Gündəm

Maksim Medvedev "rekord" vurdu

26 İyul 2017 16:09

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra futbolçuların fərdi göstəriciləri açıqlanıb. Müxtəlif göstəricilər üzrə liderlər qrupunda Azərbaycan çempionu "Qarabağ" da təmsil olunub. Lakin Ağdam təmsilçisinin vitse-kapitanı yaxşı mənada fərqlənməyib. Belə ki, müdafiəçi Çempionlar Liqasının cari mövsümünün ən intizamsızları siyahısına başçılıq edir. Maksim hamıdan çox qayda pozuntusuna yol verənlərdən biridi.

Ukrayna rusiyalı jurnalisti ölkədən qovdu

26 İyul 2017 16:07

Rusiyalı jurnalist Ukraynadan çıxarılıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib.

Nazir vətəndaşları qəbul edəcək

26 İyul 2017 16:01

Avqustun 1- də Mədəniyyət və Turizm naziri Şəki Dövlət Dram Teatrında Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

“Nar bağı” təqdim olunacaq

26 İyul 2017 15:59

Avqustun 2-də Nizami Kino Mərkəzində “Nar bağı” filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin rejissoru İlqar Nəcəfdir.

Terrorçular təslim oldular

26 İyul 2017 15:47

Türkiyənin Mardin vilayətinin  Kızıltəpə məhəlləsində  PKK terror təşkilatından qaçan 6 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub. “Olaylar” “Sabah” – a istinadən bildirir ki, təhlükəsizlik qüvvələrinin Vanda davam edən əməliyyatlar zamanı bir mağaranın içində bir kiloqram ammonium nitrat, bir günəş paneli,  üç Kürtçə İncil, iki xristiyanlıqla bağlı kitab və 100 kiloqram qida maddəsi ələ keçiriblər.

AMEA Astanada "Energy, Life, Science" mövzusunda konfrans keçirib

26 İyul 2017 15:46

Qazaxıstanın paytaxtı Astana şəhərində "EXPO-2017“ Beynəlxalq sərgisi keçirilir. Bu  dəfəki sərgi “Gələcəyin enerjisi" mövzusuna həsr olunub. Akademiyadan “Olaylar” – a bildirilib ki, sərgidə 22 beynəlxalq təşkilat, Azərbaycan da daxilolmaqla 115 dövlə tiştirak edir. Ölkəmizi sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətidə təmsil edir. Sərgi çərçivəsində AMEA iyulun 26-da "Energy, Life, Science" mövzusunda konfrans təşkil edib.

Pentaqonun məxfi qrifli hesabatı üzə çıxdı - Gələn il gözlənilən QORXULU TOQQUŞMA

26 İyul 2017 15:46

Şimali Koreya gələn il ballistik nüvə raketinə sahib ola bilər. Bu barədə Pentaqonun məxfi qrifli hesabatında deyilir. “Washington Post” nəşrinin məlumatına görə, Pentaqonun kəşfiyyat birliyi olan “Defence İntelligency Agency” (DİA) daha öncə Şimali Koreyanın ballistik nüvə raketinə 2020-ci ildə nail olacağını açıqlamışdı.

Azərbaycanda söz azadlığı tam təmin edilib, bu sahədə hansısa məhdudiyyət yoxdur

26 İyul 2017 15:44

Müstəqillik əldə etdikdən sonra ölkənin hər bir sahəsində olduğu kimi media sahəsində bir inkişaf, tərəqqi müşahidə edilməyə başladı. Düzdür, ilk illərdə mediamız arzuedilən səviyyədə inkişaf etməsə də, lakin zaman keçdikcə bu sahədə müsbət tendednsiyalar özünü göstərməyə başladı. Xüsusilə dövlətin bu sahəyə olan diqqət və qayğısı, kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyəti üçün yaradılan şərait, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi mətbuatımızın əsaslı dərəcədə inkişafına gətirib çıxardı. Bu gün öz inkişaf yolunu keçən mətbuata bütün demokratik cəmiyyətlərə olduğu kimi fikir, söz, məlumat azadlığı şəraiti də yaradılıb.

Gəmiçiliyin Təlim Tədris Mərkəzi yenilənib

26 İyul 2017 15:42

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qurumun Təlim-Tədris Mərkəzində olub. “OLAYLAR”-ın Gəmiçilyə istinadən verdiyi xəbərə görə, təmirdən sonra yaradılan şəraitlə tanış olan Gəmiçiliyin sədrinə yeniliklər barədə məlumat verilib. Bildirilib ki, artıq dənizçilər peşəkar bacarıqlarını artırmaq üçün Təlim Tədris Mərkəzində yaradılan elektron kitabxanadan yararlana biləcəklər. Təlim Mərkəzinin mühazirə auditoriyaları və əməkdaşların iş otaqları da da təmir olunub. Bununla yanaşı, binada dinləyicilərin rahatlığı üçün kafeteriya təşkil edilib.

Tatarıstan nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

26 İyul 2017 15:40

Bakı Ali Neft Məktəbində Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin, Almetyevsk Dövlət Neft İnstitutunun və “PricewaterhouseCoopers” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Multikultural dəyərlərin tarixi kökləri müzakirə edilib

26 İyul 2017 15:39

Ağcabədi Pedaqoji Kollecində Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının “Cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” adlı layihəsi çərçivəsində “Multikultural dəyərlərin tarixi kökləri” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Mərdan Rzayev, icma üzvləri, gənclər və dindarlar iştirak ediblər. Tədbiri giriş sözü ilə  açan Ağcabədi şəhər “Cümə” məscidi dini icmasının sədri M. Rzayev tarixən ölkəmizdə mövcud olan multikultural və tolerant ənənələrdən danışıb.

Millət vəkili Cavanşir Feyziyevin köməkçisi DAA-nın komitə rəhbəri təyin olundu

26 İyul 2017 15:38

Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin qərarı ilə qurmun tərkibində insan haqları, lahiyə menecmenti və beynəlxalq əməkdaşlıq komitəsi yaradılıb. Assambleyadan “OLAYLAR”-a bildirilib ki, eyni qərarla xanım Həsənova Günay komitənin rəhbəri təyin olunub.

“İrəli” nin idarə heyətinin üzvü Koreyada rəsmi səfərdədir

26 İyul 2017 15:38

Azərbaycan- Koreya gənclərinin mübadilə proqramı 2005-ci ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilir və bir qrup azərbaycanlı gənc Koreyada buranın mədəniyyəti, gənclər siyasəti və gənclərlə bağlı aparılan bütün işlərlə tanış olur. “OLAYLAR”-ın xəbərinə görə. “İrəli” İctimai Birliyinin idarə heyəti sədrinin müavini Azər Əmirov da Koreya və Azərbaycan gəncləri arasında münasibətləri genişləndirən layihəyə rəsmi səfərdədir.

Milli Şura tərəfindən müsabiqə nəticəsində hazırlanan posterlər beynəlxalq qurumlara göndərilib

26 İyul 2017 15:37

Gənclər Təşkilatları Milli Şurası tərəfindən “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə, müsabiqənin məqsədi dünyada hər gün balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri dünyaya çatdırmaqdır.