Gündəm
Muzeydə ustad dərsləri
Sentyabrın 4 və 20 – də Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Hal-hazırda bacısı Cəvqərət Monakova ilə birgə Dağıstanın qədim tikmələrindən biri sayılan kaytaq və usişin tikmə növləri üzrə ustad dərslər keçirir, XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.
Qüdsdə növbəti qarşıdurma
Qüdsün tarixi mərkəzində toqquşmalar baş verib. Qarşıdurma nəticəsində azı 50 nəfər xəsarət alıb. “Qızıl Aypara” cəmiyyətinin məlumatında bildirilir ki, “Əməkdaşlarımız toqquşmalar zamanı xəsarət alan 56 şəxsə kömək ediblər”. Polisin məlumatına görə, asayiş keşikçilərinin Əl-Aksa məscidi qarşısında toplaşan dindarlar tərəfindən daş-qalaq edilməsi qarşıdurmaya səbəb olub. Polis toqquşmalar zamanı yalnız bir polis əməkdaşının yaralandığını iddia edir. Fələstinlilər isə, öz növbəsində, insidentin baş verməsində israilliləri günahlandırıblar. Onlar israillilərin dindarların Əl-Əksa məscidinə daxil olmasına imkan vermədiklərini iddia ediblər.
Ev heyvanları üçün tərcüməçi yaradıldı
"Amazon" internet mağazasında ev heyvanları üçün tərcüməçi satışa çıxarılacaq. Bu barədə şirkətin hesabatında məlumat verilib. Yeni qurğu sayəsində ev sahibi öz pişiyini və ya itini asanlıqla başa düşə biləcək. Bu qurğunu hazırlayarkən alimlər süni intellektdən bəhrələniblər. Onlar it və pişiklərin sahibinə müraciət edərkən və ya nəsə istəyərkən göndərdiyi siqnalları analiz edərək, müəyyən sxem hazırlayıblar.
“eBay”da oxşar məhsullar fotoşəkillərlə axtarılacaq
“eBay” internet mağazasının əlavələrində fotoşəkilin tanınması funksiyasından istifadə edən 2 yeni funksiya istifadəyə veriləcək.
“WhatsApp”ın gündəlik auditoriyası 1 milyarda çatıb
“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, beləliklə, servisdən hər gün Yer kürəsində hər yeddi nəfərdən biri istifadə edir. İstifadəçilərin sutka ərzində göndərdikləri məlumatların sayı 55 milyard təşkil edir.
Banklar üçün “DDoS” hücumlarından orta ziyan nə qədər olub?
"Kasperski laboratoriyası" antivirus şirkəti 2016-cı ildə maliyyə müəssisələri üçün təhlükələrin tədqiqatını aparıb.
Robot ilan suyun təmizliyinə nəzarət edəcək- VİDEO
Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mühəndislər qrupu suyun təmizliyinə nəzarət və onun çirkləndirilmə mənbələrinin axtarışı üçün nəzərdə tutulan ilanabənzər robot yaradıb.
Xəbərdarlıq: Qazlı içkilər uşaqlarda ürək xəstəlikləri yaradır
Şirin qazlı içkilərin sağlamlıq üçün problemlər yarada biləcəyi məlumdur. Lakin uşaqlıqda qazlı içkilərdən istifadənin yuxarı yaşlarda ürək xəstəlikləri riskini artırdığından çox az adamın xəbər vardır.
Diqqət: Günəş bu xəstəliyin düşmənidir
Qidalanma problemləri olanlar pis mühitdə və günəş şüası görməyən məkanlarda yaşayırlarsa vərəm riski həmin şəxslərdə yüksək olur. Tənəffüs yolu ilə bulaşan bu xəstəlik ölümə də səbəb ola bilər. Bu xəstəlik insanın immuniteti zəif olan zaman meydana gəlir. Gecə tərləmə, on beş gündən daha çox sürən öskürək, bəlğəm çıxarma, çəki itkisi və iştahsızlıq xəstəliyin ən əhəmiyyətli əlamətləri arasındadır. Bu cür əlamətləri olanlar, vaxt itirmədən sağlamlıq qurumuna müraciət etməlidirlər. Erkən diaqnoz və müalicə həyatı qurtara bilər.
Soğan beyin hüceyrələrini cavanlaşdırır
Yapon alimlərinə görə, adi soğan insan orqanizmində qocalma proseslərini ləngitməyə qadirdir. Soğanın tərkibindəki aktiv kükürd birləşmələri bir çox mühüm zonalara yaxşı təsir edir. Bu birləşmələr hisslərə və yaddaşa görə cavabdeh olan beyin hüceyrələrinin cavanlaşdırır.
Ürək böhranı daha çox kimlərdə rast gəlinir?
Ürək böhranına yol açan ürək xəstəlikləri günümüzdə başlıca səhiyyə problemlərindən biri sayılır. Ürək böhranı riski genetik amillərlə çox bağlıdır. Bu risk ailəsində yaşlanma ilə əlaqədar meydana gələn ürək xəstəlikləri 50, 60 yaşından əvvəl ürək böhranı yaşayanlara; ani və ya klinik ölüm keçirənlərə daha çox aid edilir.
Dişləri ardıcıl fırçalamaq ürək üçün xeyirlidir
Alimlər qanayan diş ətləri vasitəsilə qan-damar sisteminə daxil olan bakteriyalardan xilas olmaq üçün dişlərin gün ərzində iki dəfə fırçalanmasının böyük əhəmiyyət daşıdığını deyiblər. Elm adamlarına görə dişləri ardıcıl fırçalamaq ölümcül ürək xəstəliklərinin baş qaldırmasının qarşısını alır.
Antibiotik istifadəsində yenilik - daha yaxşı təsir edir
Antibiotiki həkimlərin yazdığı kimi bitənə qədər istifadə edilməsinə ehtiyac yoxdur. Bununla bağlı İngiltərədə bir qrup alim iddia irəli sürüb. Aralarında Oksford Universiteti alimlərinin də olduğu qrup iddia edir ki, xəstə həkimin yazdığı qədər deyil, özünü yaxşı hiss edənə qədər antibiotik qəbul etməlidir. Ancaq bəzi mütəxəssislər doza ilə əlaqəli qərarın xəstənin özünə həvalə edilməsinin yaxşı fikir olmadığını deyir. Bunun qarışıqlıq yarada biləcəyini deyirlər.
Nisə Qasımova: "Yerli seriallarımızı görəndə kanalı çevirirəm"
"İndi veriliş aparmaq dəb halını alıb. Mən bu dəbdə olmaq istəmirəm. İstəyirəm ki, yararlı aparıcı olum". Bu sözləri xalq artisti Nisə Qasımova deyib. Müğənni ATV-də yayımlanan və bir müddət əvvəl bağlanan "Mənim dünyam" proqramından danışıb.
Beyonse əkizlərinə 6 dayə tutdu, hər birinə 100 min verəcək
"Əkizlər dəcəllik, kürlük edir, normal yatmırlar. Ona görə də qərara gəlindi ki, əkizlərə sutkada 24 saat qulluq üçün 6 dayə tutulsun. 3 dayə bir, 3 dayə isə digər əkizə baxacaq. Dayələrin hər biri 8 saat çalışacaq".














