Pavel Paşayevin adı Avropa Liqasının iştirak ərizəsində
Millimizin üzvü Pavel Paşayev yeni transfer olunduğu "Olexandriya"nın Avrokubok matçında meydana çıxa bilər. Paşayevin adı Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın "Astra" klubu ilə oyunlar üçün Ukrayna klubunun iştirak ərizəsinə daxil edilib. Milli komandamızın futbolçusu yeni komandasında 20 nömrəli forma altında çıxış edəcək.
26 İyul 2017 19:02 İdmanMillimizin üzvü Pavel Paşayev yeni transfer olunduğu "Olexandriya"nın Avrokubok matçında meydana çıxa bilər. Paşayevin adı Avropa Liqasının III təsnifat mərhələsində Rumıniyanın "Astra" klubu ilə oyunlar üçün Ukrayna klubunun iştirak ərizəsinə daxil edilib. Milli komandamızın futbolçusu yeni komandasında 20 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, "Olexandriya" "Astra" ilə iyulun 27-də səfərdə, avqustun 3-də isə Ukraynada oynayacaq. Goal.az