Dövlət Proqramı uğurla icra olunur

Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsində və digər geniş miqyaslı məsələlərin həllində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” əhəmiyyətli təsirini göstərib. Eyni zamanda ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter alıb, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülüb.

Genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq

Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin təmin edilməsində və digər geniş miqyaslı məsələlərin həllində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" əhəmiyyətli təsirini göstərib. Eyni zamanda ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter alıb, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülüb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Fəqan Şahverdiyev qeyd edib ki, problemlə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilmiş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsindəki münasibətləri tənzimləyən və ya bu sahə ilə bağlı olan 29 Qanun, Azərbaycan Respublikası Prezidentinin 13 Fərmanı, 40 Sərəncamı, Nazirlər Kabinetinin 22 qərarı, 5 sərəncam, Ali Məhkəmənin Plenumunun qərarları, o cümlədən müxtəlif orqanların birgə aktları qəbul edilib: "Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə, qanunsuz idxal-ixrac və tranzit daşıma marşurutlarını birlikdə təhlil etmiş və həmsərhəd dövlətlərdəki narkoşəraitin ölkədaxili vəziyyətə təsirini nəzərə alaraq, adekvat tədbirlər görmüş, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların preksursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə

gətirilməsinin qarşısının alınması üçün bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirib. Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1697 fakt aşkar edilmişdir ki, onlardan 470-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1094-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 103-ü qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 730 kq 723,566 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 428 kq 564,736 qr marixuana (58,6%), 117 kq 174,74 qr tiryək (16%), 146 kq 486,19 qr heroin (20,1%), 2 kq 480,2 qr həşiş (0,4%), 35 kq 134,7 qr digərləri (4,8%), 883 qr psixotrop maddələr (0,1%) və 1545 ədəd həb təşkil edib. Cinayət məsuliyyətinə 1309 nəfər cəlb edilib ki, onlardan 3-ü 18 yaşadək, 112-i 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-i qulluqçu və ya maddi məsul şəxs, 1167-i işləməyənlər, 513-ü təkrar cinayət törətmiş şəxslər, 1289-u kişilər, 20-i qadınlar, 17 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 6 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb". İşçi Qrupunun rəhbərinin sözlərinə görə, hesabat dövründə Dövlət Komissiyasının işçi qrupu tərəfindən Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər/rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirilib, görülən işlərin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verilib: "Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının işçi qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə Bakı şəhərinin Səbail, Xətai, Qaradağ, Suraxanı rayonlarında, həmçinin respublikanın Ağcabədi, Tərtər, Beyləqan, Goranboy, Göy-göl, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Naftalan şəhər və rayonlarında yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün

təlim-məşğələlər keçirilərək, ümumilikdə 1400 təlimçi hazırlanmış, onlar zəruri əyani vəsaitlərlə (o cümlədən elektron variantda) təmin edilib..Bundan əlavə cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında 2017-ci ilə dair təsdiq olunmuş "Tədbirlər Planı"na müvafiq olaraq, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə maarifləndirmə funksiyasını yerinə yetirən və narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradan Bakı Uşaq Teatrının "Həyatla oyun" tamaşası cəzaçəkmə müəssisələrində nümayiş olunub. İctimai maarifləndirmə tədbirləri Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və məzmunda hazırlanmış üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 300x600 sm ölçüdə sosial lövhələr Bakı şəhərinin müxtəlif küçə və prospektlərində, yol kənarlarında ümumilikdə 45 lövhənin yerləşdirilməsi təmin edilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunda 2016-cı ilə dair ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, eləcə də bu sahədə həyata keçirilən maarifləndirmə, hüquqi, sosial və tibbi tədbirləri əks etdirən, aidiyyəti qurumların təqdim etdikləri məlumatlar əsasında Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində Ölkə Məruzəsi hazırlanıb, həmçinin "İki Sahil" qəzetində razılaşmaya əsasən hər həftə narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə məlumatlar dərc edilib.

Dövlət Proqamının müvafiq bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində aparılan işlər və bu bəlaya düçar olmamağın yolları barədə internet səhifələrində təbliğat aparılmasını nəzərə alaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində narkomanlığın törətdiyi fəsadlar, insan orqanizminə vurduğu ziyan, sağlam həyat tərzinin təbliği, eyni zamanda Dövlət Komissiyasının təşkil etdiyi profilaktik, beynəlxalq və digər tədbirlər barədə mütəmadi olaraq geniş məlumatlar verilmiş, səhifənin daimi olaraq yenilənməsi və təbliği istiqamətində müvafiq işlər həyata keçirilib.

Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummili siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkotizmin profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, respublika rəhbərliyinin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir. Əminliklə söyləyə bilərik ki, Azərbaycan dövlətinin adı çəkilən problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılacaq, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi, genefondumuzun qorunması istiqamətində bundan sonra da məqsədyönlü addımlar atılacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31