Supegüclərin Cənubi Qafqaz uğrunda yeni savaşı

Super güclər arasında regional mübarizənin deyəsən yeni mərhələsi başlayır. Avropada nüfuz savaşı, Yaxın Şərq, ərəb dünyası, hətta Afrikanən təbii sərvətlərini ələ keçirmək uğrunda gedən mübarizə indi də Cənubi Qafqaza transfer olunur. Hər halda son aylar Birləşmiş Ştatlarla Rusiya arasında cərəyan edən proseslər, hər iki güc mərkəzinin regiona daha yaxın olması məqsədilə atdığı addımlar belə deməyə əsas verir. Hələlik bu prosesdə Birləşmiş Ştatlar uduşlu görünsə də, lakin Rusiya da müvəqqəti məğlubiyyətlə barışmaq niyyətində görünmür. Birləşmiş Ştatların Cənubi Qafqaza doğru irəliləməsinə NATO-da yaxından dəstək olduğu üçün Rusiya da alternativ variantlar axtarışındadır.

Regionun dünya güclərinin poliqonuna çevrilməsi təhlükəsi artır

Super güclər arasında regional mübarizənin deyəsən yeni mərhələsi başlayır. Avropada nüfuz savaşı, Yaxın Şərq, ərəb dünyası, hətta Afrikanən təbii sərvətlərini ələ keçirmək uğrunda gedən mübarizə indi də Cənubi Qafqaza transfer olunur. Hər halda son aylar Birləşmiş Ştatlarla Rusiya arasında cərəyan edən proseslər, hər iki güc mərkəzinin regiona daha yaxın olması məqsədilə atdığı addımlar belə deməyə əsas verir. Hələlik bu prosesdə Birləşmiş Ştatlar uduşlu görünsə də, lakin Rusiya da müvəqqəti məğlubiyyətlə barışmaq niyyətində görünmür. Birləşmiş Ştatların Cənubi Qafqaza doğru irəliləməsinə NATO-da yaxından dəstək olduğu üçün Rusiya da alternativ variantlar axtarışındadır. Bu ərəfədə Kremlin Cənubi Qafqazda hərbi təlimlərə hazırlaşması elə Moskvanın Amerika-NATO müttəfiqliyinə bir ismarıc sayıla bilər. Onu da qeyd etmək yerinə düşər ki, paralel olaraq Birləşmiş Ştatlar da Gürcüstan vasitəsilə regionda təlimlər keçirmək niyyətini açıqlayıb. Heç şübhəsiz ki, bütün bu proseslər isə istər-istəməz regionu barıt çəlləyinə, supergüclərin poliqonuna çevirmiş olur. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri. politoloq Məhəmməd Əsədullazadə deyir ki, Gürcüstan ərazisində Biləşmiş Ştatlar və Rusiya Federasiyasının hərbi təlimləri Cənubi Qafqazda geosiyasi vəziyyəti mürəkkəbləşdirir. Onun sözlərinə görə, Pribaltika ölkələrindən başlayaraq, Şərqi Avropa xətti ilə davam edən siyasi-hərbi münaqişə xətti Cənubi Qafqazda -Gürcüstan ərazisinə kimi davam edir: "Fikir versək, Şimaldan -Cənuba kimi həm Rusiyanın, həmdə NATO adı altında Birləşmiş Ştatların hərbi qüvvələri qarşı-qarşıya dayanıb. Bu gərgin situasiya dünyada ümumi təhlükəsizliyi təhdid etməklə yanaşı, Şərqi Avropa ölkələrini və Gürcüstanın hərbi platsarm olmasına gətirib çıxarıb. Vurğulamaq lazımdır ki, Birləşmiş Ştatların Rusiyaya qarşı iqtisadi sanksiyaları sərtləşdikcə, Rusiya, Gürcüstan və Ukraynada hərbi təxribatlarını davam etdirəcək. Həmçinin Kreml Belarus istiqamətində hərbi təlimləri ilə Baltikyanı ölkələrə qarşı hərbi-psixoloji təzyiqlər edəcək". Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Qərb Rusiyanı iqtisadi cəhətdən sıxdıqca, rəsmi Kreml qonşu ölkələrə qarşı təzyiqləri artıracaq: "Gürcüstanın separatçı "Cənubi Osetiya muxtariyyəti" ərazisində Rusiyanın 16 minlik əsgəri heyətlə hərbi təlimi, rəsmi Tiflislə Qərbin genişlənən siyasətinə, həmçinin Azərbaycanın Avropa ilə inkişaf edən əməkdaşlığına qarşı yönəlib. Bundan əlavə Rusiyanın Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsini nəzarətə götürməsi, Avropanın enerji maraqlarını təhdid etməkdir. Bununla rəsmi Kreml tikilməkdə olan Avropanın Rusiyanın qaz inhisarına alternativ olan "Cənubi Qaz dəhlizini" bunun davamı TANAP -boru kəmərinin təhlükəsizliyini də risk altına qoyur. Göründüyü kimi BirləşmişŞtatlar başda olmaqla, Qərblə Rusiyanın siyasi qarşıdurma xətti Cənubi Qafqaz regionunda davam edir. Qlobal güclərin regionda geosiyasi-geostrateji maraqlar uğrunda mübarizəsində rəsmi Bakının hazırkı siyasətində manevr etməklə, təhlükənin qarşısını almağa yönəlib. Moskva və Vaşinqtonla aparılan diplomatik fəaliyyət Azərbaycanın maksimum enerji maraqlarına qarşı yönələn təzyiqlər və risklərin qarşısı alınmalıdır. Həmçinin iki paytaxt arasında davam edən soyuq siyasi münasibətlərdən itkisiz çıxmaq mütləqdir".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Birləşmiş Ştatlar və Rusiyanın regionda üstünlüyü əl almaq uğrunda mübarizəsinin təhlükəli tendensiya aldığını söyləyib. Politoloq bildirib ki, artıq Rusiyadan təhdid təhdid dalınca gəlir: "İndi də Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırırlar. Kimdir "bir sıra xarici dövlətlər?" Yaxın Şərq heç, vəziyyət həqiqətən qarışıqdır, kimin papağının kimin başında olduğu bəlli deyil. Bəs Şoyqu Cənubi Qafqazdan niyə bu qədər nigarandır? NATO ölkələri ara-sıra Gürcüstanda hərbi təlimlər keçirirlər və çıxıb gedirlər, vəssəlam. Bəs sizin Ermənistanda daimi yerləşdirdiyiniz - Azərbaycan, İran və Türkiyə ilə sərhəddəki hərbi birlikləriniz kimə qarşıdır? Axı sözdə həm Ankaranı, həm Tehranı, həm də Bakını strateji tərəfdaş adlandırırsınız. Demək, Kreml səmimi deyil, bu dövlətlərdən hansısa birinə və ya bir neçəsinə inanmır, çünki Rusiyanın Ermənistandakı hərbi varlığının gücləndirilməsinin başqa izahı yoxdur".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31