Milli Şura tərəfindən müsabiqə nəticəsində hazırlanan posterlər beynəlxalq qurumlara göndərilib
Gənclər Təşkilatları Milli Şurası tərəfindən “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi başa çatıb. “OLAYLAR”-a daxil olan məlumata görə, müsabiqənin məqsədi dünyada hər gün balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri dünyaya çatdırmaqdır.
26 İyul 2017 15:37 SosialGənclər Təşkilatları Milli Şurası tərəfindən "22 İyul - Avropa Nifrət Cinayətləri və Qurbanları Günü" ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi başa çatıb. "OLAYLAR"-a daxil olan məlumata görə, müsabiqənin məqsədi dünyada hər gün balaca Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri dünyaya çatdırmaqdır.
10 gün davam edən müsabiqə nəticəsində gənc rəssam və dizaynerlər "Uşaqlar-Nifrət cinayəti qurbanları kimi" mövzusunda Zəhra kimi müharibə şəraitində, cəbhə bölgəsində yaşayan yüzlərlə azyaşlı uşaqların üzləşdiyi çətinlikləri əks etdirən müxtəlif dizaynlarda posterlər təqdim ediblər. Təqdim olunan posterlərdən uğurlu olanları seçilərək elektron albom hazırlananıb Avropa Şurasının üzv ölkələrinə, Avropa Şurası Parlament Assambleyasının deputatlarına, İnsan Hüquqları, Uşaq Hüquqları üzrə çalışan təşkilatlar, beynəlxalq gənclər təşkilatlarına göndərilib. "Uşaqlar hədəf deyil!", "Onların laylası təhlükə səslənir", ""Atəşkəs" "sülh" demək deyil" kimi şüarlar altında mövzunu əks etdirən müxtəlif dizaynlarda hazırlanmış posterlərə bu (https://goo.gl/GwMr33) vasitəsi ilə nəzər sala bilərsiniz.