Beynəlxalq Üzgüçülük Federasiyası ilə tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyası ilə tərəfdaşlığın genişləndirilməsini müzakirə edib.

Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 30-da Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləm ilə görüşüb.

Görüşdə Bakıda üzgüçülük idman növü üzrə ilk dəfə Dünya Kubokunun keçirilməsinin əhəmiyyəti vurğulanıb, yarışın Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə və ölkəmizdə üzgüçülüyün təşviqinə töhfə verəcəyi qeyd edilib.

Azərbaycanda üzgüçülüyün inkişafına göstərilən diqqət, yaradılmış müasir idman infrastrukturu və ölkəmizin beynəlxalq yarışların təşkilində qazandığı zəngin təcrübə barədə söhbət açılıb.

Beynəlxalq Üzgüçülük Federasiyası ilə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, bu tərəfdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Beynəlxalq Üzgüçülük Federasiyası ilə tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Beynəlxalq Üzgüçülük Federasiyası ilə tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31