Gündəm
Pakistanda tükürpədici hadisə olub
Pakistanda törədilən dəhşətli hadisə bütün ölkədə səs-küyə səbəb olub. Pakistanın Multan ərazisində 20 nəfər birləşərək 16 yaşlı qızı zorlayıblar. Onlar bu iyrənc əməli qisas almaq məqsədilə düşmənçilk zəminində ediblər..
Venesuelada ölənlərin sayı durmadan artır
Venesuelada etirazlarda sutka ərzində ölənlərin sayı 3-ə çatıb. Bu obrazla, son məlumata əsasən, ölənlərin ümumi sayı 103 olub.
ABŞ-da təyyarə qəzaya uğrayıb- VİDEO
ABŞ-ın Yuta ştatının Oqden şəhəri yaxınlığında avtomobil yolunda "Beechcraft Bonanza" təkmühərrikli təyyarəsi qəzaya uğrayıb.
Mübariz Əhmədoğlu: “İvanov-Con formatı Dağlıq Qarabağ tənzimlənməsi üçün ən uğurlu formatdır”
“Dünyada, eləcə də MDB məkanında münaqişələrin həllində bir sıra formatlardan istifadə olunur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Zavodda qaz sızması - 1 nəfər öldü, 31 nəfər zəhərləndi
Çində zavodda baş verən qaz sızması nəticəsində 1 nəfər ölüb, 31 nəfər zəhərlənib. İnsident Çinin Sintsyan -Uyğur Muxtar Rayonunda yerləşən kimyəvi müəssisədə qeydə alınıb. Zəhərlənənlərin ağır vəziyyətdə xəstəxanalara çatdırıldığı bildirilir.
Avropa Liqasında III təsnifat mərhələsi başlayır
Bu gün futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Azərbaycan millisinin futbolçusu Pavel Paşayevin yeni komandası "Aleksandriya" "Zirə"ni mübarizədən kənarlaşdırmış Rumıniya "Astra"sının qonağı olacaq.
Lapşin israilli diplomatlarla görüşdü - Ekstradisiya məsələsi
İsrailin Bakıdakı səfirliyi Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilən bloqer Aleksandr Lapşinin İsrailə ekstradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət etməsi barədə xəbərlərə münasibət bildirib.
Cəbhədə erməni təxribatı artır
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.
Donald Trampın oğurluq etdiyi zaman görüntüləri yayıldı - VİDEO
İki oğru ABŞ Prezidenti Donald Trampın maskasını geyinərək ATM-dən oğurluq edib. Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılıb və tez bir zamanda izlənmə rekordları qırıb.
Qazaxıstanda təyyarə qəzası
Qazaxıstan Mülki Aviasiya Nazirliyinin məlumatında bildirilir ki, Yak-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub. Qəza Almatı şəhərində baş verib. Qəzanın baş vermə səbəbi məlum deyil. İlkin məlumatlara görə təyyarə yerə düşdükdən sonra alışıb.
9 min 512 əsgər intihar etdi - Amerikada
ABŞ-da aparılan araşdırma zamanı məlum olub ki, hərbi hissələrdə ölüm və ya yaralanmayla nəticələnən intihar hadisələri artıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, 2004 – 2009 – cu illərə nəzər salan araşdırmacılar bu illər ərzində Amerika ordusunda aktiv vəzifədə olan 9 min 512 əsgərin intihar etdiyini bildirirlər.
Daha bir miqrant faciəsi: uşaqlar, hamilə qadın...
Aralıq dənizində növbəti miqrant faciəsi yaşanıb. Dreyf edən rezin qayıqdakı miqrantlar batmaq təhlükəsi ilə üzləşəndə yükü azaltmaq üçün uşaqları, kişiləri, habelə hamilə qadını haqlayan ölümü görsələr də, onlara yardım edə bilməyiblər.
Rusiyada təyyarə qəzaya uğradı: ölən və yaralılar var - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində bir AN-26 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
Saakaşvilidən Poroşenkoya cavab: "Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəksiniz"
"Mən artıq 13 ildir ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Mən bir ölkənin vətəndaşıyam, o da Ukraynadır. Ukrayna hökuməti məni vətəndaşlıqdan məhrum edə bilməyəcək".
Otel yandı
Səhər saatlarında İstanbulda yerləşən otellərin birində yanğın hadisəsi baş verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, yanğına səbəb qısaqapanma olub. Qısa müddət ərzində böyüyən yanğın ərazisinə çoxlu sayda xilasetmə qrupları və təcili yardım maşınları cəlb olunub.














