Gündəm
Lapşin İsrailə ektradisiya olunmaq üçün ərizə yazdı
Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilmiş bloqer Aleksandr Lapşin İsrailə ektradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət edib. Bu barədə onun vəkili Eduard Çernin deyib. Vəkil qeyd edib: “Bu gün müvəkkilimlə görüşdüm. O, İsrailə ekstradisiya olunmaq barədə ərizə verdi”.
Nazir Məhəmmədov deputatın qulağını dişləyib qopardı
Rusiyanın Stavropol diyarında Levokumskoye kəndi bələdiyyəsinin 56 yaşlı deputatı Matvey Abakumov dostu ilə içki məclisini davam etdirməkdən imtina etdiyi üçün qulağını itirib.
Azərbaycanlı olduğunu danan Ququş İFŞA OLUNDU
Avqustun 31-də Ermənistanda konsert verməyə hazırlaşan, əsl adı Faiqə Atəşin olan Ququşun Azərbaycanda kəskin şəkildə təndiq olunduğunu xəbər vermişdik. Əslən cənubi azərbaycanlı olan, amma özünü iranlı kimi təqdim edən ifaçı haqqında xeyli müzakirələrdən sonra daha bir fakt üzə çıxıb.
Moskvadan Lənkərana 65 min dollar gətirmək istəyən sərnişin tutuldu
Moskva-Lənkəran aviareysi ilə Azərbaycana gəlmək istəyən Rusiya vətəndaşı gömrük yoxlanışı zamanı saxlanılıb. Rusiya vətəndaşı sərhəddən külli miqdarda pulu qanunsuz keçirmək istəyibmiş. "Vətəndaşın əl baqajının yoxlanması zamanı gömrük əməkdaşları 65 min dollar və 220 min rubl məbləğində pul aşkarlayıblar", - məlumatda bildirilir.
AMEA: "Elmi ixtiralar əsasında hazırlanan məhsullar xarici bazara da çıxarılacaq"
Elmi ixtiraların kommersiyalaşdırılması nəticəsində əldə olunan məhsullar yalnız daxili bazar üçün deyil, eyni zamanda xarici bazar üçün nəzərdə tutulub. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, bunu AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair sazişin imzalanması mərasimində YTP-nin direktoru Vüqar Babayev deyib.
Fatih Terim İSTEFA VERDİ
Fatih Terim Türkiyə millisinin sükanı arxasından gedib. Bu haqda qərarı Fateh Terimin az öncə Türkiyə Futbol Federasiyası səlahiyyətliləri ilə Leventdəki baş tutan toplantıda verdiyi açıqlanıb.
“BakuBus”da itən uşaq yaxınlarına təhvil verildi
İyulun 26-da saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb. “OLAYLAR” -ın şirkətin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dərhal aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.
Firdovsi Fərzəliyev karyerasında daha bir uğur qazandı
Azərbaycan milli komandasının favoritlərindən Firdovsi Fərzəliev (-60 kq) Dünya Oyunlarının qalibi oldu. Polşanın Vroslav şəhərində mötəbər yarışda F.Fərzəliyev dünya reytinqinin birincisi, İranlı idmançı Əmir Mehdizadəni 4-2 hesabı ilə məğlub edərək karyerasında daha bir uğur qazandı.
Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb
Bu gün Türkiyədə toyuq fermasında 1 ton heroin aşkarlanıb. İstanbul polisi Sakarya rayonunun Hendek qəsəbəsində bir toyuq fermasında əməliyyat keçirib. Fermadan narkotik vasitə emalatxanası yaradıldığı, binalar arasında tunellərlə əlaqə yaradıldığı üzə çıxıb.
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarıldı
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılıb. Bununla bağlı Ukrayna Ali radasının deputatı İqor Mosiyçuk şəxsi Feysbuk hesabında məlumat verib.
Almaniya ABŞ-a xəbərdarlıq etdi: "Sanksiyalar siyasətinin oyuncağı olmamalıdır”
Almaniyanın Xarici İşlər Nazirliyi ABŞ Nümayəndələr Palatasının qanuniləşdirdiyi sanksiyalara sərt reaksiya verib. Nazirliyin spikeri Martin Şafer məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, sanksiyalar ABŞ-ın kommersiya gəlirlərini dəstəkləyən siyasət mexanizmi halına gəlməməlidir. Alman hökumətinin sözçüsü Ulrayk Demmer də Avropa sənayesinin ABŞ-ın tətbiq etdiyi sanksiyaların hədəfində olmaması lazım olduğunu deyib.
Ruhanidən Vaşinqtona sərt cavab: “İran silahlanmaqda davam edəcək”
İran prezidenti Həsən Ruhani Vaşinqtonun yeni sanksiyalarına cavab olaraq sərt bəyanat verib. O, "ölkəmizin mənfəətləri üçün bütün addımları atacağıq. ABŞ-ın sanskiya və siyasətini nəzərə almadan yolumuza davam edəcəyik" deyib.
Trampın mitinqində SSRİ bayrağı qaldırdılar - VİDEO
ABŞ prezidenti Donald Tramp Ohayo əyalətinin Yunqstoun şəhərində təşkil etdiyi mitinqdə çıxış edərkən kütlə arasındakı bir nümayişçi prezidentə etiraz olaraq SSRİ bayrağı qaldırıb.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 29-da 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, bu mərhələdə 2017‑ci ilin iyul ayının 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay və Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.
Süni maya göbələyi yaradıldı - MƏQSƏD?
Professor Lavini Rutanın rəhbərlik etdiyi rumıniyalı alimlər qrupu tərəfindən hava və suyu ağır metallardan təmizləyən maya göbələyi yaradılıb. Sözügedən canli orqanizmlər sürətlə təsir göstərərək havadakı zərərli maddələri udur və onları tez bir zamanda neytrallaşdırır.














