Gündəm
İnsan gözü beyinin güzgüsüdür
ABŞ alimləri gözün selikli qişasında zədələri beyinin fəaliyyətinin pisləşməsi ilə əlaqələndirirlər. Bi-Bi-Si xəbər verir ki, alimlərin irəli sürdükləri nəzəriyyəyə əsasən, gözdə və beyində dəyişikliklər qan dövranının pozulması ilə əlaqədardır. Alimlər diabet xəstələrində və hipertoniklərdə rast gəlinən retinopatiya xəstələrini müayinə etmişlər. Bu xəstəlik zamanı selikli qişa zədələnir və xəstənin kor olması təhlükəsi yaranır.
Ağlamaq orqanizmə faydalıdırmı?!
Bəzən kədərdən bəzən isə sevincdən gözlərimiz yaşla dolar. Cəmiyyətdə ağlamağı bir zəiflik əlaməti kimi düşünənlər olsa da mütəxəsislər ağlamağın ən azı sevinmək və ya gülmək qədər normal bir proses olduğunu və insan orqanizmi üçün bəzi faydasınım mövcudluğunu vurğulamışlar.
Klassik musiqi sağalma prosesini sürətləndirir
Amerika cərrahlarının fikrincə, klassik musiqinin müşayiəti ilə aparılan əməliyyat xəstələrə müsbət təsir göstərir və onlar əməliyyatdan sonra özlərinə tez gəlir, sürətlə sağalırlar. Onlar əsasən Mosart, Bethoven, Vivaldi və Bax kimi bəstəkarların musiqisindən istifadə ediblər. Bundan əlavə, lirik nəğmə pərəstişkarları əməliyyat zamanı üçün Frenk Sinatranı dinləməyə üstünlük veriblər.
ŞOK: 67 yaşlı qadının gözlərindən 27 kontakt linza çıxarılıb
İngiltərənin Solihal Xəstəxanasının cərrahları katarakta cərrahiyyəsi üçün müraciət etmiş 67 yaşlı qadının gözlərindən əməliyyat zamanı 27 kontakt linza çıxarıblar. Bu barədə “bbc.com” saytı məlumat yayıb. Məlumata görə, 35 ildir linzadan istifadə etdiyini söyləyən qadın bu vaxtadək gözlərində heç bir qıcıqlanmanın olmadığını deyib. O, linzaların cərrahi üsulla çıxarılmasından sonra gözlərindəki müsbət dəyişikliyi hiss etdiyini bildirib.
ŞOK iddia: İnsan beyini 30 yaşdan sonra zəifləyir
ABŞ-ın Vircinya ştatında ki, eyni adlı unuversitetdə aparılan tədqiqatlar göstərib ki, insan orqanizmində qocalığın ilkin əlamətləri özünü ilk öncə beyində göstərir. Belə ki, 30 yaşdan sonra insanda unutqanlıq, yaddaş zəifliyi kimi hallar özünü göstərir. Həmçinin araşdırmalar göstərmişdir ki, insan beyninin ən yaxşı inkişaf dövrü 22 yaşında olur.
"Boşanandan sonra nə istəyir, eləsin"
Basketbolçu əri İbrahim Kutluayın xəyanətindən sonra boşanmağa qərar verən keçmiş model Demet Şener yaxın rəfiqəsi, model Ebru Şallının evli biri ilə sevgili olmasına münasibət bildirib.
Pavel Paşayevin adı Avropa Liqasının iştirak ərizəsində
Millimizin üzvü Pavel Paşayev yeni transfer olunduğu "Olexandriya"nın Avrokubok matçında meydana çıxa bilər. Paşayevin adı Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın "Astra" klubu ilə oyunlar üçün Ukrayna klubunun iştirak ərizəsinə daxil edilib. Milli komandamızın futbolçusu yeni komandasında 20 nömrəli forma altında çıxış edəcək.
Polis azyaşlı uşağı öldürən cinayətkarı belə döydü - Qazaxıstanda - VİDEO
Polis 5 yaşlı uşağı öldürən şəxsi kabinetində döyüb. Hadisə Qazaxıstanda baş verib. Döyülmə anı digər polis əməkdaşı tərəfindən mobil telefon vasitəsilə lentə alınıb. Görüntülərin sosial şəbəkədə yayılmasından sonra polis həbs olunub.
Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir
Yaxın günlərdə Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə “John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge nazir Heydər Əsədovla görüşdə deyib.
Osetiyada həyəcan siqnalı - Rusiya “İskəndər”i işə saldı
Şimali Osetiyada “İskəndər” raketləri atışa hazır vəziyyətə gətirilib. Rusiya Federasiyası Cənubi Hərbi Bölgəsi rəsmisi polkovnik Vadim Astafyev bu barədə məlumat verib. "Sputnik" agentliyinin məlumatına görə, o, raketlərlə bağlı həyəcan siqnalı verildiyini və “İskəndər-M” raket sistemlərinin işə salındığını bildirib: "Rusiya Şimali Osetiyanın Alanya bölgəsindəki qoşunlarının döyüşə hazırlıq vəziyyətinin təsbiti üçün başladılan ani yoxlama çərçivəsində raket birlikləri həyəcan vəziyyətinə gətirilib. Yoxlamalarda 500-dən çox əsgər iştirak edir.
""Şerif" "Qarabağ"dan güclüdür" - Federasiya prezidenti
Moldova Futbol Federasiyasının prezidenti Pavel Çebanu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" - "Şerif" oyunu haqda fikirlərini bildirib. Qurum rəhbəri son çempionunun Albaniyanın "Kukesi" klubuna evdə 1:0 hesabı ilə gəldiyi ilk oyundan sonra iradlarını söyləyib.
Bərdədə avtomobil yolunun tikintisinə 6,8 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Yeni Daşkənd-Umudalılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycana gələcəklər
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri bir ay ərzində Azərbaycana səfər edəcəklər.
Erməni hərbçiləri qəzaya düşüb - 4 yaralı
Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin qəzaya düşməsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar. Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. Hadisədə üç əsgər xəsarət alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.
""Panatinaikos"un pley-off şansı daha çoxdur" - Yunanıstanlı futbolçu
"Hələ iki il əvvəl "Panatinaikos"la "Qəbələ" arasındakı oyunlardan əvvəl də demişdim ki, rəqibi diqqətlə izləmək lazımdır". Bunu "Apollon" klubunun futbolçusu Fotios Papulis deyib. Yunanıstanlı yarımmüdafiəçi yerli mətbuata müsahibəsində avrokuboklarda çıxış edən komandalarının şanslarını dəyərləndirib. Karyerasını Kiprdə davam etdirən oyunçu Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" qarşılaşmasına da toxunub.














