Gündəm

53 MMMC dövlət qeydiyyatına alınıb

27 İyul 2017 11:02

İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin, formalaşmaqda olan yeni münasibətlərin, habelə mənzil fondunun idarə olunmasında yeni üsulların tətbiqi istiqamətində maarifləndirmə və təbliğat işləri aparılır, yerli icra hakimiyyəti orqanları və bələdiyyə nümayəndələrinin, sahə mülkiyyətçilərinin iştirakı ilə tədbirlər təşkil edilir, mənzil mülkiyyətçiləri ilə mütəmadi görüşlər keçirilir.

AMEA – da saziş imzalanıb

27 İyul 2017 11:02

AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə "EPC Group" MMC arasında əməkdaşlığa dair Saziş imzalanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev çıxış edərək son illərdə elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib.

Ancelina Coli GİZLİNLƏRİNİ AÇDI: “Uşaqlarımından gizli duşda...”

27 İyul 2017 11:00

Ancelina Coli Bred Pittlə boşandıqdan sonra keçirdiyi hisslərindən danışıb.  Hollivudun sevilən aktrisası “Vanity Fair” jurnalının növbəti sayının qonağı olub. Jurnala şəxsi həyatı və uşaqların vəziyyəti haqqında geniş müsahibə verən film ulduzu həm də yeni fotolar çəkdirib.

İşdən qovulan generalla bağlı BÜTÜN HƏQİQƏTLƏR ÜZƏ ÇIXDI: sərvəti ŞOK ETDİ

27 İyul 2017 10:57

Türkiyədə 15 iyul dövlət çevrilişində iştirak etdiyi iddia edilərək işdən qovulan keçmiş Hava Qüvvələri generalı Akın Öztürkün çevrilişdən bir gün sonra baş qərargahdakı təhlükəsizlik kameralarına düşən görüntüləri ortaya çıxıb.

“ASAN xidmət” İndoneziya mətbuatında

27 İyul 2017 10:33

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti İndoneziya Respublikasında səfərdə olub. Səfər zamanı Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Dövlət Agentliyindən “Olaylar” – a bildirilib ki, Azərbaycanın nümayəndə heyətinin İndoneziyaya səfəri, keçirilən görüşlər, İndoneziyanın dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanın “ASAN xidmət” modelini seçməsi bu ölkənin aparıcı mətbu orqanlarında əsas mövzularından birinə çevrilib və geniş işıqlandırılıb.

“Jara” artıq başlayır

27 İyul 2017 10:21

İyulun 28 – də Bakıda “Jara” Beynəlxalq musiqi festivalı start götürəcək. Dörd gün davam edəcək festivalda Qriqori Leps, Alla Puqaçova, Dima Bilan, Valeriya, LOBODA, Kristina Orbakayte, Filip Kirkorov, Sofiya Rotaru, Ani Lorak, Emin, Lolita, Vera Brejneva, Oleq Qazmanov və digər meqaulduzların eyni səhnəni bölüşəcəyi “Jara” həm iştirakçı və tamaşaçı kontingentinə, həm də müddətinə görə keçənilkindən fərqlənəcək.

Belarus yazıçıları Azərbaycan dilində çap olundu

27 İyul 2017 10:19

"Mütərcim" nəşriyyatı tanınmış Belarus yazıçıları Nikolay Çergineç, Ales Badak və Georgi Marçukun kitablarını Azərbaycan dilində çap edib. Kitabları Azərbaycan dilinə tanınmış yazıçı və tərcüməçi Kamran Nəzirli çevirib. Nikolay Çergineçin "Oğullar" adlı kitabına yazıçının eyniadlı romanı daxil edilib. Çergineç Belarus ədəbiyyatına ilk dəfə olaraq milis detektivi janrını gətirib, bir neçə kinossenari və teatr tamaşasının müəllifi, Beynəlxalq Yazıçılar Cəmiyyətinin, Rusiya və Belarus yazıçılar ittifaqlarının həmsədridir. Azərbaycan oxucusuna təqdim olunan "Oğullar" romanı mənasız "əfqan müharibəsi"ndən bəhs edir.

