Gündəm

Müğənnilərin toy qiymətləri – Yeni siyahı

28 İyul 2017 11:41

Müğənnilərin toy qiymətləri hər zaman aktual mövzulardan olub. Lakin ölkədə baş verən müəyyən valyuta və qiymət dəyişiklikləri az da olsa, ulduzların toy qiymətlərinə təsir edib.

Bolqarıstanda rusiyalı turistlərlə dolu avtobus yandı

28 İyul 2017 11:35

Bolqarıstanda içərisində rusiyalı turistlər olan avtobus yanıb.  Ölkə DİN-i insident zamanı xəsarət alanların olmadığını bildirib. Məlumata görə, hadisə Burqas və Çernomorets şəhərləri arasındakı avtotrasda baş verib. Avtobusda yanğın səhər saatlarında baş verib. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Sərnişinlər başqa avtobusla yola salınıb.

Türkiyə HHQ İraqın şimalını bombalamağa başladı

28 İyul 2017 11:23

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK mövqelərini bombalayır. Bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Məlahət İbrahimqızı: Azərbaycan ictimai-siyasi sabitlik baxımından nümunəvi ölkədir

28 İyul 2017 11:21

Nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsini o dövlətə etibar edir ki, həmin dövlət bir sıra tələblərə cavab versin. Bu tələblər sırasına ölkənin normal iqtisadi inkişaf tempinə malik olması, dövlət daxilində ictimai-siyasi sabitlik hökm sürməsi, yerli qanunvericiliyin beynəlxalq qanunvericiliyə zidd olmaması və digər vacib amillər daxildir”.

Yaponiyanın müdafiə naziri istefa verdi

28 İyul 2017 11:16

Yaponiyanın müdafiə naziri Tomomi İnada istefa verib. Onun istefasının səbəbi Cənubi Sudanda olan Yaponiya sülhməramlılarının sənədlərinin açıqlanması ətrafında baş vermiş qalmaqalın ardınca olub.

"Biz ruslarla döyüşürük" - Saakaşvili

28 İyul 2017 11:12

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vileyətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib ki, ABŞ prezidenti Donald Trampın Ukraynanın ABŞ-dakı seçkilərə müdaxilə barədə danışmağa haqqı var.

ABŞ senatorlarının yeni Rusiya əyləncəsi

28 İyul 2017 11:09

ABŞ senatoru Emi Klobuçar Rusiyanın 2016-cı il ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinin bir parçası olduğu iddia edilən “Russia Today” xəbər agentliyinin xarici agentliklərin qeyd siyahısına alınmamasını senatda gündəmə gətirib.

Sabahdan Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

28 İyul 2017 11:05

İyulun 29-dan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I – V) üzrə ixtisas seçimi başlayır. İxtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq. Müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.  

Azərbaycanın turizm imkanları Pakistan mətbuatında

28 İyul 2017 10:58

Pakistanın “The Destination” qəzetində “Azərbaycan – turizm məkanı” sərlövhəli məqalə dərc olunub. Məqalədə zəngin tarixi və mədəni irsi, gözəl təbiəti olan Azərbaycanın dünyanın hər yerindən qonaqları özünə cəlb etdiyi bildirilir, ölkəmizdə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanların olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, Azərbaycanın iqlimi yay və qış istirahətinin təşkilinə şərait yaradır. Azərbaycanda turizm sahəsi gündən-günə inkişaf edir və iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilib.

Məşhur yazıçının həyatı filmdə VİDEO

28 İyul 2017 10:56

Ədəbiyyat dünyasının unudulmaz adlarından olan amerikalı yazıçı J.D. Salingerin həyatından bəhs edən film çəkilib. "Çovdarlıqda islah edən" ( 'Rebel in the Rye') adlı filmdə məşhur yazarı Nicholas Hoult canlandırıb.  “Olaylar” “Sözcü” – yə istinadən bildiri ki, filmin rejissoru Danny Strong, ssenari müəllifi isə  Kenneth Slawenskdi. “Çovdarlıqda uçurumdan qoruyan” əsəri  ilə ədəbiyyat klassikasına daxil olan yazarın gənclik illərindən bəhs edən film əsasını  "J. D. Salinger: A Life" kitabı təşkil edir.

2 saylı “ASAN Kommunal” mərkəzdə notariat xidmətləri göstərilir

28 İyul 2017 10:40

2 saylı “ASAN Kommunal” mərkəzə müraciət edən vətəndaşlar Ədliyyə Nazirliyinin notariat xidmətlərindən yararlana biləcəklər. Xidmətlərin “ASAN xidmət” mərkəzləri ilə yanaşı 2 saylı “ASAN Kommunal” mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır. ASAN xidmətdən "Olaylar" - a bildirilib ki, burada əsas məqsəd  şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.

14 nəfər edam edildi

28 İyul 2017 10:35

Səudiyyə Arabistanı məhkəməsi 14 nəfərə edam cəzası verib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, ölkədə son olaraq bu ay ərzində dörd şiə terrorçu kimi  ittiham olunaraq edam edilib. Məhkumların edam olunmasına səbəb   qanunlara qarşı silahlı üsyan, təhlükəsizlik güclərinə hücumda iştirak, molotofkokteyli hazırlamaq, oğurluq, silah oğurlamaq, təhrikedici üsyana qatılmaq kimi ittihamlar əsas götürülüb. Ərəb mətbuatı edam cəzası alanların hamısının  şiə olduğunu bildirir. İrana cəsusluqda günahlandırılan 15 nəfərin işi isə məhkəmə tərəfindən araşdırılır. Ərəbistan Ədliyyə Nazirliyi və məhkəmə rəsmiləri edamla əlaqədar heç bir açıqlama verməyiblər.

ECHO Klassik 2017 Mükafatının sahibi – Fazil Say

28 İyul 2017 10:34

25 – cisi təşkil edilən ECHO Klassik musiqi mükafatına məşhur türtkiyəli pianoçu və bəstəkar  Fazil Say layiq görülüb. Bu haqda bəstəkar öz sosial şəbəkə hesabından məlumat verib. Festival  Salzburgun məşhur konsert salonu Mozarteumda təşkil olunub.   Qeyd edək ki, bu günə qədər dörd dəfə ECHO Mükafatının sahibi olan Fazıl Say daha əvvəl 2012-ci ildə "İstanbul Senfonisi" əsəri ilə, 2008-ci ildə skripka sənətçisi Patricia Kopatchinskaja ilə ifa etdiyi "Say Kopatchinskaja: Beethoven Ravel Bartok Say" albomu ilə ən yaxşı kamera musiqisi mükafatına, 2001-ci ildə isə Stravinski 'Bahar Ayini' qeydi icrası ilə ən yaxşı şərhçi mükafatını almışdı.

Ağ evdə istefa

28 İyul 2017 10:32

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq və milli təhlükəsizlik üzrə müşaviri Derek Harvi vəzifəsindən gedib. Milli təhlükəsizlik xidmətinin mətbuat katibi Maykl Enton xəbəri təsdiq edib.

XIX əsrə aid tikmə nümunələri təqdim olunacaq

28 İyul 2017 10:32

Sentyabrın 4 və 20 – də  Azərbaycan Xalça Muzeyində kaytaq və usişin tikmə nümunələrindən ibarət sərgi təşkil olunacaq. Muzeydən “Olaylar” – a bildirilib ki, müasir müəllif işləri ilə yanaşı, XIX əsrə aid bir neçə tikmə nümunəsi də təqdim olunacaq. Parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası,  Mədəniyyət və Turizm Nazirliyi, Xalça Muzeyi və ICOM Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.