Gündəm

Sürücülərin nəzərinə: 4 gün qaldı

28 İyul 2017 12:12

Avqustun 1-ə qədər avtomobillərini texniki baxışdan keçirməyən avtomobil sahibləri inzibati məsuliyyətə cəlb olunacaq. Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə deyib ki, iyul ayının 31-də minik avtomobillərinin texniki baxış müddəti başa çatır: “Texniki baxış müddətinin bitməsinə 4 gün qalıb. 4 gündən sonra xarici dövlətlərin baza modeli əsasında istehsal olunan minik avtomobillərinin texniki baxış müddəti başa çatır. Avtomobil sahibləri texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət daşıyırlar. Fiziki şəxslərə 50 manat, vəzifəli şəxslərə 100 manat, hüquqi şəxslərə isə 300 manat məbləğində cərimə tətbiq olunacaq”.

156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib

28 İyul 2017 12:09

2017-ci ilin birinci yarım ilində notariat orqanları tərəfindən 1.89 milyondan çox notariat hərəkəti, habelə 156 minə yaxın vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib. Bu barədə Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə,  vətəndaşlara əlverişli şərait yaradılaraq doğumun səyyar qaydada bilavasitə doğum evlərində aparılması geniş təşviq olunub. Aparılan notariat əməliyyatları nəticəsində 42 milyon manatadək dövlət rüsumu, haqq və vergi ödətdirilib.

Fikrət Məmmədov tapşırıqlar verib

28 İyul 2017 12:08

Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında  2017-ci ilin birinci yarısında ədliyyə orqanları tərəfindən nazirliyin digər fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə də ətraflı məlumatlar səsləndirilib.

15 bələdiyyə sədri barədə material prokurorluğa göndərilib

28 İyul 2017 12:06

Cari ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb. Ədliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə,  792 belə akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, kobud qanun pozuntularına yol verən 33 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 15 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Qadın 13 yaşlı uşağın başını kəsmək istədi: polis son anda xilas etdi - VİDEO

28 İyul 2017 12:04

ABŞ-da dəhşətli qətlin qarşısı son anda polisin çevikliyi sayəsində alınıb.  13 yaşlı uşağın boğazına bıçaq söykəyən qadına istəyini reallaşdırmağa polis mane olub. Qadının arxasından yaxınlaşan polisin qadının saçlarını tutub özünə tərəf sürüməsi ilə uşaq ölümdən xilas olub.

Bu ölkədə dəfn zamanı rəqs edir, əylənir, oxuyurlar - VİDEO

28 İyul 2017 12:02

"Dünyasını dəyişən insanı ağlaşma, matəm, kədərlə yola salmaq olmaz. Əgər o daha yaxşı dünyadadırsa, buna ağlamaq yox, sevinmək gərəkdir". Qananın paytaxtı Akkrada yaşayan Con Stevenze belə deyir. O, 67 yaşlı anası Miriamın dəfn mərasiminə "ballbearers" adlanan xüsusi dəfn qrupunu çağırıb.

ABŞ hərbi bazasında terrorçuların toplantısı təşkil edildi

28 İyul 2017 11:59

PKK terror təşkilatının Suriya qolu PYD ABŞ-ın Suriyadakı hərbi bazasında toplantı keçirib.  Suriyanın şimalındakı kantonların “rəhbərləri”nin keçirdiyi toplantıda PKK tərəfindən işğal edilən bölgələrdə federalizmin elanı mövzusu müzakirə edilib. ABŞ-ın nəzarəti altında keçirilən toplantıda 2015-ci ildə işğal edilən, nüfuzunun əksəriyyətini ərəb və türkmənlər təşkil edən Təl Abyad bölgəsinin müstəqil kanton olması qərara alınıb. Tədbirə rəhbərlik edən Mənsur Sallum PKK terror təşkilatına aid bölgələrdə müstəqil rəhbərliyin çox yaxın zamanda elan ediləcəyini bildirib.

Yadplanetlilərlə bağlı İNANILMAZ TAPINTI... - FOTOLAR

28 İyul 2017 11:58

Kerç yarımadası - Krım yarımadasının şərq hissəsi - şimalda Azov dənizi, şərqdə Kerç boğazı, cənubda Qara dənizlə əhatələnir.

Nazirlərin adı Panama qalmaqalında

28 İyul 2017 11:56

Pakistanda Baş naziri Navaz Şərif vəzifəsindən uzaqlaşdırıldı. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildiri ki,  Pakistan Konstitusiya Məhkəməsi baş nazirin ailə üzvlərindən bəzilərinin Panama sənədləri ilə ortaya çıxan iddialara görə vəsifəsindən uzaqlaşdırılması qərarını verib.

Penitensiar müəssisələrə 32 başçəkmə həyata keçirilib

28 İyul 2017 11:55

Ədliyyə fəaliyyətində ictimai iştirakçılığa böyük önəm verilərək ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitə tərəfindən penitensiar müəssisələrə 32 başçəkmə həyata keçirilib.

Mülki xarakterli icra sənədlərinin sayı artıb

28 İyul 2017 11:53

Əvvəlki illərdə olduğu kimi cari ildə də icra sənədlərinin sayı çoxalıb. Bu barədə Ədliyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, icra sənədlərinin sayı  2016-cı ilin I yarımili ilə müqayisədə xeyli – 43% artaraq 694 mini ötüb. Görülmüş tədbirlər nəticəsində mülki xarakterli icra sənədlərinin artıq 50,4 %-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə, o cümlədən vergi borcları ilə bağlı 366 milyon manatdan çox vəsait ödətdirilib.

Nazirlik tərəfindən 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb

28 İyul 2017 11:51

20017-ci ilin biribci rübündə Ədliyyə Nazirliyi tərəfindən əvvəlki dövrlə müqayisədə 22% çox – 800-ə yaxın qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 970-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazirlik tərəfindən aparılan normativ aktların elektron bazasına (e-qanun.az) müraciət edən şəxslərin sayı 68 % artaraq 365 minə çatmışdır. 

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib

28 İyul 2017 11:50

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülmüş işlər müzakirə olunub.

Müsəlmanlara namazda yaş qadağası qoyuldu - ABSURD

28 İyul 2017 11:46

İsrailin hakimiyyət dairələri Qüdsdə ictimai asayişin qorunmasını gücləndirmək üçün hüquq-mühafizə strukturlarının təqribən 2 min əməkdaşını şəhərə yollayıb. Qüdsün tarixi mərkəzi olan Məbəd təpəsində müsəlmanların cümə namazı qılınması ilə bağlı yasaqlar yenidən bərpa olunub. Yeni qərara görə, 50 yaşına çatmamış müsəlmanlar Məbəd təpəsindəki Məscid  əl Əqsaya və əl Haram əl Qüds əl Şərif məscidlərinə namaza buraxılmayacaqlar.

Xilaskar Bezotosnı

28 İyul 2017 11:44

UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Panatinaikos" - "Qəbələ" matçının ən yaxşıları seçilib. Həmkarlarımız "qırmızı-qaralar"ın qapıçısıDmitri Bezotosnını fərqləndiriblər. Belə ki, yunanlar görüşün xilaskarı seçdikləri ukraynalı qolkiperin seyvləri sayəsində hesab arasındakı fərqin böyümədiyini düşünürlər: "Bezotosnı "Qəbələ"nin Bakıdakı cavab matçına sağ çıxmasının əsas səbəbkarı oldu.