Millət vəkili Cavanşir Feyziyevin köməkçisi DAA-nın komitə rəhbəri təyin olundu
Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin qərarı ilə qurmun tərkibində insan haqları, lahiyə menecmenti və beynəlxalq əməkdaşlıq komitəsi yaradılıb. Assambleyadan “OLAYLAR”-a bildirilib ki, eyni qərarla xanım Həsənova Günay komitənin rəhbəri təyin olunub.
26 İyul 2017 15:38 SosialDünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin qərarı ilə qurmun tərkibində insan haqları, lahiyə menecmenti və beynəlxalq əməkdaşlıq komitəsi yaradılıb. Assambleyadan "OLAYLAR"-a bildirilib ki, eyni qərarla xanım Həsənova Günay komitənin rəhbəri təyin olunub.
Xatırladaq ki, Günay Həsənova BDU-nun beynəlxalq iqtisadi münasibətlər (bakalavr), ADA Universiteti beynəlxalq münasibətlər (magistratura) bölümünü bitirib,bir müddət APA İnformasiya Agentliyində, daha sonra Avropa Komissiyasının Azərbaycan təmsilçiliyində, Milli Məclisdə müxtəlif vəzifələrdə işləyib. Hazırda isə Milli Məclisin deputatı Cavanşir Feyziyevin köməkçisidir. İngilis, rus, türk, ispan dillərini bilir.