Gündəm
Prezident İlham Əliyev Alı Qocayevi ordenlə təltif ettdi
Prezident İlham Əliyev A.İ.Qocayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Qorxunc yuxu gördükləri üçün yanına getdikləri molla qızlara təcavüz edib, kameraya çəkdi - VİDEO
Samsunda iki bacı gördükləri qorxunc yuxudan xilas olmaq üçün yanına getdikləri mollanın onları hipnoz edərək əllə təcavüz etdiyi iddiası ilə polisə şikayət edib.
Portuqaliyada yanğın tüğyan edir - 1,7 min yanğınsöndürən cəlb edildi
Portuqaliyada tüğyan edən yanğının qarşısını almaq üçün 1,7 min yanğınsöndürən cəlb edilib. Həmçinin 17 yanğınsöndürən təyyarə də alovla mübarizə aparır. Ən təhlükəli yanğın ocağı Lissabondan 200 kilometr şimalda Makao şəhərinin ətrafındadır. Şəhər meri elan edib ki, fermerlərə yanğın nəticəsində ciddi ziyan dəyib.
IV qrup üzrə qəbul planı və dövlət sifarişli yerlərin sayı MƏLUM OLDU
2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin IV ixtisas qrupuna Azərbaycan və rus bölmələri, habelə hər iki bölmənin birgə müsabiqəsi üzrə qəbul planı və dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı məlum olub.
Ağac kəsdi – cərimələndi
16 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə növbəti reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Xızı rayonu, Altıağac bələdiyyəsinin ərazisində qəsəbə sakini Nicat Novruzbəyov tərəfindən 1 ədəd yaş köküstə söyüd ağacının kəsilməsi faktı aşkar olunub.
32 yaşlı qadını qaçırıb həftələr boyunca təcavüz edən polis ona aşiq oldu
32 yaşlı Rusiya vətəndaşı Yekaterina Kalivanova iki polis tərəfindən qaçırıldıqdan sonra 10 həftə boyunca cinsi təcavüzə uğrayıb. Qadının bütün var-dövlətini ələ keçirən polislərdən biri sonda ona aşiq olub və bunun sayəsində o, ölümdən qurtulub. Y.Kalivanova Moskvada yaşadığı evində 2 həftədən çox müddətdə əsir saxlanılıb.
Bəşəriyyətin sonu gəlir
Şimali Amerika, Avropa, Avstraliya və Yeni Zellandiyada 1973-2011-ci illərdə sperma sayı 50 faizdən çox azalıb. Bununla bağlı aparılan araşdırmaları təhlil edən alimlər bu qənətə gəlib. 185 tədqiqatı incələyən alimlərdən Hagai Levine nəticənin onları son dərəcə narahat etdiyini bildirib. Qüdsün İbrani Universitetinin epidemiologiya üzrə mütəxəssisi H.Levie sperma sayının mövcud faizdə azalmasının insanlığın sonunu gətirə biləcəyi xəbərdarlığını edib. Bu araşdırmalar bu vaxta qədər aparılmış tədqiqatların ən böyüyüdür. Araşdırmaya görə, dörd bölgədə sperma sayında 52.4 faiz azalma qeydə alınıb. Şimali Amerika, Asiya və Afrikada da sperma sayında azalma müşahidə edilir. Lakin sadalanan qitələrdə bu istiqamətdə çox az sayda araşdırma aparılıb.
Türkiyə və Azərbaycanın Ermənistanla bağlı dünyanı qorxuya salan PLANI
Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaq üçün aparılan danışıqlar sonuncu mərhələyə çatıb.Türkiyənin keçmiş müdafiə naziri Fikri İşıq ötən həftə danışıqların “son nöqtə”də olduğunu açıqlayıb.
Muğamımız qürur mənbəyimizdi
Hər bir sevilən ifaçının, xanəndənin uğuru onu müşayiət edən istedadlı musiqiçilərdən asılıdı. Əgər musiqiçi xanəndəni istedadla və ruhla müşayiət etməzsə, bu zaman xanəndənin səsinin, ifasının gözəlliyi tamaşaçıları ovsunlaya bilməz. İstedadlı tar ifaçısı Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov ifaları ilə həm özlərinin, həm də müşayiət etdikləri xanəndələrin sənət gücünü nümayiş etdirməyi bacarıblar.
Buddist məbədini sel apardı, 90 min nəfər evsiz qaldı - VİDEO
Mərkəzi Myanmarda leysan yağışlardan sonra Buddist məbədi daşqının altında qalıb. Paqoda 2009-cu ildə Myanmarın Maqvey rayonunda tikilib. Bu ay Myanmarın bəzi hissələrində leysan yağışlar müşahidə olunub.
Azərbaycanda uşaq ölümü daha çox bu rayonda baş verir
Azərbaycanda 5 yaşadək uşaqlar, eləcə də körpələr arasında ölüm göstəricisi azalıb. 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü (1 yaşadək) şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.
Gürcüstan əhalisinin 62%-i özünü işsiz hesab edir
Gürcüstanın əsas problemləri işsizlik, yoxsulluq və ərazi bütövlüyüdür. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Amerika Milli Demokratiya İnstitutunun (NDI) keçirdiyi sorğu nəticəsində məlum olub.
Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası - VİDEO
Xəbər verdiyimiz kimi, şəmkirli iş adamı Vəliyev Qulu oğluna 4 gün 4 gecə toy edib. Dəbdəbəli məclisin görüntüləri sosial şəbəkədə yayılıb və səs-küyə səbəb olub. Bu gün isə iş adamının Şəmkirdə yerləşən villasının videosu paylaşılıb.
Azərbaycanlı qız Türkiyədə bankdan 6 milyon çəkdi - İDDİA: CİNAYƏTKAR DƏSTƏ TUTULDU
Türkiyədə bir dövlət bankından ölən hesab sahiblərinin xarici görünüşünə uyğun hazırlanıb banka gələrək hesabdakı pulları çıxaran fırıldaqçı şəbəkə yaxalanıb. Ölən insanların hesablardan 3 ilə 5 min dollar qarşılığında pul çəkən "dublyor"lardan olan Gülər İslam qızı adlı qadınla bağlı maraqlı faktlar ortaya çıxıb.
Rusiyada kütləvi zəhərlənmə - Makarondan
Yeni Moskvada kütləvi qida zəhərlənməsi baş verib. Xidməti yeməkxanada qidalanan təxminən 60 nəfər tibb müəssisələrinə müraciət edib. Onların hamısının eyni yerdə işlədiyi bildirilir. İlkin məlumata görə, zəhərlənmə yerli istehsal olan keyfiyyətsiz makarondan olub. Xəstəxanaların infeksiya şöblərinə müraciət edənlərin əksəriyyəti kəskin ağrılar, mədə pozğunluğu, ürək bulanmadan şikayət ediblər.














