"Boşanandan sonra nə istəyir, eləsin"

Basketbolçu əri İbrahim Kutluayın xəyanətindən sonra boşanmağa qərar verən keçmiş model Demet Şener yaxın rəfiqəsi, model Ebru Şallının evli biri ilə sevgili olmasına münasibət bildirib. 

Basketbolçu əri İbrahim Kutluayın xəyanətindən sonra boşanmağa qərar verən keçmiş model Demet Şener yaxın rəfiqəsi, model Ebru Şallının evli biri ilə sevgili olmasına münasibət bildirib. 

Ebrunun 10 ildir Qonca Akkuşla evli olan iş adamı Uğur Akkuşla münasibətdə olması Demetin xoşuna gəlməyib: "Başqasının həyatına qarışmıram. Kimisə nədəsə ittiham etmək mənə görə deyil. Mən öz başıma gələn xəyanətə qarşı çıxaraq dik dayanmışam. Əlbəttə, evli adamların başqaları ilə sevgili olması doğru deyil. Boşansın, sonra nə istəyir eləsin". 

Xatırladaq ki, Qonca Akkuş əri ilə birlikdə olduğu üçün Ebru Şallını məhkəməyə verib. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31