Ukrayna rusiyalı jurnalisti ölkədən qovdu
Rusiyalı jurnalist Ukraynadan çıxarılıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib.
26 İyul 2017 16:07 DünyaRusiyalı jurnalist Ukraynadan çıxarılıb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb. UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib. O, Ukrayna KİV-də çalışan rusiyayönümlü jurnalistlərin xidmətlərindən istifadə edərək, hakimiyyət orqanları, ölkədəki vəziyyət və güc strukturların fəaliyyəti barədə məlumat toplayıb. "O bu kimi məlumatlardan Ukraynadakı vəziyyəti tendensiyalı şəkildə işıqlandırmaq üçün istifadə edib", - deyə məlumatda bildirilir. M. Knyazeva ölkədən çıxarılaraq Rusiyaya göndərilib, 3 il ərzində onun Ukraynaya girişinə qadağa qoyulub.