Gəmiçiliyin Təlim Tədris Mərkəzi yenilənib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qurumun Təlim-Tədris Mərkəzində olub. “OLAYLAR”-ın Gəmiçilyə istinadən verdiyi xəbərə görə, təmirdən sonra yaradılan şəraitlə tanış olan Gəmiçiliyin sədrinə yeniliklər barədə məlumat verilib. Bildirilib ki, artıq dənizçilər peşəkar bacarıqlarını artırmaq üçün Təlim Tədris Mərkəzində yaradılan elektron kitabxanadan yararlana biləcəklər. Təlim Mərkəzinin mühazirə auditoriyaları və əməkdaşların iş otaqları da da təmir olunub. Bununla yanaşı, binada dinləyicilərin rahatlığı üçün kafeteriya təşkil edilib.
26 İyul 2017 15:42 Sosial"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev qurumun Təlim-Tədris Mərkəzində olub. "OLAYLAR"-ın Gəmiçilyə istinadən verdiyi xəbərə görə, təmirdən sonra yaradılan şəraitlə tanış olan Gəmiçiliyin sədrinə yeniliklər barədə məlumat verilib. Bildirilib ki, artıq dənizçilər peşəkar bacarıqlarını artırmaq üçün Təlim Tədris Mərkəzində yaradılan elektron kitabxanadan yararlana biləcəklər. Təlim Mərkəzinin mühazirə auditoriyaları və əməkdaşların iş otaqları da da təmir olunub. Bununla yanaşı, binada dinləyicilərin rahatlığı üçün kafeteriya təşkil edilib.
"AXDG" QSC sədri Rauf Vəliyev təlim keçən dinləyicilərin imtahan prosesini də yaxından izləyib. Bildirilib ki, Təlim Tədris Mərkəzində imtahanlar elektron formatda, beynəlxalq konvensiyaların tələblərinə uyğun təşkil olunur. Təlimlərin sonunda imtahanı uğurla başa vuran iştirakçılara sertifikat verilir.
Daha sonra "AXDG" QSC-nin sədri Rauf Vəliyev Təlim Tədris Mərkəzində üzən heyət üçün keçirilən təlimə qatılıb və dənizçiləri maraqlandıran sualları cavablandırıb. Sədr Rauf Vəliyev təlim iştirakçılarının diqqətinə çatdırıb ki, bu gün hər bir dənizçinin gəmilərdə tətbiq olunan yeni texnologiyalardan istifadə etmə bacarığı, dənizdə yarana biləcək istənilən çətin vəziyyətə hazırlığı vacib şərtlərdəndir. Bu baxımodan peşə vərdişlərinin təkmilləşdirilməsi üçün təşkil olunan kurslar mühüm rol oynayır.