Film Komissiyasının fəaliyyəti müzakirə olundu

27 İyul 2017 10:18

Nizami Kino Mərkəzində Azərbaycan Film Komissiyası modelinin tətbiqi ilə bağlı tədbir keçirilib . “British Council Azərbaycan” 2015-ci ilin aprel ayından etibarən Avropa İttifaqının Mədəniyyət və Yaradıcılıq Proqramını reallaşdırır. Proqram çərçivəsində “British Council” Azərbaycanda kinematoqrafiya sahəsinin inkişaf etdirilməsi məqsədilə Film Komissiyası modelinin yaradılmasını nəzərdə tutan layihə həyata keçirir. “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib ki, proqramın məqsədi mədəniyyət və yaradıcılıq sektorlarının Azərbaycan və Şərq Tərəfdaşlığı proqramına daxil olan digər beş ölkədə humanitar, sosial və iqtisadi inkişafa davamlı töhfəsinin dəstəklənməsidir. “British Council” və onun tərəfdaşlarının həyata keçirdiyi proqram 2018-ci ilədək davam edəcək.

Trampdan növbəti jest

27 İyul 2017 10:15

ABŞ prezidenti Donald Tramp 100 min dollar məbləğində maaşını Təhsil nazirliyinin hesabına köçürüb. Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib. Qeyd edək ki, prezident ikinci dəfədir ki, bu cür jest edir. Belə ki, Tramp aprel ayında  birinci rüb üzrə məvacibini Milli Park Xidmətinin hesabına köçürmüşdü.

45 yaşlı məşhurun arxiv fotosu ŞOK ETDİ - “Çirkin deyilik, pulumuz yoxdur”

26 İyul 2017 20:05

Gökselin lisey illərinə aid fotosu ortaya çıxıb.  45 yaşlı müğənninin şəkli sosial şəbəkələrdə müzakirə mövzularından biri olub. Çoxları onun estetik əməliyyat nəticəsində gözəlləşdiyini vurğulayıb və heyərətə gəldiklərini gizlətməyiblər. Bəziləri isə “Biz də çirkin deyilik, sadəcə pulumuz yoxdur” kimi gülməli rəylər yazıb.

Yeni sistem kinoteatrda tamaşaçıların üz ifadələrini izləyəcək

26 İyul 2017 19:55

“Caltech” və “Disney Research” şirkətləri tamaşaçıların bu və ya digər filmlərə reaksiyalarının təhlili məqsədilə üz ifadələrinin izlənilməsi üçün neyron şəbəkə yaradıb. Bu, yeni nəsil “Nielsen” reytinqlərini formalaşdırmağa imkan verəcək.

“Ağıllı” üzük barmağı telefona çevirəcək- VİDEO

26 İyul 2017 19:50

“Kickstarter” saytında istifadəçinin barmağını qarnitura çevirəcək “ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir.   

Sürücüsüz avtomobillər üçün ilk dayanacaq istifadəyə verilib- VİDEO

26 İyul 2017 19:45

Almaniyanın “Bosch” və “Daimler” Şirkətlər Qrupu sürücüsüz avtomobillər üçün dünyada ilk dayanacaq inşa edib.

Böyük akkumulyator tutumlu smartfon nümayiş olunub

26 İyul 2017 19:40

“Oukitel” şirkəti 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən yeni mühafizəli smartfon nümayiş etdirib.  

Cadu üçün 3 yaşlı uşağı öldürdülər

26 İyul 2017 19:36

Hindistanda Voodoo cadusu üçün canlı uşaqdan istifadə edilib. Bədəninə iynələr sancılan uşaq ölüb. Şərqi Hindistanın bir əyalətində yaşanan bu hadisə eşidənləri dəhşətə salıb.