“Nar bağı” təqdim olunacaq
Avqustun 2-də Nizami Kino Mərkəzində “Nar bağı” filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmin rejissoru İlqar Nəcəfdir.
26 İyul 2017 15:59 Teatr və kinoAvqustun 2-də Nizami Kino Mərkəzində "Nar bağı" filminin təqdimatı olacaq. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan filmin rejissoru İlqar Nəcəfdir.
Daram janrında çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.