AMEA Astanada "Energy, Life, Science" mövzusunda konfrans keçirib

Qazaxıstanın paytaxtı Astana şəhərində "EXPO-2017“ Beynəlxalq sərgisi keçirilir. Bu  dəfəki sərgi “Gələcəyin enerjisi" mövzusuna həsr olunub. Akademiyadan “Olaylar” – a bildirilib ki, sərgidə 22 beynəlxalq təşkilat, Azərbaycan da daxilolmaqla 115 dövlə tiştirak edir. Ölkəmizi sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətidə təmsil edir. Sərgi çərçivəsində AMEA iyulun 26-da "Energy, Life, Science" mövzusunda konfrans təşkil edib.

Qazaxıstanın paytaxtı Astana şəhərində "EXPO-2017" Beynəlxalq sərgisi keçirilir. Bu  dəfəki sərgi "Gələcəyin enerjisi" mövzusuna həsr olunub. Akademiyadan "Olaylar" - a bildirilib ki, sərgidə 22 beynəlxalq təşkilat, Azərbaycan da daxilolmaqla 115 dövlə tiştirak edir.

Ölkəmizi sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyətidə təmsil edir. Sərgi çərçivəsində AMEA iyulun 26-da "Energy, Life, Science" mövzusunda konfrans təşkil edib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev "Xəzər dənizində qaz hidratları", Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov "Nazik təbəqəli günəş elementləri" və Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov "Təbii katalizatorlardan istifadə etməklə bitki ehtiyatlarından biomotor yanacaqlarının və onlardan komponentlərin alınması" adlı məruzələrlə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31