Gündəm
Ruhaninin inaqurasiyasına Azərbaycandan kim gedəcək?
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.
Şəhidin medalı ailəsinə təqdim olunub
Bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.
2447 keçmiş məhkuma birdəfəlik müavinət verilib
Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 2447 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, qeyd olunan şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli qədər - 464 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.
Qanunsuz ağac kəsən şirkət rəhbəri həbs edilib
Bakının Nizami rayonu ərazisində “Karvan-K” istehsalat kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif növ (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
48 nəfər ölüb, 161-i yaralanıb- FHN-dən açıqlama
Fövqəladə Hallar Nazirliyi 2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində baş verən hadisələrin statistikasını açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu dövrdə 5368 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur.
Zərdabda sahibkarlara güzəştli kredit verilib
Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu iyulun 27-də Zərdab rayonunda keçirib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində Fond tərəfindən Zərdab rayonunun iqtisadi potensialına uyğun olaraq, cins heyvandarlıq, pambıqçılıq, iri fermer və bağçılıq təsərrüfatlarının, plastik qapı-pəncərə istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, 2017-ci ilin ötən dövrü ərzində 910 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 67,2 milyon manat güzəştli kredit verilib.
Ermənistanda etiraz aksiyası: qızıl mədəninə gedən yol bağlandı
Emənistanın Lori bölgəsinin Ardvi kəndinin sakinləri qızıl mədəninin istismarına etiraz olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları qızıl mədəni yerləşən kəndə gedən yolu bağlayıblar. Bu mədənin istismarı ilə bağlı ictimai müzakirə planlaşdırılıbmış. Aksiya iştirakçıları müzakirənin aparılmasına yol verməyəcəklərini bildiriblər.
Qahirəli alimdən ŞOK İDDİA — Fironlar yadplanetlilərin törəmələridir
Qahirəli alim elm dünyasını şoka salan kəşf edib. Alim Qədim Misirdəki Fironlar nəslinin yadplanetlilərin törəməsi olduğunu müəyyən edib. Professor Stüart Flyayşmanın sözlərinə əsasən, qədim dövrdə fironlar insan olmayıblar. Fironlar yadplanetli məxluq ilə insanın hibrid törəmələri olublar. Alim qədim mumyalardan götürülmüş genetik analiz nümunələrindən sonra belə bir bəyanat səsləndirib.
Türkiyə-İran sərhədində insident - Ölən var
Türkiyənin sərhəd Hakari vilayətində İran sərhədçiləri tərəfindən Türkiyə vətəndaşı öldürülüb. Öldürülən şəxsin Türkiyə vətəndaşı 24 yaşlı Kamuran Fırat olduğu bildirilir. Lakin Türkiyə tərəfi onun sərhədi keçməyə cəhd göstərmədiyini bəyan edib. Faktla bağlı araşdırmalara başlanılıb.
İstanbulda 17 İŞİD üzvü saxlanılıb
İstanbulda İŞİD terror təşkilatının 17 üzvü saxlanılıb. Saxlanılanların hamısı əcnəbilərdir. Ancaq onların adları və hansı ölkə vətəndaşı olduqları açıqlanmayıb. Saxlanılanlar arasında 5 qadın da var. İŞİD üzvləri Türkiyədən Suriyaya keçməyi planlaşdırırmış.
FHN Yevlaxda xəstəxanada baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən verilən məlumata görə, Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb.
Ermənistan ordusunda nizamnamədən kənar münasibətlərin sayı artır
Son zamanlar Ermənistan ordusunda neqativ halların sayının artması müşahidə olunur. Əsgərlərin yaxın qohumları və dostlarının feysbuk sosial şəbəkəsində paylaşdığı postların təhlilindən sonra bu cür qənaətə gəlmək mümkün olub. Məlumata əsasən, bir müddət əvvəl Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən hərbi hissələrin (feysbukda paylaşılan məlumata görə motoatıcı alaylardan) birində müddətli hərbi xidmət keçən üç hərbi qulluqçu arasında əlbəyaxa dava ilə nəticələnən münaqişə baş verib. Münaqişəyə səbəb kimi zabitlərin laqeyd münasibəti nəticəsində əsgərlər arasında “dedovşina” hallarının artması göstərilir.
Zimbabvedə film kimi hadisə — Borcunu istəyən rahib 3 qadın tərəfindən zorlandı
Zimbabvedə qəribə hadisə baş verib. Borc verdiyi pulu almaq üçün qadının evinə gedən rahib 3 gənc qızın hücumuna məruz qalıb. 21 yaşlı Sandra Nkube, 23 yaşlı Riamuhetsi və 25 yaşlı Mongiv Mpofu adlı üç gənc qadın pulunu vermək üçün evə çağırdıqları rahibi əvvəlcə yerə yıxıb qollarını bağlayıblar. Sonra isə yataq otağına aparıb cinsi istismar ediblər.
Məşhur aktrisa saxlanıldı
Məşhur Türk aktrisası Semra Dinçer film çəkilişləri üçün gəldiyi Şanlıurfada həbs olunub. “Olaylar” “Hurriyet” - ə istinadən bildirir ki, aktrisa haqqında olan bir iddiada ifadə vermədiyi üçün saxlanılıb. Dinçer ədliyyədə ifadə verdikdən sonra sərbəst buraxılıb.
Lerikdəki partlayışın baş vermə səbəbi məlum oldu
Lerik rayonunda broyler fabrikində baş verən partlayışın ilkin səbəbi məlum olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Broyler fabrikinin işçiləri qazanxananı işə salmaq istəyərkən güclü təzyiq nəticəsində qazanxananın qapağı yerindən çıxaraq işlilərə dəyib.













