Gündəm

Dənizdə batma təhlükəsilə üzləşın xilas edilib

27 İyul 2017 17:12

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarmışlar. Əməliyyat saat 14:16-da başa çatmışdır.

Yevlax rayon Mərkəzi Xəstəxanası yanıb

27 İyul 2017 17:10

Yevlax rayon Mərkəzi Xəstəxanasında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub. Həllik yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova  Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın nəticəsində xəsarət alan olmadığını deyib: “Hazırda yanğın tam söndürülüb. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan kənarlaşdırılıb.

Axtarışda olan 20 nəfər tutulub

27 İyul 2017 17:08

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

“Məscid-i Aksa” ilə bağlı qərar verildi

27 İyul 2017 17:07

İsrail polisi “Məscid-i Aksa” ilə bağlı məhdudiyyəti aradan qaldırıb.  Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhdudiyyətin aradan qaldırılmasından sonra Müsəlman liderlər yenidən Aksaya dönməyə qərar verib. Dindarlar əhaliyə “Məscid-i Aksa”ya girmək üçün çağırış edib. 

Azərbaycan-Rusiya sərhədlərinin demarkasiya məsələsi müzakirə ediləcək

27 İyul 2017 17:06

Azərbaycan və Rusiya 2017-ci ildə sərhədlərin demarkasiyası üzrə danışıqlar çərçivəsində ikinci görüşü keçirməyi planlaşdırır. Bu barədə diplomatik mənbədən məlumat verilib.

İranlı qadın aparıcının fotoları tənqid olundu

27 İyul 2017 17:06

İran dövlət televiziyasının aparıcısı Azadeh Namdarinin İsveçrədə istirahət zamanı çəkilmiş fotoları İranda böyük səs – küyə səbəb olub. “Olaylar” “Hurriyet” - ə istinadən bildirir ki, aparıcının istirahət zamanı spirtli içki içməsi və başörtüyünün olmaması İran ictimaiyyəti tərəfindən tənqidlərlə qarşılanıb.

Ərdoğan: “Yorulan varsa kənara çəkilsin”

27 İyul 2017 17:04

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, bu gün nazir və millət vəkilləri ilə görüşüb. Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə çıxış edən Ərdoğan bildirib ki, OHAL (Fövqəladə vəziyyət) üçün bəhanə ola bilməz: “Yorulan varsa kənara çəkilsin. Yerini başqası əvəzləsin. Ən yaxşı tətil millətlə birlikdə olmaqdır. Millətlə birlikdə olmaq bizim həyat tərzimizdir". Prezident bildirib ki, millətimlə birlikdə olmağa davam edəcəyəm, təşkilata hörmət əsasdır: “2019-cu il dönüş nöqtəsidir. Hər kəs buna hörmət göstərməlidir”.

3 yaşlı qıza təcavüz edib öldürən cani edam edildi

27 İyul 2017 17:02

1993-cü ildə sevgilisinin 3 yaşlı qızını zorlayaraq öldürən 43 yaşlı məhkum Ronald Filips edam edilib. O, ölümündən öncə göz yaşı tökərək peşman olduğunu dilə gətirib. Hadisə 24 il əvvəl ABŞ-ın Ohayo ştatında baş verib. Məhkum son sözlərini söylədikdən 10 dəqiqə sonra öldürülüb.

Jurnalistlərin binası ilə bağlı daha bir addım

27 İyul 2017 16:58

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.

Azərbaycan hərbçiləri Moskvaya gedib

27 İyul 2017 16:56

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya gəliblər.

Bakıda evdən 6 minlik qızıl oğurlandı

27 İyul 2017 16:52

İyulun 22-də Bakı şəhər sakini olan bir qadın evindən qızıl əşyalarının oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edib.

Kibercinayətkarların rəhbəri Yunanıstanda tutuldu

27 İyul 2017 16:50

Yunanıstanda ABŞ tərəfindən beynəlxalq axtarışa verilən rusiyalı kibercinayətkar Aleksandr Vinnik həbs olunub. AzVision.az "Reuters"ə istinadən xəbərinə görə, 38 yaşlı haker bitkoin tranzaksiyalar vasitəsilə 4 milyon dollar çirkli pulun yuyulmasında ittiham olunur.

Saakaşvili Ukraynadan ABŞ-a gedib

27 İyul 2017 16:47

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili artıq bir neçə gündür ABŞ-dadır. AzVision.az xəbər verir ki, bunu Mixail Saakaşvilinin başçılıq etdiyi “Yeni qüvvələr hərəkatı” (“Rux novıx sil”) Partiyasının nümayəndəsi TASS-a bildirib.

Azərbaycana gələn erməni məmurun arvadını... – ŞOK HADİSƏ

27 İyul 2017 16:45

İyulun 26-da Azərbaycanın işğal altında olan Göyçə şəhərində Ermənistanın nəqliyyat nazirinin keçmiş müavini ilə vətəndaşlar arasında toqquşma baş verib. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, keçmiş müavin Valter Marutyan öz mühafizəçisi ilə birləşərək, 22 yaşlı Qrant Avetisyanı döyüb. 

Avropa Birliyindən icbari tibbi sığortaya dəstək

27 İyul 2017 16:42

Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa Birliyinin bu sahədə mövcud qanunvericilik sistemi ilə uyğunlaşdırılması məqsədilə Avropa Birliyi tərəfindən Tvinninq layihəsinə start verilib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən xəbərə görə, həyata keçiriləcək layihəyə əsasən, iki il ərzində Avropa ölkələrinin müvafiq istiqamət üzrə böyük təcrübəyə malik mütəxəssis və ekspertləri Avropanın qabaqcıl təcrübəsinə əsaslanaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dəstək verəcəklər.