Məktəbəhazırlıq qruplarına qəbulda YENİLİK: Sənəd qəbulu elektron qaydada olacaq

Bu il Azərbaycanda ilk dəfə olaraq, Bakı şəhərində məktəbəhazırlıq qruplarında oxumaq istəyən uşaqların sənəd qəbulu elektron qaydada həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində sənəd qəbuluna avqustun əvvəlindən başlamaq nəzərdə tutulur.

Sənəd qəbulu sentyabrın 18-dək davam edəcək. Sorğuları qəbul olunan uşaqların sənədlərinin məktəblərdə qəbulu avqustun 15-dən başlayacaq. Bu proses sentyabrın sonunadək davam edəcək.

Məktəbəhazırlıq qruplarında dərslərin oktyabrın 1-dən başlanılması nəzərdə tutulur. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31