Ermənistan əsir və girovlarla bağlı müvafiq beynəlxalq müqavilələri pozur
Ermənistan Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq, keçən ilin aprelində itirdiyi mövqeləri bərpa etmək üçün bütün mümkün vasitələrdən, hətta müharibə qanunlarına, insan hüquq və azadlıqlarına ziddi olan hərəkətlərdən istifadə edir. Hələ bir müddət əvvəl Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Ermənistanın Azərbaycana qarşı hərbi üstünlüyünü artırmaq məqsədilə öz ərazisində, eləcə də işğal altında saxladıqları Dağlıq Qarabağda PKK/PEJAK terror təşkilatı üçün düşərgələr saldığını bəyan etmişdi. Bildirilirdi ki, terrorçular üçün düşərgə quran Ermənistan PKK/PEJAK terrorçularını bu yollaTürkiyə, Azərbaycan və İrana qarşı hazırlayır.
27 İyul 2017 13:07 SiyasətRövşən Məmmədli: "Avropaya donosçuluq etməyi özlərinə rəva bilən hüquq müdafiəçiləri nədən Ermənistanda əsir həyatı yaşayan minlərlə soydaşımızın harayını qoca qitəyə çatdırmırlar?
Ermənistan Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq, keçən ilin aprelində itirdiyi mövqeləri bərpa etmək üçün bütün mümkün vasitələrdən, hətta müharibə qanunlarına, insan hüquq və azadlıqlarına ziddi olan hərəkətlərdən istifadə edir. Hələ bir müddət əvvəl Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Ermənistanın Azərbaycana qarşı hərbi üstünlüyünü artırmaq məqsədilə öz ərazisində, eləcə də işğal altında saxladıqları Dağlıq Qarabağda PKK/PEJAK terror təşkilatı üçün düşərgələr saldığını bəyan etmişdi. Bildirilirdi ki, terrorçular üçün düşərgə quran Ermənistan PKK/PEJAK terrorçularını bu yollaTürkiyə, Azərbaycan və İrana qarşı hazırlayır. ASİMDER rəhbəri qeyd etmişdi ki, üzdə Ermənistan İranla müttəfiq olsa da, əslində İrəvanın Tehranla bağlı da məkirli planları var: "Ermənistanın Göyçə gölü ətrafındakı Vardanes bölgəsində və və işğal etdiyi Azərbaycan ərazisi Qarabağ bölgəsində PEJAK/PKK terror təşkilatına on iki təhsil və məskunlaşma düşərgə yaradıb. Bununla da Ermənistan bölgədəki terror təşkilatlarının qidalandığı və təhsil aldıqları bir ölkə vəziyyətinə gəlib. 1984-ci ildə erməni terror təşkilatı ASALA Türkiyə, Azərbaycan və İranda özünə yer tapan PKK/PEJAK terror təşkilatlarına dəstək verərək onları da böyük Ermənistan xülyasına xidmət edən təşkilatlar halına gətirdi. 2016-cı ilin aprel ayında Azərbaycan ilə Ermənistan arasında baş verən toqquşmalar ərəfəsində isə ermənilər Qarabağda döyüşmək üçün Suriyadan 400 nəfərlik PKK/PYD/YPG terror təşkilatı üzvünü Ermənistana gətirdi. Onlardan 150-si suriyalı erməni, 250-si isə Suriya, Türkiyə, İran və İraq Kürdlərindən ibarət terror qrupu idi. Terrorçular Türkiyə Ağrı Tendürek üzərindən keçərək Ermənistanın Sevan gölü regionundakı Vardenes şəhərciyində məskunlaşdırıldı. Terrorçuların Türkiyədən Ermənistan ərazisinə keçidlərinə təşkilatın içərisində Erməni əsilli şəxslərə aid olan Ağrı Qartalları adlı birlik dəstək olub. Livan Qaradağ, Hemaran Kervaçiyan və Sərvət Bagopşin adlı üç terrorçular Ağrıdan Ermənistana keçən qrupa bələdçilik ediblər. Bu terror qrupunun Ermənistandan Qarabağa gəlişi və hansı istiqamətlərdən keçdiyi barədə video görüntülər əlimizdədir və yaxın vaxtlarda onu ictimaiyyətə təqdim edəcəyik".
