədə məhkəmənin ədalətinə inam azalıb” - Ermənistanın sabiq baş prokuroru

26 İyul 2017 15:24

“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən mühakimə olunduğu təqdirdə, daxili məhkəmə orqanlarının lazımi bir prosesi təmin etməməsi zamanı azı intizam tədbiri görülməlidir”.

Bu telefonlar gecə işləməyəcək

26 İyul 2017 15:13

Yaponiyanın Tone Mobil firması ancaq gündüz işləyən telefon istehsal edib. Şirkət rəsmiləri “TOnem17” adı verdikləri telefonun azyaşlıların daha az istifadə etməsi üçün yalnız gündüz saatlarında işləyəcəyini açıqlayıb. Məqsəd azyaşlıların telefondan istifadəsini mümkün qədər məhdudlaşdırmaqdır. Telefonlar növbəti ay kütləvi satışa çıxarılacaq. Bu telefon gün ərzində valideynin övladı ilə əlaqə qurmasına kömək edəcək.

“İşğalçı adından xoşunuz gəlmirsə, işğala son qoyun”

26 İyul 2017 15:11

Bu günlərdə BMT-nın Nyu-Yorkda yerləşən Baş Qərargahında ECOSOS-un xüsusi sessiyası - Yüksək Səviyyəli Nazirlər İclası (Ministerial meeting) keçirilib. İclasda Azərbaycan nümayəndə heyəti də təmsil olunub. Nümayəndə heyətinə Azərbaycan Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov rəhbərlik edib. Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, BMT-yə üzv olan 193 ölkə təmsilçisinin iştirak etdiyi bu tədbirdə 44 ölkənin, o cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinlənilib: “İclasda BMT-yə üzv olan 44 ölkənin könüllü hesabatı dinlənildi. 2015-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edimiş "Dünyamızı Dəyişək: Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyində" qətnaməsinə qoşulan ölkələrdə iki il ərzində bu məqsədlər üzrə görülən işlər müzakirə olundu.

Sülh Platformasından gözləntilər özünü doğruldur?

26 İyul 2017 15:09

Bir müddət öncə Azərbaycan və Ermənistanın bəzi hüquq müdafiəçiləri və siyasi ekspertləri iki ölkə arasında sülh naminə platformanın yarandığını bəyan ediblər. Beynəlxalq təşkilatlara və hər iki ölkənin prezidentlərinə müraciətdə, platformanın erməni və azərbaycanlı təsisçiləri sülhə yönəli yeni təşəbbüsə "vətəndaş ictimai institutları, qeyri-hökumət təşkilatları, ictimaiyyət və din xadimləri, ekspertlər, alimlər və Ermənistan və Azərbaycanın sadə vətəndaşlarını da" qoşulmağa çağırıb.

Nağdsız hesablaşmaları reallaşdırmaq niyə mümkün olmur?

26 İyul 2017 15:08

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib və 21 May 2017-ci il tarixində rəsmi mətbuatda dərc olunub. Bu isə o deməkdir ki, həmin müddətdən başlayaraq ölkədə nağdsız hesablaşmalar həyata keçirilməlidir. Əks halda, qanunun tələblərini pozan hüquqi və fiziki şəxslər məsuliyyətə cəlb olunmalıdır. Lakin qanunvericilikdə dəyişiklik edilməsinə baxmayaraq hələ də ölkənin ticarət mərkəzlərində əsas maliyyə əməliyyatları nağd şəkildə həyata keçirilir.

Qeyri-neft məhsullarının ixrac coğrafiyası genişləndirilir

26 İyul 2017 15:05

“Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı təbliğat işləri davam etdirilir. Qrtıq bu məqsədlə dünyanın müxtəlif ölkələrində 8 ixrac missiyası həyata keçirilib. İxrac missiyalarının nəticəsi olaraq bir sıra ölkələrlə qarşılıqlı əməkdaşlıq barədə razılaşma əldə olunub. Müsbət haldır ki, ixrac missiyası çərçivəsində görülən tədbirlərə azırbaycanlı iş adamları da cəlb edilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan şirkətlərinin vahid ölkə stendi ilə iştirakı məqsədilə görülmüş işlərin nəticəsi olaraq, Dubayda keçirilən “Gulfood” beynəlxalq ərzaq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində 24 şirkətin məhsulları sərgilənmiş, Dubaya diri qoyun və ət ixracına dair 2 müqavilə imzalanmış, İspaniyaya fındıq ixracı üzrə sifariş qəbul edilmişdir.

Dövlət Proqramı uğurla icra olunur

26 İyul 2017 15:02

Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsində və digər geniş miqyaslı məsələlərin həllində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” əhəmiyyətli təsirini göstərib. Eyni zamanda ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter alıb, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülüb.

Ana və iki azyaşlı övladının intiharı övladının intiharı

26 İyul 2017 15:00

Təəssüflər olsun ki, əksər cəmiyyətlərdə olduğu kimi Azərbaycan cəmiyyətində də intihar kimi mənfi tendensiyalara rast gəlinir. Son illərdə artan intihar halları bu gün cəmiyyəti narahat edən başlıca məsələlər sırasındadır. Əgər əvvəllər yalnız sağalması mümkün olmayan xəstələr, psixi pozğunluğu olan şəxslər son addım kimi intihara əl atırdılarsa, günümüzdə adi hala çevrilən bu intihara istənilən şəxs əl atır. Bu gün səninlə normal ünsiyyətdə olan, hətta həyat şəraiti normal qaydada davam edən fərdlər gözləmədiyin halda intihar edir. Bu günlərdə Şəmkir rayonunda baş verən məlum intihar hadisəsi də bu qəbildən olan hadisələrdəndir. Xəbərlərdən də məlum olduğu kimi Şəmkir rayonu, Zəyəm qəsəbəsi-stansiyasında ana iki azyaşlı uşagı ilə birlikdə intihar məqsədilə özūnū qatarın altına atıb. Hadisə zamanı hər ūçū faciəli şəkildə həlak olub. Son olay qeyd etdiyimiz mənfi tendensiyaya daha yaxından diqqət etməyimizi, bu problemə köklənməyimizi zəruri edir. Maraqlıdır ki, nə və hansı dəhşətli durum məcbur edə bilər ki, ana özūnə və ūstəlik iki körpə uşagına qıysın?

Xarici bazarlarda Azərbaycan şərablarına tələbat artır

26 İyul 2017 14:57

Ölkədə qeyri-neft sektorunun prioritet hesab edilməsi, bu sahənin inkişafına olan dövlət qayğısı iş adamları. Investorlar üçün əlavə stimul verir ki, bu da yeni-yeni emal müəssisələri, zavod və fabriklərin açılmasına, daxili istehsalın artmasına gətirib çıxarır. Sevindirici hal ondan ibarətdir ki, bu tendensiya regionlarda daha çox müşahidə edilir.

Bakıda intiharın qarşısı alındı

26 İyul 2017 14:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin yaşadığı ikimərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilin pəncərəsinə intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. “Olaylar” xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.