Gürcüstan əhalisinin 62%-i özünü işsiz hesab edir

Gürcüstanın əsas problemləri işsizlik, yoxsulluq və ərazi bütövlüyüdür. Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Amerika Milli Demokratiya İnstitutunun (NDI) keçirdiyi sorğu nəticəsində məlum olub.

Gürcüstanın əsas problemləri işsizlik, yoxsulluq və ərazi bütövlüyüdür. Bu barədə Amerika Milli Demokratiya İnstitutunun (NDI) keçirdiyi sorğu nəticəsində məlum olub. Tədqiqatın nəticələrinə görə, rəyi soruşulmuş vətəndaşların 62%-i özünü işsiz hesab edir. Cəmi 38% etiraf edib ki, işi var.

"Ailəniz üçün hansı milli məsələlər daha böyük əhəmiyyət kəsb edir?"sualına Gürcüstan vətəndaşları belə cavab verib: 52% - işsizlik, 31% - yoxsulluq, 30% - ərazi bütövlüyü. Mənbə bildirir ki, bu cavabların faiz nisbəti 2009-cu ildən bəri dəyişikliyə uğramayıb. Virtualaz.org RİA "Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31