Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilməkdədir. Qətiyyətlə demək olar ki, Azərbaycanda ifadə, informasiya əldə etmək kimi azadlıqlar bütöv şəkildə bərqərar olub. Elə bu səbədən mətbuatda sui-istifadə halları aradan qaldırılb, əvəzində milli kimlik, milli mənəvə dəyərlər sisteminin təbliğinə geniş  yer verilir.

Əlimusa İbrahimov: Ölkə mediası xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərib

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf edilməkdədir. Qətiyyətlə demək olar ki, Azərbaycanda ifadə, informasiya əldə etmək kimi azadlıqlar bütöv şəkildə bərqərar olub. Elə bu səbədən mətbuatda sui-istifadə halları aradan qaldırılb, əvəzində milli kimlik, milli mənəvə dəyərlər sisteminin təbliğinə geniş  yer verilir. Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru, politoloq Əlimusa İbrahimov qeyd edib ki, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 25 ildən artıq dövrü əhatə edən müstəqillik tarixində qazandığı uğurların miqyası genişdir, ən əsası ölkəmiz Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi demokratik dəyərlərin inkişafına xüsusi diqqət yönəldən qurumların üzvü olmaqla bu prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirib. Azərbaycan, eyni zamanda, müxtəlif mədəniyyətlərin və dinlərin qovşağında yerləşən ölkə kimi dövlətlər, xalqlar arasında körpü rolunu oynayır, əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə davamlı töhfələr verir:"Dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı dağılmaq, parçalanmaq, bir dövlət olaraq varlığını itirmək təhlükəsindən xilas etdiyi kimi, milli mətbuatımızda da mövcud problemlər tədricən aradan qaldırıldı, qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan oxucusunun informasiya tələbatının yüksək səviyyədə ödənilməsi üçün zəruri addımlar atıldı. Ulu öndər Heydər Əliyev müstəqil KİV-lərin inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın- azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir. Hazırkı dövrdə, dünyada hərbi-siyasi münaqişələrin artdığı bir zamanda Azərbaycanın sabitlik diyarı kimi tanınması, dünya birliyində özünə layiqli yer tutması, ölkəmizin tolerantlıq və multikulturalizm sahəsində qazandığı nailiyyətlərin təbliğ olunması milli həmrəylik və birliyimiz nəticəsində mümkün olmuşdur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, tolerant ölkə olmasıdır. Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilir. Ölkəmizdə artıq ənənə halını alan beynəlxalq humanitar forumların keçirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında körpü roluna töhfələrini artırır. Dövlət siyasətimizin əsasında dayanan azərbaycançılığın, milli dəyərlərimizin qorunub saxlanması və inkişafı istiqamətində davamlı addımların ictimaiyyətə çatdırılması aktuallığını bütün dövrlərdə qoruyur. Məhz bu baxımdan bütün gerçəkliklərin bələdçisi olan mətbuata diqqət və qayğı dövlət siyasətinin əsasında dayanıb. Belə ki, mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-lərin maddi-texniki imkanlarının yaxşılaşdırılması, jurnalistlərin peşəkarlığının artırılması və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılmış və tədbirlər həyata keçirilmişdir". Onun bildirdiyinə görə, möhtərəm Prezidentimiz  İlham Əliyev azad mətbuatın inkişafına yönəlmiş siyasət həyata keçirir. Onun müvafiq sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" buna əyani sübutdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzillə təmin edilməsi də mətbuata, bu sahədə çalışanlara dövlət dəstəyi və qayğısının ifadəsidir: "Bu gün ölkəmiz bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayır. İqtisadiyyatı hər bir inkişafın təməl daşı kimi dəyərləndirən dövlətimizin başçısı cənab İlham Əliyev iqtisadi tərəqqinin davamlılığını təmin etmək üçün bir-birindən əhəmiyyətli addımlar atır.Prezident İlham Əliyevin jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımları bir daha bu sahənin inkişafının dövlətin siyasətində prioritet olduğunu nümayiş etdirir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qabaqcıl texnologiyaları Azərbaycana gətirməyi davam etdirmək kimi mühüm hədəf müəyyən edilib. Yazılı və elektron KİV-lərlə sosial media arasında rəqabətin artdığı müasir dövrümüzdə jurnalistikanın inkişaf problemləri ilə yanaşı, hər dövlətin milli təhlükəsizliyi ilə eyni səviyyədə dəyərləndirilən, ictimai rəyin formalaşdırılmasında başlıca, aparıcı rola malik informasiya təhlükəsizliyinin qorunması bütünlükdə cəmiyyətin, insanların vətəndaşlıq borcu olmalıdır".

