"Kəpəz" milli komandaya uduzdu

"Kəpəz"in əvəzedici heyəti yeni mövsümə hazırlıq dövründə daha bir yoxlama oyununda qüvvəsini sınayıb. Komanda Qaxda təlim-məşq toplanışında olan 17 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. Oyun millinin 2:0 hesablı qələbəsi ilə nəticələnib. U-17 hər hissədə bir dəfə fərqlənib.

Əvəzedicilər hazırlıq müddətində növbəti yoxlama oyununu iyulun 30-da keçirəcək. "Sarı-göylər" bir müddət öncə fəaliyyətini bərpa edən Yevlaxın "Karvan" klubu ilə üz-üzə gələcək. Oyun Yevlax şəhər stadionunda saat 18:00-da başlayacaq. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31