Gündəm
Lerikdə broyler fabrikində partlayış-ölən və yaralananlar var
Lerik rayonunda broyler fabrikində partlayış olub. Məlumata görə, hadisə Piran kəndi ərazisində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxil olan məlumata görə, hadisə kəsim sexində baş verib. Adının açıqlanmasını istəməyən səlahiyyətli şəxs bunları deyib:“Hadisə Lerik broylerdə olub.
Azər Həsrət: “Ona niyə yeni mənzil verilib?”
Prezident İlham Əliyevin başçılığı altında mümkün qədər uğurla icra edilmiş bir təşəbbüs daha yekunlaşdı. 255 media təmsilçisinə Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin lütfüylə mənzillər təqdim edildi. Özü də qarşılıqsız. Özü də minnətsiz və heç bir öhdəliksiz. Yəni dövlət və başçısı öz vətəndaş-jurnalistinə heç bir şərt-fərq qoymadan onun sosial probleminin həllində yenə də öz sözünü dedi.
İnsan barmağını telefona çevirən üzük hazırlanıb
“Kickstarter” saytında “ağıllı” üzük üçün vəsait toplanışı üzrə kampaniya keçirilir. AzərTAc xəbər verir ki, “Orii” adlanan qurğu şəhadət barmağına taxılan və “bluetooth” vasitəsilə smartfonla sinxronlaşan böyük üzükdür. Üzüyün işi sümük keçiriciliyinə əsaslanır: zəng daxil olan zaman “Orii” istifadəçisi barmağını qulağa yaxınlaşdıraraq həmsöhbətini eşidə biləcək. Həmçinin hətta güclü kənar səs-küydə yaxşı eşitmək təmin olunacaq.
Gömrükdə yeni keçid məntəqələri tikiləcək
Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sadıxlı” gömrük postunda Azərbaycan və Gürcüstan gömrük və sərhəd xidmətləri nümayəndə heyətlərinin görüşü keçirilib. “Olaylar” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan nümayəndə heyətinə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, Gürcüstan nümayəndə heyətinə isə bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin müavini Vaxtanq Laşkaradze rəhbərlik edib. Görüşdə iki ölkə arasındakı mehriban dostluq və qonşuluq əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.
Dünya ulduzu sarayda çıxış edəcək
Oktyabrın 18 – də dünya ulduzu Patrisiya Kaasın Azərbaycana səfəri gözlənilir. İfaçının Heydər Əliyev adına sarayada solo konserti ilə çıxış edəcəyi bildirilir.
ABŞ ordusuna cinsi azlıqlar cəlb oluna bilər? - Rəsmi cavab
ABŞ prezidenti Donald Tramp cinsi azlıqlarla bağlı maraqlı fikir bildirib. Tramp "Twitter" hesabından cinsi azlıqların ordu sıralarına qatılmayacağını bildirib. "ABŞ hökuməti buna icazə verməyəcək və qəbul etməyəcək" - deyə Tramp bildirib.
Rusiyanın tanınmış jurnalisti Azərbaycan mediasına tövsiyələrini verdi
Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı ilə media nümayəndələri üçün master-klass keçirilib. Azərbaycan Beynəlxalq Bankının (ABB) təşəbbüsü və təşkilatçılığı ilə Bakıda 60-dan çox jurnalist, bloqqer, marketinq və PR mütəxəssisi üçün ustad dərsi (master-klass) keçirilib.
Bu ilin növbəti Ay və Günəş tutulmaları olacaq - Tarix açıqlandı
Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: "Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə Azərbaycandan da müşahidə olunacaq. Belə ki, günbatandan sonra Ay tutulmasının bir hissəsini görmək mümkün olacaq".
Hələ belə rəqs görünməmişdi – Əsgərlərin rəqsi hamını… – VİDEO
Əsgərlərin rəqsi hamının təəccübünə səbəb olub. Qırğızıstan əsgərlərinin “Буй буй” adlı mahnıyla oynadıqları möhtəşəm rəqsləri izlənmə rekordu qırır.
"Yurdçular" öz ambisiyalarının və hikkələrinin qurbanı olaraq, pərən-pərən düşüblər
“Ölkədə illər ərzində siyasi mühitdən xalqın uzaqlaşması, siyasi proseslərə laqeydliyi "ənənəvi müxalifətin" de-dstruktiv siyasətinin nəticəsidir”. “OLAYLAR”-ın xəbərinə görə. bu fikirləri Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib.
8 min nəfər müəllim olmaq üçün imtahan verib
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir. İmtahanda iki gün ərzində 8 minə yaxın şəxs iştirak edib. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
95 min hektar torpaq sahəsinin təyinatı dəyişdirilib
2017-ci ilin ilk 6 ayı ərzində 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, bundan 81 min 739 hektar torpaq sahəsində 19 Aqroparkın yaradılması və 13 min 680 hektar torpaq sahəsində isə 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub. Belə ki, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 6 ayı üzrə 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib.
Musa Qasımlı: Soçi görüşü erməni lobbisi və diaspora nümayəndələrinə bir cavabdır
“Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Vladimir Putin ilə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər”.
Xavyer Ernandes: "Rəqibə çətin anlar yaşadacağıq"
"Panatinaikos"un böyük və tarixi klub olduğunu bilirik". Bunu "Qəbələ"nin futbolçusu Xavyer Ernandes deyib. Yunanıstan mətbuatına açıqlama verən ispaniyalı futbolçu matça ciddi hazırlaşıdıqlarını qeyd edib: "Bütün matçlara olduğu kimi, bu oyuna da ciddi hazırlaşmışıq. Mən hesab edirəm ki, bir qol vursaq, oyunu öz əlimizə ala bilərik. Bundan başqa, "Yagelloniya" ilə səfər oyununda ortaya qoyduğumuz işi bu matçda da göstərsək, rəqibə çətin anlar yaşadacağıq".
Taylandda qayıq aşdı - 5 turist öldü
Taylandın cənubunda Çumpxon vilayəti sahillərində 5 turist qayığın aşması nəticəsində ölüb. Meteoroloqların hündür dalğalar olacağı barədə və əlverişsiz hava ilə bağlı xəbərdarlığına rəğmən, gəzinti qayığında 3-ü ekipaj üzvü olmaqla, 13 nəfər dəniz gəzintisinə çıxıb. Ölənlərin 5-nin də turist olduğu bildirilib.














