"Yurdçular" öz ambisiyalarının və hikkələrinin qurbanı olaraq, pərən-pərən düşüblər

“Ölkədə illər ərzində siyasi mühitdən xalqın uzaqlaşması, siyasi proseslərə laqeydliyi "ənənəvi müxalifətin" de-dstruktiv siyasətinin nəticəsidir”. “OLAYLAR”-ın xəbərinə görə. bu fikirləri Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib.

"Ölkədə illər ərzində siyasi mühitdən xalqın uzaqlaşması, siyasi proseslərə laqeydliyi "ənənəvi müxalifətin" de-dstruktiv siyasətinin nəticəsidir". "OLAYLAR"-ın xəbərinə görə. bu fikirləri Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə səsləndirib. O, bildirib ki, iqtidarın "dərimsnına su tökən" "yurdçular" öz ambisiyalarının və hikkələrinin qurbanı olaraq, pərən-pərən düşüblər: "Onların "lideri" ancaq ətrafa kin-küdurət səmpəklə, siyasətdə düşmənçilik toxumu səpir. Bu gün xalq radikallığın deyil, normal siyasət tərəfdədir. Normal və svil demokratik əsaslara söykənən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və onun sədri Razi Nurullayevin apardığı siyasət ölkədə normal siyasətin formalaşmasına və xalqı siyasi müxalifətin ətrafında birləşməyə xidmət edir.  "Yurdun" siyasəti isə, parçalamaq, nifaq və düşmənçilikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31