Musa Qasımlı: Soçi görüşü erməni lobbisi və diaspora nümayəndələrinə bir cavabdır

“Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Vladimir Putin ilə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər”.

"Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Vladimir Putin ilə keçirdiyi görüşlər və müzakirə edilən məsələlər həm ikitərəfli, həm də regional əməkdaşlıq və mövcud problemlərin həlli istiqamətində addımlardan biri kimi qiymətləndirilə bilər". Bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə, Azərbaycan və Rusiya qonşudurlar: "Onların arasında mehriban münasibətlərin olması hər iki ölkənin və xalqın faydasınadır. Azərbaycan-Rusiya ticarət-iqtisadi, mədəni və humanitar və b. sahələrdə əməkdaşlığı inkişaf edir. Münasibətlərin hüquq-müqavilə bazası yaradılıb. Dövlət başçıları arasında yaxşı şəxsi münasibətlərin olması da qeyd edilməlidir. Bu səfər Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışan dairələrə, xüsusən Rusiyanın dövlət və hökumət qurumlarında, KİV-lərində özlərinə yuva qurmuş və rus xalqının ayaqlarının altını qazan erməni lobbisi və diaspora nümayəndələrinə də bir cavabdır. Hesab edirəm ki, Rusiya dövlət adamları və ictimai xadimləri nəhayət, ermənilərin onlara hansı ziyanlar vurduğunu anlamalıdırlar. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın fəallığının bu görüşdən sonra artacağını da ümid etmək olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31