Gündəm

Bakının "bərkgedən" restoranından gözlənilməz QADAĞA

27 İyul 2017 17:39

Novxanıda "Amore" restoranı müştərilərə şortik geyinməyi qadağan edib. Sözügedən hadisə bir neçə gündür sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər restoran sahibinin qərarını gülüşlə qarşılayıblar. Yay fəslində, özəlliklə turistlərin axın etdiyi tanınmış məkanda belə qadağanın olması haqlı olaraq çoxuna inandırıcı gəlməyib.

“İntihar yanlış davranışdır” – Psixoloq övladları ilə qatarın altına atılan ananı qınadı

27 İyul 2017 17:36

Son zamanlar intihar halları olduqca çoxalıb. Demək olar ki, hər gün müxtəlif rayonlardan intihar xəbərləri yayımlanır. Burada yaş senzi rol oynamır. Həm cavan, həm də yaşlı nəsillər müəyyən səbəblərdən intiharı çıxış yolu kimi görürlər.

Ermənistan ordusunda daha bir qətl – Hərbi qulluqçu nəzarət altına alındı

27 İyul 2017 17:33

Ermənistan hərbi istintaq komitəsi kiçik çavuş Vardan Melkonyanın ölümü ilə bağlı araşdırmaya başlayıb. Kiçik çavuşun ölümündə şübhəli bilinən hərbi qulluqçu nəzarət altına alınıb.

“Qabiliyyət imtahanlarının təşkilatçıları vəzifələrinin öhdəsindən gələ bilmirlər” – Ekspert

27 İyul 2017 17:31

Dövlət İmtahan Mərkəzi bu il abituriyentlərin yaddaşında bir çox yeni dəyişikliklərlə yadda qaldı. Bunlardan biri də qabiliyyət tələb edən ixtisaslar üzrə hər qeydiyyatdan keçdikləri komissiyaya müəyyən məbləğin ödənilməsi şərtidir. Amma imtahanların keçirildiyi günlər ödənişdən öncə bilinmir.

Əlində pivə şüşəsi ilə görüntülənmiş iranlı aparıcı qadın işdən qovuldu

27 İyul 2017 17:30

Bu yaxınlarda İsveçrədə istirahətdə olarkən başıaçıq və əlində pivə şüşəsi ilə kameraya düşmüş məşhur iranlı teleaparıcı Azade Nəmdari işdən qovulub.

Fransada zəncirvari qəza - 11 avtomobil toqquşdu

27 İyul 2017 17:27

Fransanın şimalında 11 avtomobil toqquşub. Hadisədə 17 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu deyilir. Toqquşmada 9 minik avtomobili, yük maşını, eləcə də dustaqları daşıyan xüsusi avtomobil iştirak edib. Xəsarət alanlardan 7-nin dustaqlar olduğu bildirilir.

Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK: Sənəd qəbulu elektron qaydada olacaq

27 İyul 2017 17:24

Bu il Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində məktəbəhazırlıq qruplarında oxumaq istəyən uşaqların sənəd qəbulu elektron qaydada həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində sənəd qəbuluna avqustun əvvəlindən başlamaq nəzərdə tutulur.

Mağazanı qarət edən tutulub

27 İyul 2017 17:22

Nəsimi rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də rayon ərazisindəki mağzalardan birindən 1500 manat və  tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub. Araşdırma aparılır. 

Kafedən boyunbağlı oğurlayan ələ keçib

27 İyul 2017 17:21

İyulun 23-də rayon ərazisindəki kafelərdən birindən 342 manat və gümüş boyunbağı oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Məhəmməd Babayev saxlanılıb. Araşdırma aparılır.

Narkotik vasitə ilə tutulan şəxsin digər əməlləri ifşa edildi

27 İyul 2017 17:20

Narkotik vasitə ilə tutulan Ceyhun Məmmədovun 7 həyətyanı sahədən velosiped oğurlaması da müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə,narkotik vasitə ilə tutulan Ceyhun Məmmədovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Müəyyən olunub ki, o iyulun 1-dən 15-dək olan müddətdə rayon ərazisində 7 həyətyanı sahədən velosiped oğurlayıb. 

3 ədəd noutbuk oğurlayan yeniyetmənin əlləri qandallandı

27 İyul 2017 17:18

İyulun 23-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd noutbuk oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurliqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Quliyev və bir yeniyetmə tutulublar.

Qadının evindən 6 min manatlıq qızıl oğurlayanlar saxlanıb

27 İyul 2017 17:16

İyulun 22-də Bakı şəhər sakini olan bir qadın evindən qızıl əşyalarının oğurlanması barədə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edib. O, izahatında 6000 manat dəyərində qızıl-zinət əşyalarının bir müddət əvvəl oğurlandığını, aradan ötən vaxt ərzində özünün evinə gəlib-gedən yaxın tanışlarından kimlərin bunu edəcəyi  ilə maraqlandığını, lakin bir nəticə əldə etmədiyini bildirib.

Oğurluqda şübhəli bilinən şəxslər tutulub

27 İyul 2017 17:17

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki evlərdən birindən 500 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. Onların  Bakı şəhər sakinləri Gündüz Zamanzadə və Kamran Musayev olduqları müəyyən edilib.  

Xanhüseyn Kazımlı: Ölkəmizdə uğurla həyata keçirilən sənayeləşmə siyasəti artıq öz bəhrəsini verir

27 İyul 2017 17:15

"Ölkəmizdə  böyük əmək tutumuna malik olan və respublikamız üçün yeni istehsal və ixrac imkanları yaradan qeyri-neft sənayesi inkişaf etməkdədir”. Bunu deyən  Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib ki, Azərbaycanda  yeni iqtisadi şəraitdə qeyri-neft sənayesinin perspektiv inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təsadüfi deyil.

İlham Məmmədov: Hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib

27 İyul 2017 17:13

“Regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir”.