Gündəm
“Prezidentinin təşəbbüsü ilə qəbul edilmiş qanun və qərarlar…. ”
Ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar postneft dövrü üçün qeyri-neft sektorunun inkişafına öz müsbət təsirini göstərir. İstər turizm, istər kənd təsərrüfatı, istərsə də sənaye sahəsində həyata keçirilən məqsədypnlü tədbirlər ümumilikdə ölkə iqtisadiyyatına təkan verir, onun inkişafını şərtləndirir. Məhz həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, cari ilin birinci yarısı ölkə üçün bütün parametrlər üzrə uğurlu olub. Elə millət vəkili Tahir Mirkişili də bu qəanətdədir.
“Aztelekom” MMC-nin sabiq baş direktoru azadlığa çıxdı
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub. “Olaylar” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.
Ermənistan əsir və girovlarla bağlı müvafiq beynəlxalq müqavilələri pozur
Ermənistan Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq, keçən ilin aprelində itirdiyi mövqeləri bərpa etmək üçün bütün mümkün vasitələrdən, hətta müharibə qanunlarına, insan hüquq və azadlıqlarına ziddi olan hərəkətlərdən istifadə edir. Hələ bir müddət əvvəl Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Ermənistanın Azərbaycana qarşı hərbi üstünlüyünü artırmaq məqsədilə öz ərazisində, eləcə də işğal altında saxladıqları Dağlıq Qarabağda PKK/PEJAK terror təşkilatı üçün düşərgələr saldığını bəyan etmişdi. Bildirilirdi ki, terrorçular üçün düşərgə quran Ermənistan PKK/PEJAK terrorçularını bu yollaTürkiyə, Azərbaycan və İrana qarşı hazırlayır.
Vidadi Zeynalova və Beytulla Hüseynova hökm oxundu
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesində yekunlaşır. “Olaylar” xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm elan olunub.
Boşandığı həyat yoldaşından ELƏ QİSAS ALDI Kİ...
Yaponiyada bir qadın boşandığı həyat yoldaşının təxminən 1 milyon dollar dəyərindəki skripkalarını qırdığı üçün saxlanılıb. 34 yaşlı bir qadın Naqoya şəhərində yaşayan 62 yaşlı keçmiş həyat yoldaşının (3 il əvvəl boşanıblar) mənzilinə daxil olaraq, 770 min funt dəyərində skripka kolleksiyasını əzik-əzik edib.
Zaqatala və Balakəndə helikopterlərlə əməliyyat keçirildi - Saxlanılanlar var
2017-ci il iyulun 25-26-da Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində Balakən və Zaqatala rayonları ərazisindəki meşə massivlərində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.
Partlayış olan fabrik deputatındır
Lerikin Piran kəndində partlayış baş vermiş broyler fabriki deputat İqbal Məmmədova məxsusdur. Fabrik "Lerik Broyler" MMC ("Lebro") adı ilə fəaliyyət göstərir. Məlumata görə, fabrik deputatın atası Nəriman Məmmədov, qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunur.
Kənar təhlükəyə qarşı birlikdə cavab verməyi bacarmalıyıq
2018-ci ildə keçiriləcək prezident seçkilərinə bir ildən artıq vaxt qalıb. Hələlik seçki aktivliyi müşahidə edilmıəməsi də təbii görünür. Çünki seçkilərə rəsmi start verilməsinə xeyli müddət var. Ancaq onu da qeyd etmək lazımdır ki, qeyri-rəsmi də olsa seçki hazırlıqları həyata keçirən, reallaşdıran partiya və təşkilatlar, fərdlər var.
“Leş mafiyası” at və eşşək ətini vətəndaşlara necə sırıyır?
Ölkədə mənşəyi bəlli olmayan ərzaq məhsullarına qarşı ciddi mübarizə aparılmasına baxmayaraq hələ də bütövlükdə onun kökünü kəsmək mümkün olmayıb. Etiraf edilməlidir ki, inzibati və yaxud maarifləndirmə yolu ilə belə halların qarşısını almaq o qədər də effekti üsul hesab edilmir. Mütəxəssislərin qənaətinə görə, insan sağlamlığı üçün təhlükəli hesab olunan qida məhsullarına qarşı ictimai nəzarət artırılmalıdır.
