Qorxunc yuxu gördükləri üçün yanına getdikləri molla qızlara təcavüz edib, kameraya çəkdi - VİDEO
Samsunda iki bacı gördükləri qorxunc yuxudan xilas olmaq üçün yanına getdikləri mollanın onları hipnoz edərək əllə təcavüz etdiyi iddiası ilə polisə şikayət edib.
26 İyul 2017 17:09 DünyaSamsunda iki bacı gördükləri qorxunc yuxudan xilas olmaq üçün yanına getdikləri mollanın onları hipnoz edərək əllə təcavüz etdiyi iddiası ilə polisə şikayət edib. Tələbə olan F.Ö. (27) və bacısı Ü.Ö. (25) din müəllimi olduğu iddia edilən A.E.-nin (41) evinə gediblər. Bacılar A.E.-nin onları hipnoz edib, bədənlərinə yazılar yazaraq əllə təcavüz etdiyini, bu hadisəni də mobil telefonuna çəkdiyini deyiblər. Nəzarətə alınan A.E. Samsun Təhlükəsizlik İdarəsinə aparılıb. Hadisə ilə əlaqədar istintaq davam edir. Milli.az milliyet-ə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31