Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətirilir

Yaxın günlərdə Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu barədə “John Deere” şirkətinin regional nümayəndəsi Maximilian Pauge nazir Heydər Əsədovla görüşdə deyib.

Yaxın günlərdə Azərbaycana 140-a yaxın pambıqyığan kombayn gətiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, bu barədə "John Deere" şirkətinin regional nümayəndəsi Maximilian Pauge nazir Heydər Əsədovla görüşdə deyib.

Görüşdə əsas məqsəd "John Deere" şirkəti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparılıb. Nazir həmçinin "John Deere" şirkəti ilə bağlanmış müqavilələrə əsasən qısa zamanda, pambıq yığımı mövsümünün başlanmasına qədər pambıqyığan kombaynların respublikaya gətirilməsinin sürətləndirilməsinin vacibliyini şirkət nümayəndələrinin diqqətlərinə çatdırıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31