Kiyevdə otel təxliyə edildi - BOMBA həyəcanı

Ukrayna polisi Kiyevdə bomba yerləşdirilməsi barədə anonim zəngdən sonra təxminən 800 adamı təxliyə edib. Hazırda anonim zəngi Ukrayna Milli Polisi araşdırır.

Əraziyə minaaxtaranlar, tibbi heyət və yanğınsöndürənlər briqadası cəlb olunub. Bütün otel və yaxınlıqdakı ərazi nəzarətə götürülüb. İnsidentin Kiyevin "Ukrayna" otelində yaşandığı bildirilir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31