Gündəm

Rusiyanın ən məşhur nəvəsi evlənir — Alla Puqaçovanın nəvəsi kimi seçdi? 

27 İyul 2017 19:02

Müğənni Alla Puqaçovanın nəvəsi Nikita ailə həyatı qurur. Kristina Orbakayte və Vladimir Presnyakovun 26 yaşlı oğlunun seçimi bağ qonşusudur. 20 yaşlı Alyona Krasnova Rusiya xalq təsərrüfatı və dövlət xidməti akademiyasının tələbəsidir. Nikita ilə Alyona artıq bir neçə ildir ki, görüşür.

"İstanbullu gelin"in aktrisası polis nəzarətinə alındı

27 İyul 2017 18:59

"İstanbullu gelin" serialının qəhrəmanı Səmra Dinçer polis nəzarətinə götürülüb.  Şanlıurfada film çəkilişində olan aktrisa tutularaq polis bölməsinə aparılıb. Buna səbəb isə Səmranın haqqında açılmış məhkəmədə ifadə verməməsi olub.  Dinçer polisdə dindirildikdən sonra sərbəst buraxılıb.

“Qarşımızda diz çök və üzr istə” - ABŞ-a SƏRT ÇAĞIRIŞ

27 İyul 2017 18:49

“ABŞ Şimali Koreya ordusu və xalqı qarşısında diz çökərək, üzr istəməlidir”. Bu barədə Şimali Koreyanın “The Rodong Sinmun” qəzetində Pxenyan rejiminin rəsmilərinə istinadən yaydığı xəbərdə deyilir. Xəbərdə Pxenyanın adından Vaşinqtona xəbərdarlıq edilir və Şimali Koreyaya qarşı düşımən mövqedən çəkinməyə dəvət edilir. 

Eldar Mahmudov İFADƏ VERDİ: dəhşətli hadisənin məhkəməsində BÖYÜK NARAZILIQ

27 İyul 2017 18:48

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Poqba topla rəftarına görə Messi və Ronaldodan geri qalmır"

27 İyul 2017 18:46

"Mançester Yunayted" Amerika turnesini məğlubiyyətlə başa vurub. "Qırmızı şeytanlar" Beynəlxalq Çempionlar Kubokunun son oyununda "Barselona" klubuna minimal hesabla uduzub.

60 il sonra: Avropa İttifaqının yeni "yol xəritəsi"

27 İyul 2017 18:44

Xülasə: Məqalədə Avropa İttifaqının ötən 60 il müddətində keçdiyi yola təşkilatın geosiyasi transformasiyaları kontekstində nəzər salınır. Göstərilir ki, bu müddətdə Aİ əvvəllər nəzərdə tutulan inteqrasiya modelini tam yerinə yetirə bilməyib. Müəyyən mənada o, böhran vəziyyətinə düşüb.

Prezident İlham Əliyev perulu həmkarını təbrik edib

27 İyul 2017 18:42

Azərbaycan Prezidenti İlham Əliyev Peru Prezidenti Pedro Pablo Kuçinskiyə təbrik məktubu göndərib.

Gənclər maarifləndirilir

27 İyul 2017 18:40

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi davam edir. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Nadejda Savçenko Saakaşvili barədə qərar haqqında: “Medvedev də bu qərara gülür”

27 İyul 2017 18:34

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko prezident Pyotr Poroşenkonun Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi barədə qərarını qeyri-qanuni adlandırıb.

Türkiyənin məşhur turizm mərkəzi yandı

27 İyul 2017 18:30

Türkiyənin Muğla rayonunun Marmaris ərazisindəki meşəlik sahədə başlayan yanğın külək səbəbiylə qısa müddətdə geniş ərazini əhatə edib. 

Moskva çayında gəzinti qayığı yandı

27 İyul 2017 18:17

Moskva çayında gəzinti qayığında yanğın baş verib.  Fövqəladə Hallar Xidmətinin idarə rəhbəri bildirib ki, yanğın "Leqenda" adlı qayıqda baş verib. Yanğın qayığın 3 kvadrat metr hissəsini əhatə edib. Yanğın dərhal söndürülüb. Xəsarət alanlar barədə məlumat verilməyib. Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən zaman qayıqda 25-30 nəfər adam olub.

Azərbaycanda vəzifəli şəxslər həbs olundular

27 İyul 2017 17:51

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.

Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun ilk iclası keçirilib

27 İyul 2017 17:47

İyulun 27-də İqtisadiyyat Nazirliyində Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nazir müavini Sahil Babayevin və Pakistan İslam Respublikasının ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilmiş, bu istiqamətdə növbəti addımlar nəzərdən keçirilmişdir.

Elmar Məmmədyarov Arizona ştatının Nümayəndələr Palatasının spikeri ilə görüşüb

27 İyul 2017 17:46

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının spikeri Cavan Mesnardı qəbul edib. XİN-in mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətləri, habelə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Orta rəis heyətinə xidmətə qəbul olunmuş əməkdaşlar and içiblər

27 İyul 2017 17:45

27.06.2017- ci il tarixdə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində orta rəis heyətinə qulluğa qəbul edilmiş 36 əməkdaşın andiçmə mərasimi keçirilmişdir.