Lerikdə broyler fabrikində partlayış-ölən və yaralananlar var

Lerik rayonunda broyler fabrikində partlayış olub. Məlumata görə, hadisə Piran kəndi ərazisində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxil olan məlumata görə, hadisə kəsim sexində baş verib. Adının açıqlanmasını istəməyən səlahiyyətli şəxs bunları deyib:“Hadisə Lerik broylerdə olub.

Lerik rayonunda broyler fabrikində partlayış olub. Məlumata görə, hadisə Piran kəndi ərazisində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxil olan məlumata görə, hadisə kəsim sexində baş verib. Adının açıqlanmasını istəməyən səlahiyyətli şəxs bunları deyib:"Hadisə Lerik broylerdə olub. Qaz balonunun partlaması nəticəsində 1 nəfər ölüb. 2 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır. Hazırda ərazidə araşdırma gedir. Partlayışın dərəcəsi və səbəbləri araşdırılır. Çox güman ki ehtiyyatsızlıq ucbatından qaz balonu partlayıb. Prokurorluq, polis və FHN işçiləri hadisə yerindədir. Ölən şəxs kişidir, adı Vahiddir. Hər üçü kənd sakinidir".

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində baş verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31