Ə.İbrahimov qeyd edib ki,  müstəqilliyimizin əbədiliyini uğurlu addımları ilə qoruyub saxlayan dövlətimizin daxili və xarici siyasəti elə təməl üzərində qurulub ki, heç bir kənar qüvvə Azərbaycan xalqının iradəsinə təsir göstərmək, uğurlarımıza kölgə salmaq imkanında deyil:"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da da informasiya təhlükəsizliyi sahəsində vahid dövlət siyasətinin parametrləri əksini tapır. Bu sahədə hüquqi bazanın təkmilləşdirilməsi, ölkənin milli informasiya məkanının, o cümlədən informasiya təhlükəsizliyini təmin edən sistemin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri kimi diqqətdə saxlanılır. Hər dövrün öz çağırışı, tələbi var. Müstəqil Azərbaycan dövlətinin bu tələbləri yüksək səviyyədə yerinə yetirməsi, ölkəmizin davamlı inkişafına, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə geniş yol açır. İqtisadi inkişafı ilə beynəlxalq münasibətlər sistemində də öz yerini və rolunu möhkəmləndirən Azərbaycanın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dövlətimizin uğurlu siyasəti bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına inamı artırır. Müharibə şəraitində yaşayan bir ölkədə oxucunun, tamaşaçının yazılı və elektron KİV-lərdən gözlədiklərini geniş şərh etməyə ehtiyac yoxdur. Həqiqətlərimizin ölkə və dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında KİV-lərin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda bu gün yazılı və elektron KİV-lərin qarşısında dayanan əsas vəzifələrdən biri onların məhz vətənpərvərlik hissinin artırılmasına xidmət edən yazılara, verilişlərə daha geniş yer vermələridir. XXI əsrin informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq Azərbaycan reallıqlarının təbliği üçün nə qədər geniş imkanların mövcud olduğunu görərik. Dünya informasiya məkanına sürətlə inteqrasiya edən mətbuatımız əsas prinsipləri- dövlətçiliyi, azərbaycançılığı, vətənpərvərliyi, milli şüuru öndə saxlayaraq uğurlarımızı beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Azərbaycanın ev sahibliyi etdiyi hər bir tədbir uğurlarımızın təqdimatı, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün səylərin birləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".  

Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb və bizi başqa millətlərdən fərqləndirib. Bu gün dövlətin hər cür resurslardan səmərəli istifadə yolları ilə formalaşdırmağa çalışdığı başlıca dəyərlər bunlardır: ədalətli olmaq, ailə birliyinə önəm vermək, vətənsevərliyi aşılamaq, qanunlara hörmət, dinə hörmət, eyni zamanda tolerantlıq, çalışqanlıq, qonaqsevərlik: "Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır, çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Milli ideologiya, milli tarix, milli dil, dinimiz, milli mədəniyyət və incəsənət, milli ədəbiyyat, milli özünüdərk, ailə, dahi şəxsiyyətlərimiz, milli musiqimiz, muğamlarımız, fərdi yaddaşı, etnos yaddaşını, millətin, xalqın yaddaşını ehtiva edən folklorumuz bizim milli-mənəvi dəyərlərimizdir. Bir sözlə, milli olan bütün nailiyyət və keyfiyyətlərimiz milli dəyərlər sisteminə aiddir. Azərbaycanın dünyaya inteqrasiyası müsbət tendensiya olsa da, qloballaşma dövründə dünyadan inteqrasiya etdiyimiz bəzi mənfi dəyərlərin ola biləcəyi istisna deyil. Bu gün də ölkəmizin üzvü olduğu bəzi beynəlxalq təşkilatların tələblərinə baxmayaraq, bir sıra qanunlar milli-mənəvi dəyərlərimizə zidd olduğundan qəbul edilmir Azərbaycanda xalqın milli-mənəvi dəyərlərinin qorunması baxımından KİV-in rolu danılmazdır. Məsələn, xarici siyasətlə bağlı Azərbaycan mediasının göstərdiyi həmrəylik təqdirəlayiq sayıla bilər. Xüsusilə də Qarabağ münaqişəsi istiqamətində xarici diplomatik proseslərdə ölkənin yerli media qurumlarının göstərdiyi reaksiya dövlət qurumlarının siyasəti ilə üst-üstə düşür və nəticə etibarilə də ölkənin xarici siyasətində əhəmiyyətli rol oynayır.Təbii ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.Ən əsası suverenliyimizi daimi yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan tələb olunan bu amalın - azərbaycançılığın təbliğində mətbuatın üzərinə böyük məsuliyyət düşür. Milli ideyanın formalaşması, millətin məqsədyönlülüyünün dəstəklənməsi iqtisadi uğurlarımızın əsasını təşkil etməklə soydaşlarımızın birlik və həmrəyliyi üçün də başlıca amildir. Bu gün kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəminində tərbiyə olunmasında güclü vasitədir. Lakin təəssüf ki, elə mətbuat nümunələri var ki, ucuz sensasiya xatirinə, çox vaxt isə milli mentalitetimizə uyğun olmayan yazılarla çıxış edir, gəncliyin mənəviyyatına zərbə vurur. Bazar iqtisadiyyatı dövründə əvəzsiz məfkurə sahəsi olan medianın başlıca məqsədi gəncliyin mənəvi yetkinliyi uğrunda xidmət göstərmək olmalıdır. Təsirli, cəlbedici, məntiqi, reallığa söykənən ibrətli yazılarla mətbuat bu günün problemlərindən söz açmalı, cəmiyyəti maraqlandıran hadisələr barədə tərəfsiz, dəqiq və qərəzsiz informasiya ötürücüsünə çevrilməlidir. Bu gün igid oğullarını itirmiş anaların, tənha qocaların,  qaçqın şəhərciklərində yaşayan insanların problemlərini işıqlandırmaq bir nömrəli məqsəd olmalıdır. Böyük  və  ciddi  məsələrdən  biri  də  ölkədə  sektant  qrupların,                    missionerlərin, qeyri-ənənəvi təriqətlərin surətlə  artmasıdır. Bütün  bunlar  gənclərə  böyük  təsir  göstərir,  onları  milli-etnik  kökdən  ayırıb,  özgə  dünyagörüşünün,  yad  mənəviyyatın  əsirinə çevirir.  Bu cür fəaliyyət təkcə jurnalistikanın praktikasına deyil, milli-mənəvi dəyərlərimizə, əxlaq və etik normalara da ziddir.  Qloballaşma, dünya  mədəniyyətinə inteqrasiya, dinlər və   mədəniyyətlərarası  dialoq   prosesinə  cəmiyyətimizin   sosial-mədəni  reaksiyası,  mənəvi   dəyərlərimizin   dirçəldilməsi  və  ən  azından,  KİV  ilə  təbliğinə   qanunauyğun  bir  meyl   doğurur.  Bu   təbliğat  islam dininin həqiqi  mənəvi  normaları  sistemi  kimi  mahiyyətinin  dərk  edilməsi,   dinimizin  əsrlərin  və  ölkələrin  sərhədlərini   hansı  dəyərlərin  əzəməti ilə  aşa  bilməyə qadir  olması  haqda  aydın   təsəvvürlər  yaradılmasını  aktual  məsələyə  çevirir". 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31