Gündəm
Fuad Ələsgərov: Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün möhkəm siyasi iradə var
“Bu gün Azərbaycan geniş miqyaslı islahatlar, regional əhəmiyyətli enerji layihələri, sabitlik, multikulturalizim, yüksək sosial rifah kimi anlayışları özündə birləşdirən bir məkandır”. Bunu Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakıda keçirilən “Korrupsiyaya qarşı idarəetmə sistemləri standartı” üzrə konfransda deyib.
Deputatın obyektindəki partlayışla bağlı rəsmi məlumat yayıldı
Daxili İşlər Nazirliyi Lerikdəki quşçuluq müəssisəsində baş vermiş hadisə barədə məlumat yayıb. “Olaylar” Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 27-də saat 11 radələrində Lerik rayonunun Piran kəndi ərazisində yerləşən quşçuluq müəssisəsinin kəsim sexində, orada çilingər işləyən kənd sakini Valeh Məmmədov su qızdırmaq üçün quraşdırılan qazanın alışdırıcısında yaranan nasazlığı aradan qaldırarkən ani partlayış baş verib və nəticədə V.Məmmədov hadisə yerində ölüb.
Açıq havada qalmaq məsləhət deyil
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb. Qurumdan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 29-də hava şəraiti yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Lift İdarəsinin qalmaqallı rəisi işə çıxdı
Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov məzuniyyətdən qayıdıb. Bu barədə Bakı Lift İdarəsindən məlumat verilib. İdarə əməkdaşı Q.Şükürova cinayət işi açılması, həbs olunması ilə bağlı mediada yazılanların həqiqətə uyğun olmadığını qöyləyib. “Qüdrət müəllim hazırda işinin başındadır”, deyə o bildirib.
Ərəb koalisiyasından ŞOK AÇIQLAMA— "Məkkəyə hücumun qarşısı alındı"
Ərəb koalisiyası Məkkəyə edilən hücum barədə açıqlama verib. Yəmənli üsyançıların Məkkəyə atdığı raket Səudiyyə Ərəbistanı tərəfindən məhv edilib. Koalisiya isə baş verən insidenti "həc ziyarətinə mane olmağa cəhd" kimi dəyərləndirib. Raket Məkkənin 69 km cənubuna düşüb. Avqust ayında başlayacaq həc ziyarətinə iki milyondan çox müsəlmanın gələcəyi təxmin edilir. Qeyd edilir ki, raket İranın dəstəklədiyi xusilər tərəfindən atılıb.
7 idmançımız atıcılıq üzrə Avropa çempionatında mübarizəyə qoşuldu
Bu gün Bakı Atıcılıq Mərkəzində keçirilən atıcılıq üzrə Avropa çempionatının səkkizinci günündə qrup yarışlarına start verilib. Mötəbər yarışın səkkizinci günündə daha 7 idmançımız mübarizəyə qoşulub.
Elçin Mirzəbəyli: “Həmin şəxslərlə hüquq müstəvisində mübarizə aparmaq lazımdır"
"Əslində Meydan TV və onun rəhbərliyi bu günə qədər təkcə ermənilərlə deyil, eyni zamanda Azərbaycanın maraqlarına ziddi fəaliyyət göstərən ayrı-ayrı qruplarla da yaxınlıq edib. Qənimət Zahidin tərcümeyi-halında ayrı ən müxtəlif bir-birinə zidd olan dövlətlərlə və onların orqanları ilə əməkdaşlıq ənənəsi var. Bu aspektdən də onların ermənilərlə əməkdaşlığı qətiyyən təəccüblü deyil". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Nazirlikdə 306 vakansiya üzrə təyinat aparılıb
Dövlət gənclər siyasətinə uyğun olaraq Ədliyyə Nazirliyində yeni nəsil kadr korpusunun formalaşdırılması diqqət mərkəzində saxlanılıb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, cari ildə 306 vakansiya üzrə təyinatlar aparılıb. Digərlərinin komplektləşdirilməsi ilə bağlı birinci mərhələdə uğur qazanmış 248 şəxs üçün hazırda müsabiqənin ikinci mərhələsi başlanılır. Ədliyyə Akademiyasında 2.200 ədliyyə işçisi və digər hüquqşünas tədris kurslarına cəlb olunub, Akademiyanın Hüquq Klinikasında 200-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Nazirlik: Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb
Azərbaycanda B hepatitinin yayılma səviyyəsi azalıb, C hepatitinin yayılma səviyyəsi isə stabil qalıb. Bunu Səhiyyə Nazirliyinin "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın sədri Murad Məmmədov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda bu sahədə epidemioloji vəziyyət 10 ildir ki, eyni qalıb. Ölkədə hepatit virusunun yayılması orta səviyyəlidir.
“Rusiya Ermənistana İsraildən silah almağa icazə verməyəcək”
"İsrail istənilən dövlətə, o cümlədən Ermənistana silah sata bilər. İsrailin qarşısında Ermənistana silah satmasını əngəlləyən heç bir siyasi, iqtisadi baryer yoxdur. Ermənistanın İsraildən silah alması üçün siyasi, iqtisadi icazəsi varmı?".
Hitlerin 93 yaşlı tərcüməçisinin başına Kanadada OYUN AÇDILAR
Kanada dövləti artıq 4-cü dəfədir ki, Helmut Oberlanderi vətəndaşlıqdan məhrum edir. 2-ci dünya müharibəsi dövründə nasistlərin yanında tərcüməçi işləyən 93 yaşlı Oberlander bu qərara qarşı da apelyasiya şikayəti verərək vuruşmaq istəyir.
Gülnarə Kərimovanın həbsi ilə bağlı TƏFƏRRÜAT - Milyardlıq cinayət
Özbəkistanın sabiq prezidenti İslam Kərimovun həbs edilən qızı Gülnarə Kərimovanın həbsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Gulnarə Kərimova bundan 2 il qabaq da saxlanılıb, barəsində araşdırma aparılıbmış.
"Kəpəz" milli komandaya uduzdu
"Kəpəz"in əvəzedici heyəti yeni mövsümə hazırlıq dövründə daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Komanda Qaxda təlim-məşq toplanışında olan 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. Oyun millinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. U-17 hər hissədə bir dəfə fərqlənib.
Ermənilər Qarabağda minaya düşdü
Barselonada dəmiryolu qəzası - 48 yaralı
Barselonada səhər saatlarında dəmiryolu qəzası baş verib. Yerli xilasetmə xidməri qəza nəticəsində azı 48 nəfərin xəsarət aldığı barədə xəbər verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanaya yerləşdirilib.














