Kənar təhlükəyə qarşı birlikdə cavab verməyi bacarmalıyıq
2018-ci ildə keçiriləcək prezident seçkilərinə bir ildən artıq vaxt qalıb. Hələlik seçki aktivliyi müşahidə edilmıəməsi də təbii görünür. Çünki seçkilərə rəsmi start verilməsinə xeyli müddət var. Ancaq onu da qeyd etmək lazımdır ki, qeyri-rəsmi də olsa seçki hazırlıqları həyata keçirən, reallaşdıran partiya və təşkilatlar, fərdlər var.
27 İyul 2017 12:58 SiyasətƏli Əliyev: "Hakimiyyətin daxilindəkilər həmin 5-ci kolonu təmizləməyə başlayacaqsa, bu işdə onlara dəstəyimizi verəcəyik"
2018-ci ildə keçiriləcək prezident seçkilərinə bir ildən artıq vaxt qalıb. Hələlik seçki aktivliyi müşahidə edilmıəməsi də təbii görünür. Çünki seçkilərə rəsmi start verilməsinə xeyli müddət var. Ancaq onu da qeyd etmək lazımdır ki, qeyri-rəsmi də olsa seçki hazırlıqları həyata keçirən, reallaşdıran partiya və təşkilatlar, fərdlər var. Bir neçə müxalifət partiyasının 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı namizəd müəyyən etməsi, bəzi partiyalarda müşahidə edilən siyasi hərəkətlilik növbəti prezident seçkilərinin gərgin atmosferdə və daha çox namizədin iştirak edəcəyi ilə baş tutacağından xəbər verir. Bir qayda olaraq Azərbaycan bu və ya digər seçkilər ərəfəsində beynəlxalq aləmin, daha çox isə yaxın qonşuların da maraq dairəsində olur. Hər bir yaxın və uzaq ölkə bu və ya digər dərəcədə Azərbaycanda maraqlarının təmin olunmasına çalışır. Düzdür, bu situasiyanı birbaşa hansısa dövlətin siyasəti ilə də eyniləşdirmək doğru olmazdı. Çünki əksər hallarda bu planlar hansısa ölkədə olan antiAzərbaycan şəbəkə tərəfindən hazırlanır. Və təbii olaraq həmin plan haradan icra olunursa, hədəf də elə o, ölkə hesab edilir. Necə ki, 2013-cü ilin prezident seçkiləri zamanı eyni situasiya baş verirdi. Rusiyadakı antiAzərbaycan şəbəkə, daha çox da erməni lobbisinin maraqlarına xidmət edən qüvvələr belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Moskva Azərbaycanda keçirilən prezident seçkilərinə namizəd hazırlayır. Məqsəd bəlli idi. Moskva-Bakı münasibətlərini gərginləşdirmək.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hesab edir ki, yenə də oxşar proseslər müşahidə edilməkdədir: "O zaman da Abbas Abbasov Kremlin emissarı kimi Bakıya gəlir, prezident İlham Əliyevlə görüşmək istəyir. Qəbul olunmur. Ad günü münasibətilə İlham Əliyevə telefon açan VladimirPutinin zəngindən sonra Abbas Abbasov yenidən paytaxta gəlir. Bu dəfə qəbula düşə bilir. Bakıda brifinqdə hər işin qaydasında olduğunu deyir. Moskvaya döndükdən sonra fərqli tezislər səsləndirir. Sonra isə prezident İlham Əliyevin namizəd dəyişikliyinə maneçilik törədənlər arasında mərkəzi fiqura çevrilir. Rusiya Dağıstana böyük kontingent cəlb etməklə, təlimlər adı altında əzələ nümayişi həyata keçirir. Avqustda prezident İlham Əliyevlə Vladimir Putinin qalstuksuz Bakı görüşü. Yenə də avqustda, təlimlər adı altında Andreyev bayraqlı rus gəmiləri Bakı limanına yan alır. Sonradan Rəsul Quliyevin fəalaşması, Moskva yazışmaları, müxalifətlə əməkdaşlığı, Bakıdakı Moskva qrupunun fəallığı və s". Əli Əliyev deyir ki, bu gün baş verənlər 2013-cü ili xatırladır: "Abbas Abbasova Vladimir Putinin adından təşəkkür məktubu yazılır, Rəsul Quliyevin namizəd ola biləcəyi ilə bağlı bəyanatlar verir. Həmçinin, Gürcüstan hərbi təlimlərində Bakı-Supsa kəmərinin nəzarətə götürülməsi, Belarusda hazırlanan misli görünməmiş miqyaslı hərbi təlim üçün sentyabr hazırlıqları, Soçidə qalstuksuz statusda Prezidentlərin görüşü, Bakı buxtasında rus gəmiləri, Moskva qrupunun zəiflədilməsi, aidiyyatlı şəxslərin istefası barədə söz-söhbət, Rusiyaya simpatiyası olan şəxslərin fəal mövqeyi. Bütün bunlardan gəlinən nəticələr ondan ibarətdir ki, hazırkı vəziyyətdən bərk narahatdır. Hakimiyyətin daxilində gedən dəyişiklik hazırlıqlarının qarşısını almaq üçün həm Kreml, həm müvafiq qrup və tədricən müxalifətin marjinal hissəsi qoşulmağa başlayıb. Əgər bu dəyişiklik ən ciddi maneəmiz Moskvaya sərf etmirsə, deməli orada bizə faydalı məqamlar var". Əli Əliyev qarşıdan gələn seçkilərdə iştirakla bağlı rəhbərlik etdiyi partiya tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsinə də aydınblıq gətirib və bəlli xarici dairələrin Azərbaycanda 2013-cü ildə həyata keçirmək istədikləri planın yenə də işə düşəcəyi təqdirdə ona qarşı mübarizə aparacağını söyləyib: " 2013-cü ildə də, indi də Moskvanın Azərbaycanı inkişafdan saxlamaq, öz əlaltısına çevirmək, Avrasiya ittifaqı, Gömrük sazişi, hərbi birliklərə sürümək layihəsilə barışmayacayıq. Əgər Moskva var gücü ilə tərəqqimizə əngəl olan qrupu qorumağa, hakimiyyətin daxilindəkilər həmin 5-ci kolonu təmizləməyə başlayacaqsa, bu işdə onlara dəstəyimizi verəcəyik. Biz içəridə bir-birimizlə savaşa da, mübarizə də apara bilərik. Ancaq kənardan gələn təhlükə hamımıza qarşıdır. Rus, ingilis, fars, qeyrisindən bizə hami olmaz. Bu gün Moskvadan ciddi təhlükə yenə baş qaldırıb. Ona görə daxili narazıçılıqlarımızı unutmadan, kənar təhlükəyə qarşı birlikdə cavab verməyi bacarmalıyıq. Şəxsən mənə Moskvanın müdafiə etdiyi Abbas Abbasov, Rəsul Quliyev, yaxud başqa birisindənsə, Moskvanın narazı olduğu İlham Əliyev daha çox sərf edir. Ötən əsrdə Bakıda erməni qırğınları zamanı Bakı qoçuları düşmənin təcavüzünə sinə gərmək üçün qan düşmənçiliklərini rəsmən dayandırıb, birlikdə səngərə giriblər. Dedikləri də belə olub ki, " Düşmənlə qurtaraq, namusumuzu qoruyaq, düşmənçiliyimiz yerindədir, sonra davam etdirərik". Belə örnəyi olan millət səhv etməməlidir. Xüsusən kənar təhlükə qarşısında".
Məhəmməd