Gündəm
Ana, haradasan? – DƏHŞƏTLİ İNTİHARIN TƏFƏRRÜATI
İyulun 25-də saat 21:00 radələrində Şəmkir rayonu Zəyəm qəsəbəsi ərazisində dəhşətli intihar hadisəsi baş verib.
Gömrük və Ticarət nazirliyində əməliyyat
Ankarada dövlət müəssələrində FETÖ terror qruplaşmasına qarşı əməliyyatlar davam etdirilir. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, əməliyyatlar zamanı ByLock istifadəçiləri olan Gömrük və Ticarət nazirliyinin keçmiş əməkdaşları həbs olunub. Ankaranın 9 ayrı bölgələrində aparılan əməliyyat zamanı 38 nəfər həbs olunub.
Jurnalistin cibinə girdilər
İyulun 26-da “Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy cibgirlərin hədəfinə tuş gəlib. Onlar jurnalistin 200 manatını cibindən çıxarıblar. Məsələ ilə bağlı danışan Elşad Paşasoy bildirib ki, pulunun oğurlanması ilə bağlı polisə müraciət edib: “Xətai RPİ-nin 35-ci Bölməsində ərizə və izahat aldılar.
“Ketçub” qabında narkotik keçirmək istədi
Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən uğurlu tədbirlər davam etdirlməkdədir.
Çantasında soyuq silah, ayaqqabısında narkotik vasitə aşkarlandı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Diqqət!
“OLAYLAR” İnformasiya Agentliyi, “OLAYLAR” qəzeti və olaylar.az saytının yeni elektron ünvanları bunlardır. Xahiş edirik nəzərə alasınız.
Şəhidin hamilə həyat yoldaşı FACEBOOK STATUSU ilə kövrəltdi: "Sənin telefonundan özümə mesaj yazıram"
Türkiyənin Bitlis vilayətində PKK-ya qarşı əməliyyatlar zamanı şəhid olan 26 yaşlı hərbçi - çavuş Talat Bildiricinin 7.5 aylıq hamilə həyat yoldaşı Şeyda Bildirici Facebook-dan etdiyi paylaşımla ürəkləri dağlayıb.
Erməni dindarlar arasında vəzifə savaşı - Ruhanilər Məclisi baş arxiyepiskopu qovdu
Türkiyə erməniləri Ruhanilər Məclisi baş arxiyepiskop Aram Ateşyanın səlahiyyətlərinin əlindən alınması barədə qərar qəbul edib. Bu məclisin dünənki toplantısından sonra verilən bəyanatda bildirilib. Onun səlahiyyətləri patriarxlığın divan katibİ Değabah Bekçiyana həvalə olunub.
Bu gün böyük müharibə BAŞLAYA BİLƏR - ABŞ-dan XƏBƏRDARLIQ
Şimali Koreya 27 iyul “Koreya müharibəsi”nin ildönümü günü ballistik raket sınağı keçirə bilər. Bu barədə Avstraliyanın xarici işlər naziri Julie Bishop deyib. Onun sözlərinə görə, bu haqda ciddi mənbələrdən məlumat əldə ediblər və sınaq məhz bu gün – 27 iyulda baş tuta bilər. Pentaqonda adını açıqlamayan yüksəkvəzifəli hərbiçilərdən biri Şimali Koreyanın Kusong bölgəsində maşınların ballistik raketləri daşıdığı haqda məlumata malik olduqlarını açıqlayıb.
"Panatinaikos" - "Qəbələ" matçında anşlaq olacaq
Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Panatinaikos" - "Qəbələ" matçında anşlaq olacaq. Oyunun biletlərinin böyük qismi artıq satılıb. Qarşılaşma 16 min azarkeş tutumu olan "Apostolos Nikolaidis" stadionunda keçiriləcək. Bu gün səhər saatlarına kimi 10 mindən artıq bilet öz sahibini tapıb. Matç saatına qədər bütün biletlərin satılacağı gözlənilir. Klub rəsmiləri yerli televiziya kanallarında və mətbuatdakı çıxışları ilə azarkeşləri stadiona səsləyiblər. Onlar "Qəbələ" ilə matçda bu məqamın böyük rol oynayacağını bildiriblər.
Nəsimidə xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilib
Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan olması üçün, onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam edir.
Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilməkdədir. Qətiyyətlə demək olar ki, Azərbaycanda ifadə, informasiya əldə etmək kimi azadlıqlar bütöv şəkildə bərqərar olub. Elə bu səbədən mətbuatda sui-istifadə halları aradan qaldırılb, əvəzində milli kimlik, milli mənəvə dəyərlər sisteminin təbliğinə geniş yer verilir.
ABŞ-dan sürpriz açıqlama: "Çevriliş etməyi planlaşdırırıq"
Dünyada baş verən hərbi çevrilişlərin ardından gündəmə gələn "MKİ barmağı" iddiası tarixdə ilk dəfə olaraq rəsmi mənbələr tərəfindən təsdiqlənib. MKİ direktoru Mayk Pompeo Venesuelada Nikolas Maduro hökumətini hakimiyyətdən uzaqlaşdırmaq üçün qonşu ölkələrlə təmasda olduqlarını bildirib. Bəzi araşdırmaçı və tarixçilərin fikrinə görə, ABŞ ölkələrin daxili işlərinə hiss olunmayacaq dərəcədə qarışır. Xüsusilə də Cənubi Amerikada Çilidən Nikaraquaya, Argentinadan Haitiyə qədər bir çox ölkədə hökumətləri ABŞ-ın dəyişdirdiyi iddia edilir. Bu gün ABŞ kəşfiyyatının bir nömrəli şəxsi açıqlama verərək ABŞ-ın Cənubi Amerikadakı təsirini ortaya qoydu.
Xanım velosipedçilərin yürüşü keçirilib
"Rapha" beynəlxalq həvəskar velosiped klubunun nümayəndəsi Castin Heyin təşəbbüsü və Azərbaycanın “Cyclemania Lady” qrupunun rəhbəri Günay İmanovanın təşkilatçılığı ilə "Women 100" adı altında veloyürüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı GİN yayıb. Veloyürüş zamanı xanım velosipedçilər Şamaxı-İsmayıllı-Göyçay-Ağsu marşrutu üzrə 100 km məsafə qət ediblər və qarşıya qoyulan vəzifənin öhdəsindən müvəffəqiyyətlə gəliblər.
“İslam Həmrəyliyinə İli”nə həsr olunmuş tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xaçmaz rayonunda “İslam Həmrəyliyi İli" çərçivəsində görülən işlər barədə "Dini sahədə nailiyyətlər və uğurlar” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Xaçmaz RİH başçısı Aparatının nümayəndəsi Ceyhun Musayev Xaçmaz rayonunda maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.














