Tatarıstan nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub

Bakı Ali Neft Məktəbində Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin, Almetyevsk Dövlət Neft İnstitutunun və “PricewaterhouseCoopers” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bakı Ali Neft Məktəbində Tatarıstan Respublikasının "Tatneft" Publik Səhmdar Cəmiyyətinin, Almetyevsk Dövlət Neft İnstitutunun və "PricewaterhouseCoopers" şirkətinin nümayəndələri ilə görüş keçirilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd BANM-də təhsil proqramlarının tətbiqi, Heriot-Vatt Universiteti, digər təhsil mərkəzləri və sənaye qurumları ilə əməkdaşlıq, tədrisin kadr potensialının təminatı, istedadlı abituriyentlərin tədrisə cəlb olunması üsulları, məzunların işlə təmin olunması, elmi-tədqiqat işlərinin təşkili, Ali Məktəbin kampusunda infrastrukturunun inkişaf sahəsi ilə tanış olmaqdır.  BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq Ali Məktəbin 5 il ərzində əldə etdiyi nailiyyətlər, mühəndis kadrların hazırlanmasında tətbiq olunan müasir tədris proqramları və texnologiyaları, tələbələrin SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə istehsalat təcrübəsinə cəlb olunması, eləcə də ilk məzunların uğurları haqqında məlumat verib, Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov isə Məktəbin beynəlxalq əməkdaşlıq əlaqələri haqqında təqdimat keçirib. "Tatneft"-in Kadr və sosial inkişaf üzrə departamentinin baş direktor müavini Rüstəm Muhamadeyev Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından məmnunluğunu bildirib, Tatarıstan-Azərbaycan dostluq əlaqələrinindən danışaraq bu əməkdaşlığın təhsil sahəsinə də sirayət edəcəyinə əminliyini söyləyib. 
Görüşdə BANM ilə "Tatneft" və Almetyevsk Dövlət Neft İnstitutu arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. Tatarıstanlı qonaqlar BANM-in kampusundakı təhsil-təlim, sosial-mədəni və idman infrastrukturu ilə tanış olmuşlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31