Göksəl Gülbəy onu da deyib ki, Ermənistan müharibə qanunlarını, eləcə də əsri və girovlarla bağlı müvafiq beynəlxalq müqavilələri də pozur: "Ermənistan 1992-ci ildə əsir götürdüyü 2700 azərbaycanlı Türk qadınlarını zorla ermənilərə ərə verib və onlara təcavüz etdikləri dünya ictimaiyyətinə dəfələrlə bəyan edilib. Məhz həmin azərbaycanlı əsir qadınlardan dünyaya gələn uşaqları sonradan ailələrdən alaraq yetimxanalarda böyütdü. Onları Türk və Azərbaycan düşməni kimi yetişdirərək Ermənistan ordusuna cəlb etdi. İndi həmin gənclər PKK/PEJAK/PYD/YPG terror təşkilatı üzvləri ilə birlikdə Azərbaycana qarşı döyüşürlər. Ermənistan bütün dünyanın gözünün içinə baxaraq bütün insan haqlarını pozur. Terror təşkilatlarına dəstək verir və müharibə əsirlərini inkar edərək onlara hər cür işgəncə verir, təhqirlərə məruz qoyur. Bütün insan haqları təşkilatlarını, həm əsir azərbaycanlı qardaşlarımızın aqibətinin və terror təşkilatlarının yuvalanıb qonşu ölkələrdəki Ermənistanın dəstəyi ilə həyata keçirdiyi terror aktları, qətlə yetirdikləri günahsız, dinc insanların araşdırılmasını ASİMDER Baş Qərargahı olaraq tələb edirik".
Hüquqşünas Rövşən Məmmədli də deyir ki, Ermənistanda saxlanılan azərbaycanlı əsirlərin taleyi bizim hər birimizi dərin sarsıldır. Onun sözlərinə görə, Azərbaycan dövləti ermən quldur dəstələrinin əsir götürdükləri azərbaycanlıları zamanında nə danışıqlar yolu, nə də müharibə yolu ilə geri almadı. Onun sözlərinə görə, uzun illər mundar ermənilərin köləsi olmuş yüzlərlə soydaşımız indi zəlil günə düşüb bizə rüsvayçılıq gətirən söhbətlər edir və bunları da erməni dığaları lentə alıb, tərcümə edib yayırlar: "Tamamilə erməni təsirinə düşmüş,ermənilərdən ağır kötəklər yemiş və artıq azad olacaqlarına tamam inamı itirmiş bu şəxslər şübhəsiz erməni faşistlərin hədəsi altında əleyhimizə nifrinlər deyir, bizə aşkar qarqış edir, nifrətlərini bildirirlər. Hələ bu harasıdır. Bu arvadların doğduqları azərbaycanlı uşaqlar indi erməni ordusunda yer alıb bizimlə döyüşə hazırlaşırlar. Baxsın bunlara Azərbaycan ziyalıları, yerə girsinlər, öz yaxşı həyatları naminə susub zamanında səslərini qaldırmadılar ki, bu zavallı insanlar azad olsun faşist erməni zülmündən. Baxsın buna Azərbaycan jurnalistləri ki,bu əsirlərlə bağlı tədqiqatlar aparmadılar, onların yerlərini xarici peşə dostları vasitəsilə öyrənmədilər.Yazıb dünyanı bu zavallıların dadına çatmağa çalışmadılar. Baxsın bunlara insan hüquqları haqqında dil-boğaza qoymayan hüquq müdafiəçilərimiz. Avropaya donosçuluq etməyi özlərinə rəva bilən bu hüquq müdafiəçiləri nədən Ermənistanda əsir həyatı yaşayan minlərlə soydaşımızın harayını qoca qitəyə çatdırmadılar?. Bu hüuq müdafiəçiləri nə qədər rəzilliyə yuvarlanıblar ki.bu haqda susub bir kəlmə belə danışmayıblar. Ermənilərin zülmü altında 25 ildir inləyən zavallı soydaşlarınızın zəlilliyinə niyə susqunıluq göstəririk?. Hələ də gec deyil. O alçaq erməni faşistlərinin əlində son günlərini, aylarını yaşayan soydaşlarımızı azad etmək zəruridir. Bunu da ancaq Azərbaycan Ordusu bacarar".
Füzuli