Gülnarə Kərimovanın həbsi ilə bağlı TƏFƏRRÜAT - Milyardlıq cinayət

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun həbs edilən qızı Gülnarə Kərimovanın həbsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Gulnarə Kərimova bundan 2 il qabaq da saxlanılıb, barəsində araşdırma aparılıbmış.

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun həbs edilən qızı Gülnarə Kərimovanın həbsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb. Gulnarə Kərimova bundan 2 il qabaq da saxlanılıb, barəsində araşdırma aparılıbmış. Daha sonra məlum olub ki, sabiq prezidentin qızı müəyyən cinayətkar qrupla birgə külli miqdarda dövlət əmlakını mənimsəyib və  hədə-qorxu ilə pul tələb ediblər. Gülnarə Kərimovanın daxil olduğu mütəşəkkil cinayətkar qrupun 12 xarici ölkə ərazisində  1,394 milyard dollar, 27,1 milyon funt sterlinq və 18,5 milyon frank dəyərində aktivləri aşkarlanıb.

Bundan başqa, onların eyni zamanda Fransa, Honkonq, İsveç, Böyük Britaniya, Latviya, İrlandiya, BƏƏ, Malta, İspaniya və Rusiyada da mülk və pulları olub.  Təkcə İsveçrədə 777,8 milyon dollar və Koloni şəhərində dəyəri 18,5 milyon dollar olan villa aşkarlanıb. Lent.az

***

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.  G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb. "Gülnarə Kərimovaya qarşı Cinayət Məcəlləsinin 168, 178, 182, 189, 228 və 243-cü maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib" , - deyə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə üzrə İdarəsinin açıqlamasında bildirilir. Apa.az"RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31