FHN Yevlaxda xəstəxanada baş verən yanğınla bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən verilən məlumata görə, Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb.
27 İyul 2017 16:11 SosialFövqəladə Hallar Nazirliyi (FHN) Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dən verilən məlumata görə, Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb.
Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.