ABŞ-da əyləncə mərkəzində FACİƏ: attraksion qırıldı: ölənlər var - VİDEO
ABŞ-dakı Ohayo ştatında əyləncə mərkəzlərindən birində attraksion hərəkətdə olduğu zaman qırılıb. Kameralara əks olunan hadisədə, attraksionda əylənən bir neçə nəfər faciəvi şəkildə yerə çırpılıb. Ölənlərin olduğu deyilir.
UNEC-də məzun monitorinqi aparılıb
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində 2016/17-cı tədris ili üçün məzun monitorinqi aparılıb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, monitorinqin nəticələrinə görə, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunlarından 85%-i universiteti bitirəndən dərhal sonra işə düzəlib. 81% magistraturaya qəbul olunub, 3% isə hərbi xidmətdədir.
PKK-nın Qarabağda mövcudluğu təsdiqləndi- VIDEO
PKK terror təşkilatının 400 silahlısının keçən ilin aprel ayında başlayan hərbi əməliyyatlarda Azərbaycana qarşı vuruşmaq üçün Qarabağa gəldiyi təsdiqini tapıb. “OLAYLAR”-ın xəbərinə görə, Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin sədri Göksəl Gülbəy PKK terrorçularının aprel ayında Qarabağa gəldiklərini əks etdirən video görüntü yayıb. Videoda terrorçular böyük ruh yüksəkliyi ilə döyüşə getdiklərini ifadə ediblər.
Uğursuzluğa inanmaq doğrudurmu?
İnsan fitrətən ətrafında baş verən hadisələrə müəyyən mənalar yükləməyə meyllidir. Bu kimi meyllər daha çox bütpərəstlik dövründə olmuşdur. Həmin dövrdə insanlar bir çox hadisələri uğursuzluq kimi yozmağa çalışmışlar. Əfsuslar olsun ki, ta həmin dövrdən qalma batil inanclar inanan cəmiyyətlərə də qismən təsir etmişdir. Günümüzdə cəmiyyətdə qarşılaşdığımız “evin damında bayquş uladı, başıma bir fəlakət gələcək, filankəsin iti uladı evimizdən cənazə çıxacaq” kimi fikirlər məhz həmin batil düşüncələrdəndir ki, bunların dinlə heç bir əlaqəsi yoxdur. Bunların heç biri Allaha inanmaq və güvənməklə əlaqəli ola bilməz. Ayədə bildirilir ki, “Allah hər şeyi ən gözəl şəkildə yaratmışdır. Müsəlman heç bir hadisəni uğursuzluğa yozmamalıdır. İnanan insanın fikrincə hər şey Allahın qüdrəti ilə baş verir və baş verən hər işdə bizim bilmədiyimiz bir çox hikmətlər və xeyirlər vardır. Buna görə də müsəlman hər şeyi ancaq xeyrə yozmalı, haqqında xeyirli olanı istəməli, xeyirlə yatıb, xeyirlə qalxmalı, Allahdan ancaq xeyir diləməlidir”.
"Qalatasaray" rəsmisi Luçesku üçün Rumıniyaya getdi
"Qalatasaray"ın rəhbər şəxslərindən olan Can Topsakal Mirça Luçesku ilə görüşmək üçün bu səhər Rumıniyaya gedib. Can Topsakal səfər saatlarında "Bein Sports"a bu açıqlamanı verib: "Onu klubun başına gətirmək istəyirik. Luçesku ilə görüş üçün gedirəm. Razılaşa bilsək, klub prezidentimiz görüşəcək".
Səfirliyin bağlanmasını tələb etdilər
Cənub Afrikiada minlərlə insan Fələstin üçün etiraz mitinqi təşkil edib. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, İsrailin Məscidi-i Aksadaki məhdudiyyətlərinə etiraz edən afrikalılar bir araya gələrək fələstinlilərə dəstək olublar. Etirazçılar əllərində Fələstin bayraqları və "Əl-Əqsa məscidindən əlini çək" yazılı şüarları ilə Cənubi Afrika hökumətində fəaliyyət göstərən İsrail səfirliyinin bağlamasını tələb ediblər.














