Gündəm
4 min 724 nəfər xilas edilib
Nigeriya İnsan qaçaqçılığı Milli Agentliyi 2013-2017 – ci illərdə 4 min 724 nəfərin insan alverinin qurbanı olmaqdan xilas edildiyini açıqlayıb. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, xilas olunanlardan 549 mini kişi, 3 min 175 – i isə qadındı.
Böyrək köçürülən xəstələrin sayı AÇIQLANDI
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində ölkədə xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi ilə mübarizə, bu sahələrdə xəstələrə dövlət qayğısı, həyata keçirilən tədbirlərə həsr edilmiş mətbuat konfransı keçirilib.
Türkiyə istəyinə çatdı: Rusiya “S-400”-ləri göndərəcək - HƏDƏFLƏR DƏ AÇIQLANDI
“S-400” raket sistemlərinin alınması barədə uzun müddətdir ki, Rusiya ilə müzakirələr aparan Türkiyə, nəhayət ki, istəyinə çatdı. İki ölkə arasında müzakirələr imzaların atılması ilə yekunklaşıb.
Politoloq: “Müharibə başlayarsa, Azərbaycanın yanında bir sıra dövlətlər yer alacaqlar”
Rusiya-Ermənistan qoşunlarının yaradılması haqda müqavilənin Rusiya prezidenti Vladimir Putin tərəfindən ratifikasiya edilməsi məlum olan bir məsələnin elanıdır. Bu fikri politoloq Zaur Məmmədov bildirib. O qeyd edib ki, bəzi məqamlar illərdir ki, bəllidir: “Hesab edirəm ki, Azərbaycan özünə və öz ordusuna güvənməlidir. Xarici qüvvələr Azərbaycanı başqaları ilə qarışdırmamalıdır”.
Politoloq: “Əsas məqam gələndə rıçaqlar ermənilərin yox, rusların əlində olacaq”
“Əgər Ermənistan ərazisinə təcavüz olunsa, Rusiya-Ermənistan birgə qoşunları hərəkətə keçə bilər. Amma Azərbaycan Ermənistana ərazisinə təcavüz etmək niyyətində deyil. Azərbaycan öz torpaqlarının azadlığı uğrunda mübarizə aparır”.
Supegüclərin Cənubi Qafqaz uğrunda yeni savaşı
Super güclər arasında regional mübarizənin deyəsən yeni mərhələsi başlayır. Avropada nüfuz savaşı, Yaxın Şərq, ərəb dünyası, hətta Afrikanən təbii sərvətlərini ələ keçirmək uğrunda gedən mübarizə indi də Cənubi Qafqaza transfer olunur. Hər halda son aylar Birləşmiş Ştatlarla Rusiya arasında cərəyan edən proseslər, hər iki güc mərkəzinin regiona daha yaxın olması məqsədilə atdığı addımlar belə deməyə əsas verir. Hələlik bu prosesdə Birləşmiş Ştatlar uduşlu görünsə də, lakin Rusiya da müvəqqəti məğlubiyyətlə barışmaq niyyətində görünmür. Birləşmiş Ştatların Cənubi Qafqaza doğru irəliləməsinə NATO-da yaxından dəstək olduğu üçün Rusiya da alternativ variantlar axtarışındadır.
ABŞ-dan PKK-ya daha bir jest: Türkiyə əleyhinə daha bir addım
Suriyanın şimalında PKK terror təşkilatının nəzarətindəki bölgələrdə 7 hərbi baza quran ABŞ təşkilata daha bir “jest” edib. Amerika Suriyaya pilotsuz təyyarələr göndərəcək.
İyulun son günlərində Bakı və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir
Azərbaycanda bu ayın sonunadək gözlənilən havaşəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, iyulun 28-29-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 34-39° isti olacağı gözlənilir.
"Qarabağ"ı sevindirən sensasiyalar
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub. Öz ölkəsinin çempionlarının mübarizəsində 10 qarşılaşma baş tutub. Bu görüşlərdən biri Azərbaycan təmsilçisinin iştirakı ilə keçirilib. "Qarabağ" öz meydanında Moldova "Şerif"i ilə qarşılaşıb - 0:0.
"Əl-Cəzirə" Qüdsdən qovulur
İsrailin baş naziri Bünyamin Netanyahu "Əl-Cəzirə" telekanalının Qüdsdəki ofisinin bağlanması ilə bağlı təlimat verib. O, bu barədə sosial şəbəkə hesabında açıqlama verib: “Məscidi-Aksa mövzusu üzərindən şiddəti aşıladığı üçün "Əl-Cəzirə" telekanalının Qüsdəki ofisinin bağladılması əmrini verdim.
Qayınatası həbs olunan Röya keçmiş ailəsinin BÜTÜN SİRLƏRİNİ ÜZƏ ÇIXARTDI: "O zaman..."
"Lazım olsa, oğlumu hər gün babası ilə görüşə aparacağam" Ötən gün Əməkdar artist Röya Ayxanın keçmiş qaynatası, "Çudo Peçka" və "ÇP Aqro" MMC-lərinin təsisçisi Çingiz Cəlilovun həbsi ilə bağlı məlumatlar yayılıb. Biznesmen 21 milyonluq dələduzluqda ittiham olunur.
Naxçıvan ərazisində arxeoloji abidələr aşkarlandı
Naxçıvan Muxtar Respublikasının ərazisində xeyli yeni arxeoloji abidə aşkar olunub.Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, Naxçıvan şəhər arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın müxbir üzvü, Vəli Baxşəliyevin sözlərinə görə, bu abidələrin bir qismi Eneolit dövrünə aiddir. Bölmədən “Olaylar” – a bildirilib ki, alim Naxçıvan şəhəri yaxınlığındakı Uçan Ağıl və Uzunoba abidələrinin tədqiqi zamanı götürülən radiokarbon analizlərinin V minilliyin birinci yarısına aid olduğunu deyib.
Ət niyə bahalaşdı?
Paytaxt Bakı da daxil olmaqla respublikanın bölgələrində ət və ət məhsullarının qiymətinin artımı müşahidə olunur. Rəsmi statistik məlumata görə, heyvan əti həm diri çəkidə, həm də kəsimdə bahalaşıb. Təbii ki, baş verən qiymət artımı əhalinin alıcılıq qabiliyətinə təsirsiz ötüşməyib. Daha dəqiq, ölkədə ətin bahalaşması alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub.
Həcc ziyarəti ərəfəsində ortaya atılan əsassız fikirlər
Artıq müqəddəs həcc ziyarəti yaxınlaşmaq üzrədir. Maraqlı və təəssüfedicidir ki, son illər bu müqəddəs ziyarət barədə də bilərəkdən və ya bilməyərəkdən mənfi fikirlər ortaya atılır, bu ziyarəti aşağılamağa, onun dəyəriniz azaltmağa cəhdlər göstərilir. İndi də belə bir qərəzli və böhtan dolu fikir ortaya atılıb ki, guya müqəddəs ziyarət zamanı Şeytanı daşlamaq mərhələsində zəvvarlara şeytana atmaq üçün daş pulla satılır. Müəyyən maraqlı və din düşməni tərəfindən yayılan bu kimi qərəzli məlumatlara ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov aydınlıq gətirib.
Dövlət büdcəsindən maliyələşən rayonlarda nöqsanlar aşkarlanıb
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 4 təhsil, 4 tibb, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.














